Bizə yazın

Baku

-°C

USD

-

Sahil Babayev: “Rəqəmsal dövlət maliyyəsi” mərkəzləşdirilmiş ekosistem olacaq 

Cəmiyyət 09 Yanvar 2026, 12:08

525

Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

Bu barədə CityPost.az-a Maliyyə Nazirliyindən bildirilib.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.

Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.

İclasın gündəliyinə uyğun olaraq Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivə əsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirilib.

Təqdimatlar zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin “bir çətir altında” mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaqdır.

Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda ciddi hesabat blankının tam elektronlaşdırılması hesabına kağız dövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək. E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse” yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.

İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dair məlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıdakı universitetlər birləşdirilir? 

Son illər dövlət idarəçiliyində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və institusional islahatların dərinləşdirilməsi ilə bağlı müzakirələr daha da intensivləşib. Bu kontekstdə ayrı-ayrı nazirlik və qurumların birləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması və büdcə yükünün azaldılması məsələləri vaxtaşırı gündəmə gətirilir. Təbii olaraq, bu müzakirələr cəmiyyət üçün strateji əhəmiyyət daşıyan digər sahələri, xüsusilə də elm və ali təhsil sferasını da diqqət mərkəzinə çıxaerır.Məhz bu fonda sual yaranır: ali təhsil müəssisələrinin mövcud strukturu günün tələblərinə nə dərəcədə cavab verir və optimallaşdırma siyasəti universitetlərə də şamil oluna bilərmi? Universitetlərin ixtisarı və ya birləşdirilməsi ehtimalı, onların sayının çoxluğunun dövlət büdcəsinə təsiri, kadr hazırlığının keyfiyyəti və elmi potensialın...

09 Yanvar 2026, 22:39

Gədəbəydə qəza olub, ölən və yaralanan var 

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

09 Yanvar 2026, 21:55

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.Hər 3 şəxs barəsində Sumqayıt məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....

09 Yanvar 2026, 20:31

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

09 Yanvar 2026, 20:09

Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb 

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.CityPost.az   xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir....

09 Yanvar 2026, 20:03

Nəsimi Nəbizadənin qardaşı həbs olundu 

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. CityPost.az  bildirir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.  Yenilik.az-ın əldə etdiyi məlumatya görə, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb....

09 Yanvar 2026, 19:56