Bu icra başçıları işçilər axtarır: Müavin,şöbə müdiri,sürücü...
Cəmiyyət 08 Yanvar 2026, 22:38
1050
Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.
İki müavini və köməkçisi olmadan işləyən başçı
CityPost.az xəbər verir ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.
İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.
Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi, Mеmarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) ştatları da vakantdır.
Beyləqan RİH sürücü tapa bilmir?
Beyləqan RİH-də Başçının müavinlərindən biri olan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri ştatı boşdur. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsi üzrə dini qurumlarla işin təşkilatçısı, habelə həmin şöbənin baş məsləhətçilərdən biri yoxdur. Memarlıq və tikinti şöbəsi üzrə müdir (baş memar) və böyük məsləhətçi (mühəndis) yerləri də uyğun kadrların yolunu gözləyir. Beyləqan RİH-də həmçini xidmət şöbəsinin baş mütəxəssis-sürücü ştatı da boş qalıb.
Saatlı və Kürdəmirdə 1-ci müavin postları boşdur
Saatlı RİH başçının 1-ci müavini, habelə aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı, Hüquq şöbəsində məsləhətçi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini, Memarlıq və tikinti şöbəsinin müdiri və aparıcı məsləhətçi (mühəndis) vəzifələri vakansiyaya çıxarılıb.
Həmçinin oxuyun
Kürdəmir RİH-də də icra başçısının 1-ci müavini vəzifəsi boş qalıb. İcra başçısının köməkçisi və digər müavini: Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri ştatları da vakantdır. Bu qurumda da Memarlıq və tikinti sektorunun müdiri (baş memar) və həmin sektor üzrə böyük məsləhətçi yoxdur.
Biləsuvar RİH-in üç şöbəsi müdirsiz qalıb
Biləsuvar RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş, Hüquq, Memarlıq və tikinti şöbələri üzrə şöbə müdiri vəzifələri boşdur.
Zərdab RİH-də cəmi 2 nəfər çalışır?!
Zərdab RİH-in rəsmi internet səhifəsində “Aparatın strukturu” bölümündə 38 ştat vahidi göstərilsə də, onlardan cəmi 2-sinin: icra başçısı və onun 1-ci müavini vəzifələrini daşıyan şəxslərin adları qeyd edilib, qalan qrafalar boş saxlanılıb. “Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Şuranın tərkibi”ndə də vəzifə adları var, şəxs adları yox. Buna görə həmin RİH üzrə vakant yerləri müəyyənləşdirə bilmədik.
Sabirabad RİH-də bütün vəzifələr tutulub
Vakansiya bolluğu heç də bütün yerli icra hakimiyyəti orqanlarına aid edilə bilməz. Məsələn rəsmi internet səhifələrinə baxış keçirdiyimiz Ağsu RİH-də 3, Ucar RİH-də cəmi 1 ştat tutulmayıb. Sabirabad RİH-də isə boş qalan məsul vəzifəyə rast gəlmədik.
Azər Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
25 Yanvar 2026, 16:41
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti,...
25 Yanvar 2026, 14:31
"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh
Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.CityPost.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər...
25 Yanvar 2026, 14:19
Arzu Yusifova vəzifəsindən azad edildi
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.
25 Yanvar 2026, 13:50
Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO
Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.CityPost.az xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam......İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.O, indi nə aktiv jurnalistika...
25 Yanvar 2026, 10:40
Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat
Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724...
25 Yanvar 2026, 10:36