“İşdən çıxarılan icra başçısı dindirilib” iddiası
Cəmiyyət 02 Yanvar 2026, 19:30
246
Prezident İlham Əliyevin ötən ilin sonunda - dekabrın 29-da işdən çıxardığı Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimov haqda yeni iddialar yayılıb.
Bildirilir ki, cəmi 47 gün Nəsimidə icra başçısı işləmiş E.İbrahimovla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlayıb.
Mənbə deyib ki, bu araşdırmalar bundan əvvəl Kürdəmirdə icra başçısı işlədiyi dövrü də əhatə edə bilər.
“Hələ ki araşdırmaların konkret istintaqa çevrilmədiyi deyilir, amma Elxan İbrahimovun iki dəfə ifadəsi alınıb” deyə, mənbə iddia edib.
O da bildirilir ki, Elxan İbrahimov hətta YAP-ın Nəsimi rayon təşkilatı ilə birgə təşkil olunan tədbirini boykot edib. Bakı rayonlarının icra başçılarının və Milli Məclis üzvlərinin qatıldığı tədbirə Elxan İbrahimov gözə dəyməyib. Onun bu tədbirə gəlməməsi isə “yeni icra başçısı kimi Nəsimi rayonunun fəalları ilə görüşü, rayonun problemlərini müzakirə etməsi” ilə əlaqələndirilib. Amma onun bu davranışı YAP-a hörmətsizlik kimi qiymətləndirilib.(gununsesi).
Başqa bir iddiaya görə, sabiq icra başçısından təkcə rayon ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib.(media.az). Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdürlərinin, sektor müdürlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb.
Həmçinin oxuyun
Nəsimi Rayonunun yeni icra başçısı kimdir? – DOSYE
Yeri gəlmişkən, E.İbrahimovun işdən çıxardığı müavini Ramiz Quliyev də yenisabah.az-a ilginc açıqlamalar verib. O deyib ki, işdən çıxarılmasını sakit qarşılayıb:
“Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtrı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik”.
Yayılmış iddialarla bağlı konkret və səhih məlumatlar yəqin ki, 2026-da ölkədə iş həftəsi başlayanda məlumat əldə etmək mümkün olacaq. Hüquqşünaslar deyiblıər ki, Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI: "Hadisə baş verən gün Emil bizdə müştəri idi"
Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.CİTYpOST.AZ xəbər verir ki, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb.Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:"Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi".Baku TV-nin hazırladığı süjeti təqdm...
02 Yanvar 2026, 18:55
Gecə və səhər bəzi rayonlarda yollar buz bağlayacaq
Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yolların buz bağlayacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
02 Yanvar 2026, 14:54
Adnan Əhmədzadənin sərvəti açıqlandı
Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin sərvətinin dəyəri bəlli olub.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda onun sərvəti 10-12 milyon dollar arasında qiymətləndirilir.Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.Qeyd olunub ki, Adnan Əhmədzadənin xalis sərvəti ictimaiyyətə açıqlanmayıb, çünki iş adamı maliyyəsi ilə bağlı detalları gizli saxlamağı bacarıb.Bundan başqa, A.Əhmədzadənin biznes layihələrinin geniş sahələri əhatə etdiyi və hər birinin onun təsirli sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdiyi məlumatda qeyd olunub....
02 Yanvar 2026, 14:36
Nüsrətin ömrünü bu hadisə qısaltdı - Sabir Rüstəmxanlı
KÜLƏK APАRIR SÖZÜMÜÖmür vəfa qılsaydı, 80 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi.Nüsrət Kəsəmənli ötən əsrin altmışıncı illərinin sonunda poeziyamıza gələn və qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edən, oxucuların sevgisini qazanan parlaq bir ədəbi şəxsiyyət idi. Boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz – müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Hansı gündən, hansı olaydan? – xatırlamaq çətindir; yəqin o da dəqiq deyə bilməzdi; mənə...
02 Yanvar 2026, 14:18
BDYPİ: Müşahidə olunan qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir
Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar".Müraciətdə vurğulanıb ki, qarlı və sürüşkən yollarda...
02 Yanvar 2026, 13:47
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.Bu barədə CityPost.az-a DDLA-dan məlumat verilib.Xəbərdarlığa əsasən, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metr çatacağı proqnozlaşdırılır....
02 Yanvar 2026, 13:10