Ailəsi dağılıb deyilən Xalq artistinin qızı DANIŞDI:"Həyat yoldaşım..."
Sənət aləmi 14 Yanvar 2026, 18:00
324
Yoldaşım Türkiyədə yaşayır, ailəmiz dağılmayıb. Yalan söhbətdir
Citypost.az xəbər verir ki, Xalq artisti Fatma Mahmudovanın qızı, İntizar Tofiqqızı ARB TV-nin “Günə uğurla” verilişində ailəsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
İntizar xanım bildirib ki, ailəsinin dağılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:“Kim deyibsə ki, ailəm dağılıb, yanlış məlumat verib. Bəzən marketdə rastlaşanlar deyirlər ki, heyif, ailən dağılıb. Amma mənim ailəm dağılmayıb”.
Həmçinin oxuyun
İntizar Tofiqqızı qeyd edib ki, həyat yoldaşı işlə əlaqədar Türkiyədə yaşayır, özü isə hazırda Azərbaycandadır:“Yoldaşım işi ilə bağlı Türkiyədə, Ankarada yaşayır. Mən isə burada üç uşağımı oxuduram. Ayrı yaşamaq olar, amma bu, ailənin dağılması demək deyil. Sadəcə müəyyən səbəblərə görə tez-tez bir araya gələ bilmirik”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Snoop Dogg “Qızıl Qlobus”dakı çıxışan görə CƏZA aldı
Amerikalı reper Snoop Dogg “Qızıl Qlobus–2026” mükafatlandırma mərasimində qalmaqallı çıxışı ilə gündəmə gəlib. O, “Ən yaxşı podkast” nominasiyası üzrə mükafatı təqdim edərkən səhnədə işlətdiyi ifadəyə görə televiziya yayımında senzura tətbiq olunub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Snoop Dogg çıxışı zamanı ingiliscə “I’m as high as a motherf*er” (təxminən: “Həddən artıq sərxoşam/halım yaxşı deyil”) ifadəsini işlədib. Lakin canlı yayımda bu sözlər dərhal “ört-basdır” edilib və tamaşaçılar onun nə dediyini eşitməyiblər.Mətbuatda yayılan məlumatlara görə, reper əslində “Hazırda çox pis vəziyyətdəyəm, məni burada həddən artıq uzun müddət saxladınız” deyib. O, həmçinin zalda əyləşənlərə müraciət edərək, bir az rahat olmağa, əylənməyə və hərəkətsiz...
14 Yanvar 2026, 12:28
Türkiyəli tanınmış aktyor VƏFAT ETDİ
Türk teatrının ustad simalarından olan aktyor Koray Ergun 68 yaşında həyatını itirib. citypost.az-ın xəbərinə görə aktyorun ölümü ilə bağlı xəbər aktyorun övladları tərəfindən sosial mediada verilib.Məlumat üçün bildirək ki, Usta aktyor ötən il beynində şiş aşkarlanması barədə məlumat vermişdi. Qeyd edək ki, Koray Ergün teatr səhnəsi ilə yanaşı sevilən "Bizim evin halleri", "Teşkilat", "Tatlı intikam", "Kırqın çiçekler" kimi bir çox məşhur serialda rol alıb. ...
13 Yanvar 2026, 08:00
Əməkdar artistdən qalmaqallı açıqlama: Onları xına məclisinə çağırmaq olmaz!
“Düzdür, hamı bir parça çörəyin dalınca gedir. İstər sözümdən incisinlər, istər yox. Mənim fikrim budur. Evlənməyən övladım olsa idi, onun məclisinə başıbütöv adam çağırardım ki, övladım yarısın”.CityPost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Öz aramızda” verilişində səsləndirib.Qarmon ifaçısı ailəsi dağılmış, övladı olmayan və subay qızların xına mərasimində nişanlı qızların əlinə xına yaxmasına qarşı çıxıb:“Qədimdən xına mərasimini başıbütöv adam aparır. Başıbütöv o deməkdir ki, həyat yoldaşı, oğlu, qızı, nəvələri olsun. Belə olanda xoşbəxtlik, əmin-amanlıq yaranır, qurulan ailə uzunmüddətli olur. Həmişə belə olub. Bu sözümdən kimsə inciyibsə, onun öz işidir. Əvvəllər evdə böyüyün sözü gedərdi, kimi çağırardısa, onu da məclisə dəvət edərdilər. Deyirdilər ki, məclisi aparan şəxs sanballı, dünyagörmüş...
08 Yanvar 2026, 10:15
Rəqsanə İsmayılova boşanıb? - Özü açıqladı
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.CityPost.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində iddialara belə cavab verib:“Mən demişdim ki, Fazil bəy ilə sevgi hekayəm bağlanıb. Bunlar da səhv anlayıb boşandığımızı yazdılar. Sonra da Fazil bəy yeyib-içdiklərimizi burnumuzdan gətirdi. Mənim artıq 47 yaşım var. Yanlış anlaşılma olub. Biz ailəliklə birlikdəyik. Axşam Aysunu da təbrik etməyə getmişik. Fazil bəy, sən birbaşa ürəksən, Rəqsanənin ürəyisən”. Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl əri ilə aralarındakı soyuqluğu əks etdirən video paylaşaraq, müzakirələrə səbəb olmuşdu.Ləman Əliyeva...
08 Yanvar 2026, 09:51
Afət Fərmanqızı toyda dalaşdı - VİDEO
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib. Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub."O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa...
03 Oktyabr 2025, 15:13
Azadənin nakam taleyi: Həmin mahnı ona həsr olunubmuş - VİDEO
Bir müddətdir ki,sosial şəbəkələrdə vəfat edən rəssam qızın nakam həyatı ilə bağlı paylaşımlar edilir.İddialara görə,rəssam Azadə Azad nakam sevgi yaşadığı üçün dərdə düşmüş və yataqda çürüyərək dünyasını dəyişib.Diggər iddiaya görə, müğənni Röya Ayxanın "Əlvida, Gedirəm" mahnısı məhz onun nakam həyatına həsr olunub. Onun dünyasını dəyişən zaman başının altından məktub tapıldığı iddia olunur.Bəs,bütün bunlar doğrudurmu? Oxu24.com xəbər verir ki,araşdırmaçı jurnalist Etibar Vəfa bununla bağlı araşdırma aparıb. Məlum olub ki,deyilənlərin hamısı yalan imiş.Araşdırma zamanı məlum olub ki,Azadənin istədiyi oğlan olub.Onların münasibətləri bəs necə olub?Həmin oğlan hazırda hardadır? Azadənin ölümünə səbəb olan xəstəlik nə olub?...
11 İyul 2025, 09:49