“Şirməmməd Hüseynov mükafatı” Qulu Məhərrəmliyə təqdim olunub
Cəmiyyət 12 Yanvar 2026, 21:28
368
Azərbaycan jurnalistikasında peşəkarlığın, prinsipial mövqenin və milli düşüncənin təcəssümü sayılan “Şirməmməd Hüseynov mükafatı” bu il tanınmış jurnalist, pedaqoq və ictimai xadim Qulu Məhərrəmliyə təqdim olunub. Təqdimat Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində keçirilib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı mükafatın yaranma tarixi və mahiyyəti haqqında qısa məlumat verib.
“Mükafat hələ 6 il öncə təsis ediləndə düşündük ki, media təkcə informasiya vermir, həm də milli dövlətçiliyi, dövlətin gördüyü işləri, dövlət adamlarını tarixiləşdirir. Mükafatı da məhz həmin prinsiplərə uyğun gələn şəxslərə veririk. Bu prinsip əsasında qoyulan meyarlarımız hər zaman davam etdiriləcək. Mükafatçının Qulu Məhərrəmli olması ümumilikdə mükafat komissiyasının yekdil rəyidir. İndi tarixi günlər yaşayırıq. Şirməmməd Hüseynov irsi cümhuriyyət irsidir. Ona görə tarixi gün yaşayırıq ki, ərazi bütövlüyümüz təmin olunub, Zəngəzur məsələsi aktuallaşır, Qərbi Azərbaycana yol görünür, Təbriz səssiz deyil. Elə cümhuriyyət qurucularının, Ulu öndər Heydər Əliyevin də istəyi bu idi. Bu istəkləri Azərbaycan xalqının böyük lideri İlham Əliyev məharətlə həyata keçirir. Bu gerçəyin içində təsis etdiyimiz mükafatın da işığı hər zaman görünəcək”.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, ustadın, müəllimin adını daşıyan və onun yolunu davam etdirən böyük ustadlara, həmkarlara verilən bu təltif onu göstərir ki, jurnalistika fakültəsi və jurnalistika fakültəsinin tələbələri bu yoldan dönmürlər, bu yolun davamçısıdırlar.
“Bu adı yaşatdığınız üçün sizə təşəkkür edirəm. Bu mükafat həm Azərbaycan jurnalistikasının inkişafında, həm də Azərbaycan jurnalistikasının öyrənilməsində böyük xidmətləri olan müəllimimizin adının yaşadılmasıdır. Bu vəfa borcudur və təşəkkür edirəm ki, siz bu vəfa borcunu ödəyirsiniz. Qulu müəllimi ürəkdən təbrik edirəm. Belə hesab edirəm ki, Şirməmməd müəllimimizin adını daşıyan bu mükafata layiq görülən ən əsaslı, öz həyatı, fəaliyyəti və peşəkarlığ ilə bunu sübut edən simalardandır. Ümid edirəm ki, nə zamansa biz də bu mükafata layiq görülərik. Bu mükafatı almaq üçün 70 il yaşamağa dəyər”.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışı zamanı qeyd edib ki, indiyədək bu mükafat ancaq layiq olunanlara verilib.
“Təsis olunandan bəri “Şirməmməd Hüseynov mükafatı” çox layiqli şəxslərər verilib. Qulu müəllimlə Şirməmməd müəllimin dostluğunun şahidlərindən biri də mənəm. Qulu müəllim də hərdən Şirməmməd müəllimə oxşamağa çalışır, yerişin yerimək istəyir. Bəlkə 10 ildən sonra yeriyə biləcək. Amma hər bir halda onu ən layiqli adamlardan birini hesab etmək olar. Bu mükafata layiq olan adamlar barmaqla sayıla bilər, lakin indiyədək layiq olanlara bu mükafat verilib. Bundan sonra da mükafatın verilməsində təsisçilərin səviyyəni qoruyub saxlayacaqlarına inanıram. Qulu müəllimi təbrik edirəm”.
Real Televiziyasının rəhbəri, Şirməmməd Hüseynovun tələbəsi Mir Şahin Ağayev qeyd edib ki, bu gün də hamımız bu auditoriyada tələbə yerində, Şirməmməd müəllim isə müəllim yerində qalıb.
