Bizə yazın

Baku

-°C

USD

-

Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal 

Cəmiyyət 08 Yanvar 2026, 21:14

354

“Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.

Citypost.az  xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.

R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-u kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səsdinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə söyləmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

Oktyabrın sonunda məzuniyyətə olarkən əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, ştatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər”.

Sözügedən həkim rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxsin ona hücum etdiyini də iddia edib: “Dekabrın 24-ü İntizam Komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim.

Dekabrın 25-i qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir”.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva iddiaları təkzib edib: “Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu, yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni Nizam-intizam Komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə kimisə işdən çıxara bilər?! Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində, bəlkə də, problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

Səsdinləmə cihazına gəldikdə isə mən həyatımda elə bir cihaz görməmişəm. Təsəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu, qurma hadisədir, yoxsa direktor iş-gücünü atıb Ramillə məşğul olub?!”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.CityPost.az bu barədə AZAL-a istinadən xəbər verir.Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq."AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]", - deyə aviaşirkət bəyan edib....

09 Yanvar 2026, 15:22

Ötən il Azərbaycanda 1252 avtoqəza olub, 689 nəfər ölüb 

2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə  cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.Qeyd edək ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1427, ölənlərin sayı isə 764 nəfər olub.

09 Yanvar 2026, 15:16

Naxçıvanda dövlətə xəyanət faktı: DTX əməliyyat keçirdi 

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır. CityPost.az   Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici...

09 Yanvar 2026, 15:09

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar 

Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir.CityPost.az xəbər verir ki, bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib.Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.Dini konfessiya rəhbərləri dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına...

09 Yanvar 2026, 14:55

Sumqayıtda qaz kəsiləcək 

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.CityPost.az İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək....

09 Yanvar 2026, 14:26

Razi Nurullayevi öz sələfi aldadıb?-  Əhəd Əhmədovun milyonluq fırıldağı   

“Rusiya–Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib və Qarabağda tenderdə qalib gələn şəxslərlə birgə iş görüblər. Lakin bu fəaliyyətdən heç bir gəlir əldə etməyiblər, əksinə, qoyduqları vəsaiti də bu günədək geri ala bilməyiblər. Nəticədə gördülər ki, Azərbaycanda biznes qurmaq heç də asan deyil”.Bu sözləri deputat Razi Nurullayev TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib. Deputat bildirib ki, qardaşları Azərbaycanda dələduzluğun qurbanı olublar:“Bir nəfər qardaşımdan 1 milyon manat pul alıb və ona qarşı dələduzluq edib. Söhbət keçmiş deputat Əhəd Əhmədov və onunla birgə daha üç nəfərdən gedir. Qardaşım bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu...

09 Yanvar 2026, 14:23