Bizə yazın

Baku

-°C

USD

-

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib

Cəmiyyət 25 Oktyabr 2026, 10:50

503

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.

CityPost.az-ın məlumatına görə, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar.

Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın,...

25 Oktyabr 2026, 11:22

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56