Diş ətinin xəstəliklərinə qarşı yeni diş pastası HAZIRLANIB
Tibb 14 Yanvar 2026, 16:40
250
Almaniya alimləri diş ətinin iltihabına səbəb olan bakteriyaların çoxalmasını effektiv şəkildə qarşısını alan, eyni zamanda ağız mikroflorasındakı faydalı bakteriyaları qoruyan yeni diş pastası hazırlayıblar.
Citypost.az xəbər verir ki, raşdırma Almaniyanın Halle şəhərindəki Fraunhofer İnstitutu və digər tərəfdaşlar tərəfindən aparılıb, daha sonra isə texnologiya PerioTrap Pharmaceuticals GmbH startapı tərəfindən kommersiyalaşdırılıb.
Pіrodontit əsasən Porphyromonas gingivalis kimi patogen bakteriyaların diş daşları boyunca diş ətinə yapışması nəticəsində inkişaf edir. Bu bakteriyalar əvvəlcə gingivitə, daha sonra isə diş əti və ətraf toxumaların xroniki iltihabına səbəb olur. İltihab yalnız diş ətini və sümükləri məhv etmir, həm də bakteriyaların qan dövranına daxil olaraq diabet, ürək-damar xəstəlikləri, artrit və digər xroniki iltihabi halların riskini artırdığı bilinir.
Ənənəvi antiseptiklər və ağız yaxalama vasitələri həm zərərli, həm də faydalı bakteriyaları məhv edir. Bu da ağız mikroflorasının balansının pozulmasına səbəb olur, çünki patogen bakteriyalar daha sürətlə çoxalır.
Həmçinin oxuyun
Yeni diş pastasının əsas aktiv maddəsi guanidinoetilbenzilamino-imidazopiridin asetatdır. Bu maddə yalnız zərərli bakteriyaların toksin ifrazını maneə törədir, faydalı bakteriyalar isə qorunur və mikrofloranın sağlam balansının bərpasına imkan yaradır.
Selektiv təsir sayəsində ağız mikroflorası tədricən normala dönə bilir və güclü dezinfeksiya tələb olunmur. Pastanın tərkibində həmçinin mexaniki təmizliyi təmin edən aşındırıcılar və kariyesin qarşısını alan florid də var.
Alimlər qeyd edirlər ki, tədqiqat Good Laboratory Practice standartlarına uyğun aparılıb və məhsulun təhlükəsizliyi, effektivliyi və uyğunluğu müvafiq tənzimləyici orqanlar tərəfindən tanınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səhiyyə Nazirliyi dərmanlarla bağlı əhaliyə ÇAĞIRIŞ etdi
"İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir".Oxu24.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil:“Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər. İnsanlar bəzən “immuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar. Halbuki hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Bu...
14 Yanvar 2026, 16:36
Qaraciyərdə yağ yığılması günün hansı vaxtı sürətlənir? – ARAŞDIRMA
Oksford Universitetinin alimləri müəyyən ediblər ki, qaraciyərin ən geniş yayılmış xəstəliklərindən biri olan metabolik assosiasiyalı piylənmə xəstəliyi (əvvəllər qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi kimi tanınır) orqanizmin sutkalıq bioloji ritmləri ilə sıx əlaqəlidir və əsasən gecə saatlarında daha sürətlə inkişaf edir.Citypost.az xəbər verir ki, araşdırmanın nəticələri Cell Metabolism jurnalında dərc olunub. Bildirilir ki, hazırda bu xəstəlik dünya üzrə yetkin əhalinin təxminən 40 faizini əhatə edir və ağır hallarda sirroz, qaraciyər çatışmazlığı, qaraciyər xərçəngi, eləcə də ürək-damar fəsadlarına səbəb ola bilər.Tədqiqatda yağlı qaraciyər xəstəliyi olan və olmayan şəxslər iştirak edib. Alimlər gündüz və gecə saatlarında metabolik prosesləri ətraflı şəkildə araşdırıb, o cümlədən qaraciyər...
14 Yanvar 2026, 13:00
Elon Musk cərrahlara SƏSLƏNDİ :“Boşuna tibb oxumayın, robotlar həkimlərin yerinə keçəcək”
Tesla CEO-su Elon Mausk tibb dünyasında böyük müzakirələrə səbəb olan açıqlama verib. Musk, süni intellekt və insansı robotların əməliyyat otaqlarını ələ keçirəcəyini iddia edərək, cerrahları qıcıqlandıran sözlər səsləndirib.citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-lı mühəndis və həkim Peter Diamandis-in təqdim etdiyi “Moonshots” podkastına qatılan Elon Musk, süni intellekt və insansı robotların səhiyyədə köklü dəyişikliklər yaradacağını bildirib.Musk tibb sahəsində insan resursu probleminə diqqət çəkərək bildirib ki, “hazırda yaxşı cerrahların sayı çox azdır”. O əlavə edib ki, yaxşı həkim olmaq uzun illər tələb edir, amma bu müddət ərzində səhv riski tam aradan qalxmır:“Doktorların vaxtı məhduddur, biliklər isə daim dəyişir. Dünyadakı bütün...
13 Yanvar 2026, 14:17
Elm dünyasında sensasion iddia: Kişiliyin genetik simvolu təhlükə altındadır
Kişilərin bioloji cinsiyyətini müəyyən edən əsas genetik element — Y xromosomu — tədricən zəifləyir və gələcəkdə tamamilə yox ola bilər. Alimlərin hesablamalarına görə, son 300 milyon il ərzində Y xromosomu atasal genlərinin təxminən 97 faizini itirib. CityPost.az xəbər verir ki, bu fakt onun uzunmüddətli taleyi ilə bağlı ciddi elmi müzakirələrə yol açıb.Təkamül bioloqu Cenni Qreyvs Y xromosomundakı bu geriləmənin bir neçə milyon il ərzində onun tamamilə sıradan çıxması ilə nəticələnə biləcəyini irəli sürür. Onun sözlərinə görə, bu proses kişilərin yox olması demək olmasa da, cinsiyyətin müəyyən olunması mexanizmlərinin köklü şəkildə dəyişə biləcəyinə işarədir.Mütəxəssislər xatırladır ki, təbiətdə bunun artıq nümunələri mövcuddur. Kor siçanlar və tikanlı siçanlar kimi bəzi növlər Y xromosomunu itirdikdən sonra...
09 Yanvar 2026, 10:03
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ
Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib...
14 Avqust 2025, 10:26
Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər
Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.CityPost.az xəbər verir ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir....
02 İyul 2025, 15:54