“Biz tarix və jurnalistikadan danışarkən adətən onları fərqli-fərqli sahələr hesab edirik. Məndən ötrü tarix-jurnalistika, bunlar ikisi bir sahədir. Günün tarixini yazan jurnalist, tarixin günün yazan tarixçidir. Bu baxımdan jurnalistika elə tarixin davamıdır. Buna görə də məndən ötrü Şirməmməd müəllim tarixçi olmaqla yanaşı, böyük jurnalistdir. Burada oturan hər bir kəsin belə mükafat almağa iddiası olmalıdır, arzusu olmalıdır və mən bu arzumu gizlətmirəm. Hər kəsə uzun ömür can sağlığı arzu edirəm, əsas da ruh sağlığı arzu edirəm”.

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, Şirməmməd Hüseynovun yaxın dostu Cahangir Məmmədli bu tədbiri böyük hadisə adlandırıb.
“Seçiminiz sözün həqiqi mənasında çox gözəldir. Qulu müəllim təkcə Şirməmməd müəllimdən dərs almayıb, həm də onun “sürücüsü” olub. Cavan vaxtı Şirməmməd müəllimin “sürücüsü” mən oldum, mənim yaşlı vaxtımda isə bu işi Qulu müəllim görüb. Biz heç vaxt onun piyada gəzməsinə imkan verməmişik. Amma ona borcumuzu heç vaxt ödəyə bilmərik. Ona görə ki, biz o borcu vermək üçün çox iş görməliyik. Bir yerdə ki, Şirməmməd Hüseynov məktəbi, o məktəbi qoruyanlar var ora haqqında yüksək fikirdə olmaq lazımdır. Uğurlar arzu edirəm, Qulu müəllimi təbrik edirəm”.
Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam və iki il əvvəl bu mükafata layiq görülən Rais Rəsulzadə Qulu Məhərrəmlini bu sahədə özünü təsdiq edən jurnalist olduğunu qeyd edib:
“Görünən dağa nə bələdçi? Buradakı insanların hamısı medianın ən parlaq adamlarıdır. Qulu Məhərrəmlinin televiziyada işlədiyi vaxtlar, universitetdə dərs deyərkən yazdığı kitablara hər kəs bələddir. Qulu Məhərrəmlinin mən xarici səfərlərdən tanımışam. O, özünü vətənpərvər, istiqanlı, ideyası üçün mübarizə aparan şəxsiyyət kimi tanıtdırıb. Bir daha təbrik edirəm”.
“Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov:
“Baxıram ki, hamı bu mükafatı almaq istəyir. Burada da əsas amil şəxsiyyətin böyük olmasıdır. Çox adam istəyər ki, adı Şirməmməd müəllimin adı ilə eyni zamanda hallansın. Şirməmməd müəllim mənə həyatda dərs keçib. Mən ondan çox şey, necə obyektiv olmaq lazımdır, bu ölkəni necə sevmək lazımdır, öyrənmişəm. Hamımıza bu keyfiyyətlərin aşılanmasında onun böyük təsiri olub. Təşəkkür edirəm ki, belə mükafat təsis etmisiniz. Bir təklifim də olacaq. Şirməmməd müəllimin fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb. Onun, Türk dünyası ilə bağlı fikirləri həmişə olub. Mən əminəm ki, bu mükafat davamlı veriləcək və bunu uzunömürlü saxlamaq üçün bu mükafata layiq olan, Türk Dünyasından olan jurnalistlərə də vermək olar. Qulu müəllim demişkən bu mükafat yaşa görə deyil, başa görə verilir. Qulu müəllim də buna kifayət qədər layiqdir. Bu yaşına kimi bir institutun görə biləcək işləri görüb. Təbrik edirəm”.
