Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
Cəmiyyət 09 Yanvar 2026, 12:16
474
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Həmçinin oxuyun
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd də olsa da, qalib gələ bilməmişdi.
Onu da əlavə edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətində rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri-baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.
Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıdakı universitetlər birləşdirilir?
Son illər dövlət idarəçiliyində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və institusional islahatların dərinləşdirilməsi ilə bağlı müzakirələr daha da intensivləşib. Bu kontekstdə ayrı-ayrı nazirlik və qurumların birləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması və büdcə yükünün azaldılması məsələləri vaxtaşırı gündəmə gətirilir. Təbii olaraq, bu müzakirələr cəmiyyət üçün strateji əhəmiyyət daşıyan digər sahələri, xüsusilə də elm və ali təhsil sferasını da diqqət mərkəzinə çıxaerır.Məhz bu fonda sual yaranır: ali təhsil müəssisələrinin mövcud strukturu günün tələblərinə nə dərəcədə cavab verir və optimallaşdırma siyasəti universitetlərə də şamil oluna bilərmi? Universitetlərin ixtisarı və ya birləşdirilməsi ehtimalı, onların sayının çoxluğunun dövlət büdcəsinə təsiri, kadr hazırlığının keyfiyyəti və elmi potensialın...
09 Yanvar 2026, 22:39
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
09 Yanvar 2026, 21:55
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.Hər 3 şəxs barəsində Sumqayıt məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....
09 Yanvar 2026, 20:31
Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
09 Yanvar 2026, 20:09
Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb
Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.CityPost.az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir....
09 Yanvar 2026, 20:03
Nəsimi Nəbizadənin qardaşı həbs olundu
Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. CityPost.az bildirir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Yenilik.az-ın əldə etdiyi məlumatya görə, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb....
09 Yanvar 2026, 19:56