Əziz ADAM...
Cəmiyyət 14 Yanvar 2026, 21:05
397
Axırıncı dəfə onunla illər öncə görüşmüşdük. Onda saçı qapqara, yaraşıqlı cavan idi. Dünən təsadüfən əlimə düşən bu şəklinə baxıb xeyli dəyişdiyinin şahidi oldum. Yaşı elə çox olmasa da yavaş-yavaş ahıllığa doğru yol gedir...
Sabir Abdin həmişə mənə əziz adam olub. Bildiyimə görə, doğmalığı da çatır. Onun ata nənəsi ilə mənim ata babam qan qohumu olublar. Yazılı tərcüməyi halı onu daha çox prokuror, hüquqşünas kimi təqdim etsə də, əslində o, gözəl şairdir...
... Sabir Məzlumağa oğlu Abdinov 1962-ci ilin yanvar ayının 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifələrində işləyib. Təqaüddə olan baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub...
Bu, onun rəsmi tərcümeyi halı idi. Amma o, uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. İlk şeiri 1978-ci ildə Yardımlı rayonunda çıxan "Yeni kənd" qəzetində dərc edilib. Müxtəlif illərdə şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim", "Kür-Araz", "Mingəçevir leysanı", "Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Ədəbiyyat naminə", "525-ci qəzet", "Ədalət", "Yeni Azərbaycan", "Kredo", "İnam" və digər qazetlərdə, habelə "Dağların söz xəzinəsi", "Poeziya günü", "Qayalardan süzülən söz” almanaxlarında dərc edilib...
Həmçinin oxuyun
Sabir Abdin bütün bunlardan əlavə "Demə, mənə heç nə demə", "Qınamasın bu yurd məni", "Mənə dəniz verin", "Sənə məktublarım", "Sizsiz, sizinlə…" kitablarının müəllifidir. Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib. 2001-ci ildə bəstəkar Nadir Əzimov tərəfindən şeirlərinə yazılmış nəğmələrdən ibarət "Dünyadan böyük sevgimiz" adlı audio kaset və disk böyük tirajla müsiqisevərlərin ixtiyarına verilib. Onun sözlərinə yazılmış "Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir...
Eşitdiyimə görə, Sabir hazırda Bakıda, vəkil bürolarının birində vəkil kimi çalışır. İnanıram ki, o, bu işində də ləyaqətlə xalqa xidmət edir. Bəli, Sabir alayı adamdır- xarizmatik, qürurlu, sözün deyən, ağayanə kişilərdəndir. Yanvarın 16-sı Sabir Abdinin 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işində və yaradıcılığında uğurlar arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb
Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.Hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
14 Yanvar 2026, 22:19
Prezident onu bu nazirliyə müavin təyin etdi - FOTO
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.CityPost.az APA-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.Qeyd edək ki, A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
14 Yanvar 2026, 21:39
Sumqayıtda 38 yaşlı qadın itkin düşdü - Foto
Sumqayıt şəhərində 38 yaşlı qadın itkin düşüb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, yanvarın 14-də şəhər ərazisində sağlamlıq imkanları məhdud olan Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. “Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə qeyd edilib....
14 Yanvar 2026, 20:08
SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib? - Açıqlama
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbi açıqlanıb.CityPost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Sakin Cabbarov məlumat verib.O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.Qeyd edək ki, bir müddət əvvəl...
14 Yanvar 2026, 19:52
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”.CityPost.az xəbər verir ki, bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi-profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır:“Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır, eləcə də xidməti-döyüş fəaliyyəti...
14 Yanvar 2026, 18:35
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədini şərh edib
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır.CityPost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən sənədi şərh edərkən deyib.O bildirib ki, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir:"Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından...
14 Yanvar 2026, 18:20