Həmçinin oxuyun
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:
“Bu çox nadir mükafatlardandır ki, onun adına, təqdimat formasına, mükafatı verənə, mükafatı alana heç bir irad söylənmək mümkün deyil. İndi bilirsiniz ki, bizim mükafatların verilməsi çox müzakirə oluna bilər. Adətən mükafatların böyük əksəriyyəti mücərrəd olur, burada qəribə situasiya ondan ibarətdir ki, mükafatın adını daşıyan adamlarla, onu alan adamlar bir məclisdə oturan, bir yerdə işləyən insanlardır. Mən dünən Quluya dedim ki, yəqin ki, yaxın vaxtlarda bizim də adımıza mükafatlar olacaq. Təbii ki, sağlığında olsa daha yaxşıdır. Bir daha bu mükafat üçün çox təşəkkür edirəm. Bizi təkcə gedəndən sonra yox, sağlığımızda da qiymətləndirmək və dəyərini vermək çox böyük əhəmiyyətə malikdir və siz o bacarığı nümayiş etdirdiniz”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:
Arif Əliyev dediyi kimi bu dəyəri sağlığında vermək yaxşıdır. Biz dəyərlərimizə dəyər verməyi bacarmalıyıq. Sizin bu mükafat da dəyərlərimizə dəyər verməyin bir nümunəsidir. Qulu müəllim, sizi təbrik edir və uğurlar arzu edirəm. Eyni zamanda Elşad bəy sizi də təbrik edirəm, çünki çox dəyərli mükafat təsis edərək dəyərli insanlara təqdim edirsiniz”.

"Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev digər həmkarları kimi Qulu Məhərrəmlinin bu mükafata layiq olduğunu bildirib:
“Şirməmməd müəllimi mən də yaxından tanımışam. Böyük adamın adını daşıyan bu mükafata Qulu müəllimin layiq görülməsi münasibəti ilə onu da, mükafatı təsis edənləri də təbrik edirəm. Qulu müəllim Allahın qulu olub, ondan başqa heç kimə baş əyməyən ziyalımızdır. Öz yolu, öz dəsti-xətti var. Həyatın eniş-yoxuşlarını da gedəndə heç vaxt öz sürətini itirməyib. Qulu Məhərrəmli ilə həmişə birlikdə addımlamağı və hər kəsə layiq olduğu mükafatı almağı arzu edirəm”.
Parlament Jurnalistlər Birliyinin üzvləri Aqil Camal, Aqil Aslan, Alim Hüsynli, Şərq qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistika Fakültəsinin müəllimləri Qulu Məhərrəmlini təbrik edərək, ona fəaliyyətində uğurlar arzu ediblər.
Təbriklərdən sonra Qulu Məhərrəmliyə “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub. Q. Məhərrəmli təqdimata toplaşan hər kəsə təşəkkürünü çatdırıb:
“Mükafat elə bir şeydir ki, onu hamı almaq istəyir. Layiqli mükafat olanda adam istəyir ki, adının qabağında o mükafatın adı olsun. Bəzi mükafatlar da olub ki, onunla bağlı heç vaxt həyacan olmayıb, kim istəsə onu da ala bilib. Amma “Şirməmməd Hüseynov mükafatı” elədir ki,bu mükafat çox şeyləri özündə ehtiva edir. Bəlli yaşdan sonra insan özünü dərk edəndə, mükafat onun üçün o qədər də önəmli olmur. Amma əlbəttə ki, mükafatın çəkisi çox önəmlidir. Şirməmməd müəllim mənə də dərs deyib, televiziyada da həmkarlıq etmişik, daha sonra auditoriyada da birlikdə dərs deyib, müəllim kimi həmkar olmuşuq. Əlbəttə ki, şəxsi münasibət yaranıb və bu münasibət də dəyərlər üzərində qurulub. Cahangir müəllim dedi, mən Şirməmməd müəllimi maşınımla evlərinə aparıb-gətirirdim, amma bu bir göstəricidir. Onun arxasında çox böyük münasibət dayanır. Şirməmməd müəllim birinci növbədə millətə-xalqa, dövlət düşüncəsinə təmannasız sevgini öyrətdi. Doğurdan da fərdi maraqları kənara qoyub, ictimai maraqlarla yaşaya bilirsənsə, bu başqa yoldur. İkincisi sözün həqiqi mənasında dəyərləri öyrətdi. Təkcə Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi haqqında bilmək deyil, onları yaşatmağı öyrətdi. Bunun əsasında çox böyük təmənassızlıq dayanır. Şirməmməd müəllimin müsahibələrinin birində belə bir yanaşma var, deyir ki, işıq düşməyən yerdə zəlzələ olur, işıq düşməyən yerlərdə bədbəxtliklər, faciələr olur. Mən arzu edirəm ki, Şirməmməd müəllimin adı ilə olan və olmayan, onun yolu ilə gedilən və gedilməyən hər yerdə işıq olsun. İnsanların içində işıq olmasa onlar həmişə balaca ölçülərlə düşünəcəklər. İşıq olanda insanlar böyük ölçülər görə bilir. Şirməmməd müəllimə rəhmət diləyirik. Onun qoyduğu, cızdığı yolun əsası da jurnalistika fakültəsi, azdan-çoxdan onu tanıyan insanlarla bağlıdır. Ona görə də, onu tanımayanlar o yolu gedə bilməyəcəklər. Mən gələn hər dostuma təşəkkür edirəm. Dəyərlər üst-üstə düşəndə o enerji, güc əmələ gətirir. Mən hər kəsə təşəkkür edirəm. Sevdiyim insanlara xüsusi ilə minnətdarlığımı bildiriəm, məni sevənlərə isə min qat təşəkkürümü bildirirəm. Çox sevindim sizlərin gəlişinizə”.

