Bizə yazın

Baku

-°C

USD

-

Nazirliyin vəzifəli əməkdaşına cinayət işi açıldı - Fırıldaqla 395 min ələ keçirib 

Hadisə 08 Yanvar 2026, 11:22

412

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, sabiq vergi müfəttişinin qanunsuz əməllərinə dair cinayət işinin ibtidai istintaq tamamlanıb:

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindən müsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkil edilməsi və digər bu kimi məsələlərin “həlli” ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Maqsud Nəsirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb 

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.Daxili İşlər Nazirliyindən CityPost.az-a verilən məlumata görə, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir....

08 Yanvar 2026, 21:09

Xırdalanda "Range Rover"ə 11 manatlıq ziyan vuran şəxs danışdı - Buna görə edib

Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Avtomobilin sahibi zərərçəkən qismində polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir....

08 Yanvar 2026, 17:30

“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu 

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

07 Yanvar 2026, 23:17

Rusiyada helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb 

Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.Qəza Perm diyarının Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib.Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, helikopter qəzasında iki nəfər ölüb.

07 Yanvar 2026, 15:42

Vaqif Allahverdiyevin məhkəməsi başlayıb 

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.CityPost.az   xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.Sentyabrın 18-də ittihamın məzmununa...

07 Yanvar 2026, 15:35

Bakıda yük və minik maşınları toqquşub, ölən var 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.CityPost.az  FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili ilə “Газель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib....

07 Yanvar 2026, 12:30