Bizə yazın

Baku

-°C

USD

-

AZAL təyyarəsinin Rusiyada vurulmasından bir il ötür: cəzasız qalan cinayət - ŞƏRH 

Cəmiyyət 25 Dekabr 2025, 11:19

1515

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür. 2024-cü il dekabrın 25-də təyyarə Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı başsağlığı versə də, qonşu ölkənin dövlət qurumları ilk gündən hər vəchlə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Rusiya mediası və təbliğat maşını diqqəti hadisənin əsl səbəblərindən yayındırmağa cəhd göstərdi. Lakin qəzanın sağ qalan şahidləri danışdı və sənədli sübutlar ortaya çıxdı. Bütün bunlardan sonra Moskva müəyyən sığorta ödənişlərini həyata keçirməklə işini bitmiş hesab etdi və bu da Bakıda haqlı narazılıq doğurdu. Halbuki, Azərbaycan analoji hadisə ilə üzləşəndə Rusiyaya qarşı tam fərqli davranmışdı. Söhbət 2020-ci ildə Ermənistanla müharibənin getdiyi bir şəraitdə bu ölkədən Azərbaycana doğru irəliləyən Rusiya hərbi helikopterinin vurulmasından gedir. Həmin vaxt Azərbaycan bütün qaydalara uyğun həm üzr istəmiş, həm lazımi kompensasiyaları ödəmişdi.

Ötən il AZAL təyyarəsinin vurulmasından sonra Rusiyadan gözlənilən də adekvat münasibət idi. Lakin bunun əksi baş verdi. Bakının beynəlxalq qaydalara söykənən tələblərinə Rusiyanın güc strukturları Azərbaycan diasporasına təzyiqlər, o cümlədən ölümlərlə nəticələnən hücumlarla cavab verməyə başladılar. Baş verənlər ikitərəfli münasibətlərin ona qədər mövcud olan ruhuna və Bakının göstərdiyi dost münasibətə son dərəcə zidd yanaşma idi.

Münasibətlərdə yaranmış gərginlik, yalnız 2025-ci ilin oktyabrında Vladimir Putinin Düşənbədə İlham Əliyevdən üzr istəməsi və müvafiq tədbirlərin görüləcəyinə söz verməsindən sonra səngiməyə başladı. Həmin görüşdə Rusiya Prezidenti baş verənlərə görə üzr istədi və bu dəfə həm də günahkarların cəzalandırılacağına söz verdi. "Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil",-deyə V. Putin bildirdi.

Azərbaycan Prezidenti isə təyyarənin vurulmasında sonra onunla təmasa keçən rusiyalı həmkarına təşəkkür edib: "Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim".

Təəssüf ki, Rusiya liderinin məlum bəyanatının üstündən iki aydan çox vaxt keçsə də, ortada praktiki nəticə yoxdur.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-formal sammitinə getmədi. Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı iş qrafikinin sıxlığı səbəbindən Zirvə görüşünə qatıla bilməyəcək. Qeyd edilir ki, Azərbaycan Respublikası üzvü olduğu MDB-nin bu ənənəvi sammitində mütəmadi olaraq iştirak edir və Birlik çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

Ardınca da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı yayıldı. Kreml rəsmisi bildirdi ki, Azərbaycan Prezidentinin Rusiyanın "şimal paytaxtı"na gələ bilməməsini anlayışla qarşılayırlar. "Həqiqətən də, dövlət başçılarının çox sıx qrafikləri var, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində",-deyə D.Peskov bildirib.

Göründüyü kimi, rəsmi Moskvanın Azərbaycan Prezidentinin qərarına münasibəti kifayət qədər korrektdir. Lakin bundan sonra Rusiya mediası və ictimai rəydə yaradılan ajiotaj başadüşülən deyil. Qonşu ölkənin təbliğat kanallarında İlham Əliyevin Sankt-Pederburqa getməməsi Bakının təyyarə qəzası ilə bağlı tələblərini yerinə yetirməyən Moskvaya qarşı demarş kimi qiymətləndirilir və az qala düşmənçilik kimi qələmə verilir.

Əlbəttə, mümkündür ki, Prezident İlham Əliyev məhz Düşənbədə ona verilmiş vədlər yerinə yetirilmədiyi üçün sammitə qatılmağı uyğun bilməyib. Lakin bu, kifayət qədər təbii və məntiqlidir. İkitərəfli münasibətlərdə böhrana səbəb olan faktorlar aradan qaldırılmayana qədər sarsılmış qarşılıqlı etimadın bərpası mümkün deyil. Bu baxımdan Kremlin "anlayışlı" reaksiyası fonunda Rusiya mediasının qaldırdığı hay-küyün təsadüfi olmaması göz önündədir.