Təqdimatı Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, jurnalist Ülkər Hüseynova bitirib:
“Mən burada Şirməmməd müəllimin ən qədim tələsiyəm. Təxminən 70 il bundan qabaq o mənim müəllimim oldu. Onu hamıdan çox mən tanıyıram. Şirməmməd müəllim üçün hər şeydən əvvəl dövlət olub. 7-8 il əvvəl ictimaiyyətdə ciddi müzakirə olunan söhbətlər qaldırıldı. Mən ona dedim ki, sən qarışma, yaşlı adamsan, övladların var. O mənə dedi ki, dövlət olan yerdə övlad nədir. Mən o rəhmətə gedəndə çox fikirləşdim ki, qəbrinin üstünə nə yazdırım. Sonda onun da ən çox sevdiyi kəlmələri yazdırdım, - Ata-babalarınız bizə bu cənnət-məkan Azərbaycanı əmanət qoyub gedib. Bizdən sonra gələn nəsillər o əmanəti göz bəbəyi kimi qoruyub, gələcək nəsillərə çatdırmalıdır. Doğurdan da dünyada hər şey fərqli olub. Biz həmişə ayıq olmalıyıq. Bütün bunların hamısını Şirməmməd müəllim o vaxt da dərk edirdi. Burada yığışan hər kəsə, Elşad müəllim, sizə də çox təşəkkür edirəm. Biz söz də deyim. Şirməmməd müəllimin oxşarı yoxdur, olmayacaq da. Çünki onu mənim qədər tanıyan adam yoxdur. Sizə də təşəkkür edirəm ki, bu mükafatı təsis etdiniz. Çox istərdim ki, bu mükafatı alanlar həmişə ona layiq olsunlar”.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” altı il əvvəl Parlament Jurnalistlər Birliyi tərəfindən təşəbbüsü ilə təsis edilib. Mükafatın əsas məqsədi Azərbaycan mətbuatında milli dövlətçilik ideyalarına sədaqət göstərən,
jurnalistikanı yalnız informasiya vasitəsi deyil, eyni zamanda tarixi yaddaş və ictimai məsuliyyət kimi dərk edən media nümayəndələrinin fəaliyyətini qiymətləndirməkdir. Bu mükafat hər il fərdi yanaşma və şəxsi münasibətlər əsasında deyil, təşkilatın yekdil mövqeyi ilə, ciddi meyarlar əsasında təqdim olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev nazirlə bağlı sərəncam imzaladı
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib.Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə bildiriş göndərməlidir.
12 Yanvar 2026, 21:38
Azərbaycanda 8 dövlət qurumu ləğv edilib
Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib. CityPost.az xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib. Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur. Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci...
12 Yanvar 2026, 19:10
Prezidentdən Bakı sakinlərinə ŞAD XƏBƏR
Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi.CityPost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.“Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o...
12 Yanvar 2026, 18:52
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərarla xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunacaq:- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində...
12 Yanvar 2026, 17:56
“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” - Müşavirədə maraqlı dialoq
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edənlərdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olub.Citypost.az xəbərinə görə, o, görülən işlərlə bağlı çıxış edən zaman Prezidentə bir xahişlə müraciət edib.- Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.Prezident İlham Əliyev:- Buyurun.Zaur Mikayılov:- Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və...
12 Yanvar 2026, 17:53
Azərbaycanda havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Əsasən dağlıq və dağətəyi...
12 Yanvar 2026, 17:41