Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmə qərar çıxarıb, icra işi açılıb, vətəndaşın xəbəri yox...  

Cəmiyyət 13 Yanvar 2026, 22:26

392

Problemli kreditdən canını qurtaran vətəndaşdan indi də “icra ödənişi” tutulur

2015-ci ildə ölkədə baş verən devalvasiyalar xarici valyutada kredit götürmüş vətəndaşların ödəmə imkanlarını pisləşdirmişdi. “Üzən məzənnə”yə keçən manat ABŞ dolları qarşısında get-gedə dəyər itirir, banklar isə bir ucdan vaxtı keçmiş borclarla bağlı müştərilərini məhkəməyə çəkirdilər.Nəhayət 2019-cu ilin fevralında problemli kreditlərinin həlli ilə bağlı son dərəcə zəruri olan fərman verildi.

İmişlinin Bəcirəvan kəndində yaşayan fiziki tərbiyə müəllimi Şamil Əmənov da “kredit aministiyası” nəticəsində çiynindən ağır yükün götürüldüyünü deyir: “Təsəvvür edin, cərimə faizləri ilə şişən borc beş min dolları keçmişdi. Məlum fərmandan sonra bank qarşısında öhdəliyim iki min manatdan da az oldu. Onu birdəfəyə ödədim.”

Amma üstündən altı il ötəndən sonra vətəndaş bağlanmış problemli kreditindən dolayı yeni problemlə üzləşir: “Oktyabr ayında əlillik pensiyamı almaq istəyərkən gördüm məbləğin yarısı tutulub. Bankdan mənə bildirdilər ki, tutulma icra və probasiya şöbəsinin sərəncamı ilə olub. Başılovlu həmin idarəyə gedəndə məlum oldu ki, son qəpiyinədək ödəyib təmizlik kağızı aldığım kreditimlə bağlı orada iş var.”

Məhkəmə qərar çıxarıb, icra işi açılıb, vətəndaşın xəbəri yox...

İcra məmuru vətəndaşa bildirib ki, 2016-cı ildə “Dəmirbank” ASC ona qarşı borcun tutulması tələbi ilə İmişli rayon məhkəməsinə müraciət edib, məhkəmə əmri ilə bu tələb təmin olunub. Və qəbul edilmiş qərarın icrasıyla bağlı icraat hələ də davam edir...

“Barəmdə məhkəmə qərarı çıxarılıb, icra işi açılıb, guya 9 il iş aparılıb, amma bütün bunlardan mənim xəbərim olmayıb. Bu barədə mənə nə məktub gəlib, nə də zəng olunub. Əgər pensiyam tutulmasaydı, yəqin ki, bu barədə heç vaxt məlumatlı olmayacaqdım”- deyir vətəndaş.

Bank borcunu alıb, amma işi geri çəkməyib

Ş. Əmənov bildirir ki, krediti “Dəmirbank” ASC-dən götürübmüş. Adıçəkilən təşkilat ləğv ediləndən sonra onun hüquqi varisi Əmanətlərin Sığortalanması Fondu olub. Aministiyaya düşən kreditin qalığını da bu təşkilata ödəyib və “təmizlik kağızı” adlandırdığı arayışı da ondan alıb. Vətəndaşın iddiasına görə hazırkı problemi də fond yaradıb:

“Prezident banklara tövsiyə etmişdi ki, bir ay müddətində məhkəmədə olan işləri geri çağırısınlar. Çətin başa düşənlər üçün fərmanda “işlərin geri çağırılması” ifadəsinin izahı da verilib: kredit borcları ilə bağlı iddialardan imtina etmək və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar tədbirlər görmək. Amma Əmanətlərin Sığortalanması Fondu fərmanı kobud surətdə pozaraq nəinki bir ay müddətində, hətta borc öhdəliyimi yerinə yetirəndən sonra da mənə qarşı qaldırılan işi məhkəmədən geri çəkməyib. Belə bir müraciət mənim Mərkəzi Banka şikayətimdən sonra- 2025-ci ilin dekabrın 25-də oldu.”

İcra olunmayan işə görə ödəniş tutulur?!

Heç bir sənəd təqdim olunmadığından İmişli sakininə əvvəl elə gəlib ki, hesabından pul bankın nəfinə tutulur. Amma ona izah olunub ki, bu, icra ödənişidir. Vətəndaş vurğulayır ki, icra məmuru da xidmət haqqını müəyyənləşdirərkən prezident fərmanını görməzdən gəlib:

“İcra ödənişi məhkəmə əmrində qeyd olunan borcun 7 faizi qədər hesablanıb. Burada da fərman, onun təsiri nəzərə alınmayıb. Bir halda ki, borcun tutulması icra məmurunun xidməti olmadan məsləhət bilinib və problem bu cür də öz həllini tapıb, o zaman icra ödənişindən söhbət gedə bilərmi? Ödəniş tələb etmək, hesabdan pul tutmaq üçün ortada elementar icra hərəkəti də olmayıb.”