Anti-Azərbaycan çağırışları ilə tanınan qatı millətçi, Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanov bildirib ki, "Azərbaycan Prezidenti Sankt-Peterburqa səfərdən imtina edərək, Rusiya ilə açıq konfrontasiyanı gücləndirmək yolunu seçib". Kabanov bir qədər də irəli gedərək güc strukturlarını Rusiyada fəaliyyət göstərən azərbaycanlılara qarşı hücumları genişləndirməyə çağırıb. Onunla həmfikir olan bir sıra təbliğat kanalları da oxşar çağırışlarla çıxış edib.

Bütün bunlar təbliğatın vahid mərkəzdən idarə olunmasından xəbər verir. Səslənən çağırışlar həm də onu təsdiqləyir ki, ötən il ərzində Rusiyada azərbaycanlı iş adamları, diaspora nümayəndələrinin təqiblərə məruz qalması hüquqi deyil, siyasi motivlidir.

Azərbaycanın Ermənistanla Rusiyanın iştirakı olmadan əldə etdikləri razılaşmalar və bütün bunların Moskvada deyil Vaşinqtonda baş tutması, üstəlik AZALa məxsis mülki təyyarənin vurulması ilə bağlı rəsmi Bakının prinsipiallıq nümayiş etdirməsi şimal qonşumuzu narazı salmış ola bilər. Lakin dövlət maraqlarının həmişə üst-üstə düşməməsi nə qədər normal sayılırsa, bir dövlətin verdiyi vədlərə əməl etməməsi və onlarla insanın ölümü ilə nəticələnmiş cinayətə görə məsuliyyətdən israrla yayınmağa çalışması da bir o qədər anormaldır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə paylaşım edib - FOTO 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə sosial şəbəkə səhifələrində paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! 🤲 Od çərşənbəniz mübarək! 🔥May Almighty Allah spare no mercy upon our people at all times. 🤲 Od Chershenbeniz Mubarak! Happy Fire Tuesday. 🔥Да не пожалеет Великий Аллах своей милости для нашего народа! 🤲 Поздравляю… pic.twitter.com/qey14YfZDY— Mehriban Aliyeva (@1VicePresident) March 3, 2026 ...

03 Mart 2026, 22:44

Bakı dairəvi yolunda avtomobil yanıb, Sumqayıt istiqamətində sıxlıq yaranıb 

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.FHN-nin mətbuat xidmətindən isə bildirilib ki, Yasamal rayonunda yanğın baş verməsi məlumatı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb edilib.Yanğın qısa müddət ərzində söndürülüb....

03 Mart 2026, 20:44

Diqqət - Lambarda qirov qoyulan qızıllar sığortalanmalıdır 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, lambarda qirov qoyaraq kredit götürən şəxslər bilməlidirlər ki, qirov qoyduqları qızıl və digər ziynət əşyaları tam məbləğdə sığortalanmalıdır. Bu, qanunla tələb olunan və məcburi şərtdir.Citypost.az xəbər verir ki, Qanunun bu tələbi, gələcəkdə borcun ödənilməməsi halında lambarda saxlanılan əşyaların ucuz qiymətə satılması riskindən qorumaq məqsədini daşıyır. Belə ki, əgər borc sahibi ödənişi yerinə yetirməsə belə, sığorta vasitəsilə qızılın dəyəri qorunur və maliyyə itkisi minimuma endirilir.Bu müddəa qanunvericilik tərəfindən qirov sistemi çərçivəsində əlavə edilmişdir və lambarda kredit götürən hər kəs üçün məcburidir.Əli...

03 Mart 2026, 17:20

İki rayonda minlərlə abonentin qaz təchizatı dayandırılacaq  

Şabran və Xaçmazda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Şabran və Xaçmaz rayonlarında ümumilikdə 2 080 abonentin qaz təchizatı dayandırılacaq.CityPost.az  xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismar İdarəsi məlumat yayıb.Bildirilib ki, Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmaqla (Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.Həmçinin Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan...

03 Mart 2026, 17:12

Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ 

Martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

03 Mart 2026, 17:05

Qar yağacaq - XƏBƏRDARLIQ 

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

03 Mart 2026, 16:43