Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 12 Yanvar 2026, 13:13

270

Sabah Azərbaycanda hava necə olacaq?

Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı gözlənilir. 13-dən 14-ə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtdan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib 

İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.Dövlətimizin başçısı bildirib: “Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir”....

12 Yanvar 2026, 16:30

Keçən il Azərbaycanda nikah və boşanmaların sayı azalıb 

Keçən il Azərbaycanda 48 min 477 nikah və 20 min 676 boşanma qeydə alınıb.Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 49 min 498 nikah, 21 min 581 nikah pozulması qeydə alınmışdı.

12 Yanvar 2026, 16:25

Ötən il 6 mindən çox iş üzrə aliment ödənilməyib 

2025-ci ildə 6300-dək iş üzrə aliment ödənilməyib.Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.Xatırladaq ki, 2024-cü ildə icraatda olan 133 minədək aliment işindən 46 minədək işdə müəyyən gecikmələrlə aliment ödənilib. 5000-dək işdə aliment ödənişi təmin olunmayıb.

12 Yanvar 2026, 15:25

Məşhur həkim vəfat etdi

Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti Samir Ağabala oğlu Müslümzadə bu gün vəfat edib.CityPost.az    xəbər verir ki, S.Müslümzadə 1993-cü ildən sözügedən vəzifədə çalışırdı.(Mənbə: oxu.az)

12 Yanvar 2026, 15:15

Məzarı övladı ilə yanaşı olan ANA  - Bu gün doğum günüdür

Vətən Müharibəsinin ilk günü bir ailənin 5 üzvünün Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirilməsi bütün ölkə üçün sarsıdıcı xəbər olmuşdu.CityPost.az xatırladır ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar 2020-ci ilin sentyabrın 27-si toplarla Naftalan şəhəri Qaşaltı kəndini atəşə tutdular.Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak oldular.Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalmışdı.CityPost.az xəbər verir  ki, bu gün  həmin hadisə zamanı  həlak olan  Afaq Əmirovanın doğum günüdür.O,ailənin gəlini idi.Övladları ilə...

12 Yanvar 2026, 14:55

Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən K.Heydərov, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın...

12 Yanvar 2026, 14:19