Ş. Əmənov vaxtilə bankdan kredit götürən bir müəllim yoldaşına zamin dayandığını. həmin kredit üzrə yaranmış borcun da məlum fərmanın təsiri altına düşdüyünü söyləyir. Deyir ki, restrukturizasiya olunan məbləğ müştəri tərəfindən ödənilsə də, bu iş də icra xidmətində açıq qalır: “İcra məmuru bildirdi ki, məndən öz kreditimlə bağlı icra ödənişi tam həcmdə tutulandan sonra o işə keçiləcək. Borc tələbində banklar yalan oldu, icra orqanları gerçək...”

Vəkil: “İcraat formal olaraq davam edir”

Tanınmış vəkil, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov problemli kreditlə bağlı icraatın hələ də davam etməsinə təəccübləndiyini bildirdi:

“Məlum fərman veriləndə həqiqətən xarici valyuta ilə verilmiş kreditlərlə bağlı ölkədə ciddi problemlər vardı. Müştərilərin bir qismi böyük zərər hesabına bu borcu ya ödəyib qurtarmışdı, ya da ödəməkdə idi. Onlara kompensasiya hesablandı. Amma borcu məcburi qaydada tutulanlar, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar vardı. Bəzi işlər isə məhkəmə baxışında idi. Məhkəmədə olan işlər geri çağrılarkən ortaya bəzi problemlər çıxdı və bunlarla bağlı yeni məhkəmə mübahisələri oldu. Amma bu işlər, demək olar ki, yekunlaşıb. Haradasa bu məsələlərlə bağlı icraat formal olaraq davam edə bilər: bank işi geri çağırmayıb, icra məmuru da deyə bilər ki, borcun məlum fərmanın təsiri altına düşməyimdən xəbərim yoxdur. Onda sual olunur: bu illər ərzində niyə icra hərəkəti aparılmayıb, tərəflərlə danışılmayıb?”

Vəkil tövsiyə edir ki, bu halla üzləşən vətəndaşlar zəruri qərarları əldə edib inzibati məhkəməyə müraciət etsinlər.

“Əminəm ki, Prezident öz qərarını müdafiə edəcək”

40 il müəllim işləyən, daha 4 il dövlət qulluğunda çalışmış, ayağının bir hissəsi amputasiya olunan, övladı Qarabağ qazisi olan 65 yaşlı Şamil Əmənov son bir ayda bank, məhkəmə, icra şöbəsi, hüquq məsləhətxanası, poçt arasında “get-gəl”ə düşdüyünü deyir: “Gözləmədiyim bir vaxtda maliyyə itkisi ilə üzləşməyim rifahıma, sağlamlığıma, dolanışığıma sarsıdıcı zərbə vurub.”

O, bu problemlə bağlı məhkəməyə yox, ölkə başçısına müraciət etmək fikrindədir: “Ortada mübahisə yoxdur ki, məhkəmədə həll oluna. Zamin olduğum kreditlə bağlı da eyni problemlə üzləşə bilərəm. Düşünürəm ki, məsələyə dövlət başçısı müdaxilə etməlidir. Çünki baş verənlər prezident fərmanının pozuntusudur. Əminəm ki, o, öz qərarını sonadək müdafiə edəcək.”

Azər Əli

Zenmedia.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

“Regionda nisbi seysmik aktivləşmə müşahidə olunur. Region dedikdə isə daha dəqiq desək, seysmik aktiv zona nəzərdə tutulur. Şamaxı–İsmayıllı ərazisi Azərbaycanın ən aktiv seysmik zonalarından biridir. Tarix boyu bu ərazilərdə güclü və hiss olunan zəlzələlər baş vermişdir”.CityPost.az  xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə əsasən, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər:“Ümumiyyətlə, bölgədə daim geodinamik və seysmik aktivlik müşahidə olunur. Müxtəlif vaxtlarda baş verən yeraltı təkanlar müasir cihazlar və seysmik stansiyalar tərəfindən qeydə alınır. Mən hər zaman xüsusilə hiss olunan zəlzələlərə diqqət çəkirəm. Şamaxı–İsmayıllı ərazisində baş verən...

13 Yanvar 2026, 22:19

Bir ay öncə təyin edilən başçı buna görə işdən çıxarılıb 

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu....

13 Yanvar 2026, 20:28

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır 

Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir.CityPost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlət başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır....

13 Yanvar 2026, 19:46

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib 

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.Qeyd edilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....

13 Yanvar 2026, 19:25

General təqaüdə göndərildi 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub. CityPost.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu. ...

13 Yanvar 2026, 18:54

Adnan Əhmədzadə ilə bağlı məhkəmədən YENİ QƏRAR 

Adnan Əhmədzadənin həbs müddəti uzadılıb.SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az    xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.Mənbə:APA...

13 Yanvar 2026, 18:48