Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvanda dövlətə xəyanət faktı: DTX əməliyyat keçirdi 

Cəmiyyət 09 Yanvar 2026, 15:09

2971

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır.

 

CityPost.az   Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

 

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.

 

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub 

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.

13 Oktyabr 2026, 11:47

Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq 

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, gündəliyə "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiqi və Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiyası daxil olmaqla ümumilikdə 13 məsələ daxildir.İclasa spiker Sahibə Qafarova sədrlik edir....

13 Oktyabr 2026, 11:21

TƏBİB: 8 ayda 246 mindən çox əməliyyat aparılıb

Azərbaycanda 2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 8 ay ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb....

13 Oktyabr 2026, 10:15

Ədalət Verdiyev: “Özünüzü başqa ölkənin maraqlarına qurban etməyin”  

Ötən gün Masazır qəsəbəsində dörd avtomobili yandırmaqda şübhəli bilinən şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı bildirildiCitypost.az xəbər verir ki, Hərbi ekspert Ədalət Verdiyev hadisə ilə bağlı fikirlərini bölüşərək avtomobillərin yandırılması ilə Azərbaycan dövlətinin zəifləyəcəyini düşünən şəxslərə müraciət edib.Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.“Bu düşüncədə olan, yəni maşın yandırmaqla İranın Azərbaycan ərazisində söz sahibi olacağına inanan beyinsiz insanlara səslənirəm: özünüzü başqa ölkənin maraqlarına qurban etməyin.Azərbaycan dövləti maşın yandırmaqla zəifləyən deyil. Amma siz və ailəniz bir saniyəlik alışqanı maşına tutmağa görə uzun illər iztirab içində yaşayacaqsınız”, – deyə Ədalət Verdiyev bildirib.Turan...

13 Oktyabr 2026, 09:34

Jurnalist Nailə Balayevadan hicab məsələsi ilə bağlı SƏRT MESAJ

Jurnalist Nailə Balayeva Bakı məktəblərinin birində hicabla bağlı yaranan vəziyyəti işıqlandırarkən üzləşdiyi hadisə barədə məlumat verib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Nailə Balayeva bildirib ki, dünən məktəblərdən birinin qarşısında baş örtüyünü açmadıqları üçün dərsə buraxılmayan qızların valideynləri və şagirdlərlə söhbət edib, onlardan müsahibə alıblar. Məqsəd isə onların üzləşdiyi problemi işıqlandırmaq olub.Onun sözlərinə görə, söhbət başa çatmamış jurnalistləri və müsahibə verdikləri şəxsləri kənardan çəkərək görüntüləri İranla əlaqəli olduğunu iddia etdiyi Telegram kanallarına ötürüblər.“Əcəba, nədir sizin davanız? Dediyiniz kimi, uşaqlarınızı oxutmaq, yoxsa bağlı olduğunuz İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək? Bunun rəzalətdən başqa adı varmı? Bunu kim...

13 Oktyabr 2026, 09:31

Gələcəyimizi düşünürüksə, bu qərarı dəstəkləməliyik” – Turan Etibaroğlu

Jurnalist Turan Etibaroğlu məktəbə hücum, avtomobillərin yandırılması və şüşələrin sındırılması kimi halları tənqid edib, vahid məktəbli formasının tətbiqini dəstəklədiyini bildirib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O,  qeyd edib ki, məktəbə hücum etmək, avtomobil yandırmaq və şüşələri sındırmaq heç bir etiraz mədəniyyətinə sığmır. Onun sözlərinə görə, baş verənlər qəbul edilən qərarın nə qədər doğru və vaxtında olduğunu bir daha göstərir.“Belə təhlükəli meyillərin genişlənməsinə, cəmiyyətdə xaos və aqressiya mühitinin formalaşmasına imkan vermək olmazdı”, – deyə Turan Etibaroğlu vurğulayıb.Jurnalist vahid məktəbli formasının tətbiqini sona qədər dəstəklədiyini bildirib. O qeyd edib ki, məsələ təkcə geyimdən ibarət deyil, həm də məktəb mühitində nizam-intizamın, bərabərliyin və...

13 Oktyabr 2026, 09:15