Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - PROQNOZ
Cəmiyyət 01 Fevral 2026, 12:32
184
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə CitYPost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb
Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.Hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
01 Fevral 2026, 13:14
İranda 5,2 maqnitudalı zəlzələ olub
İranda 5,2 maqnitudalı zəlzələ olub.CityPost.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi açıqlama yayıb.Episentri Buşehr əyalətinin Aseluyə rayonunda olan zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.Yeraltı təkanlar 18 kilometr dərinlikdə baş verib.Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
01 Fevral 2026, 12:04
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.CityPost.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar....
01 Fevral 2026, 11:24
Alqış Musayev:“Rəsulzadə mövzusu bu gün alətə çevrilib”
Əməkdar jurnalist, Yeni Azərbaycan qəzetinin baş redaktoru, sabiq deputat Alqış Musayev Məhəmmədəmin Rəsulzadə ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev sosial şəbəkədə paylaşdığı statusunda qeyd edib ki, Məhəmmədəmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və görkəmli ictimai-siyasi xadimdir və bu faktın inkar edilməsi mümkün deyil. Onun sözlərinə görə, bu reallıqla bağlı cəmiyyətdə heç bir mübahisə mövcud deyil.Baş redaktorun diqqət çəkdiyi əsas məqam isə Rəsulzadə haqqında səsləndirilən fikirlərin və aparılan müzakirələrin mahiyyəti ilə bağlıdır. Alqış Musayev bildirib ki, hazırda bu mövzuda açılan müzakirələrin böyük əksəriyyəti ideoloji və siyasi dəyər daşımır, daha çox mənfəətçi yanaşma üzərində qurulub.O, statusunda...
31 Yanvar 2026, 22:43
Azad Qaradərili Mirələmova SƏRT EYHAM
Yazıçı Azad Qaradərili Hüseynbala Mirələmovun yaradıcılığı ilə bağlı sosial şəbəkədə ironik məzmunlu status paylaşıb.Citypost.az xəbər verir ki, Azad Qaradərili bildirib ki, qarşısına Mirələmovun bir hekayəsi çıxıb və maraqla oxumağa başlayıb. Hekayəni bitirdikdən sonra isə müzakirə hissəsinə nəzər saldığını qeyd edən yazıçı, müzakirəçilərin kimliyi ilə bağlı təəccübünü gizlətməyib. O, statusunda bu prosesi sual və kinayə ilə şərh edərək, oxuduqlarının real ədəbi müzakirə, yoxsa süni intellekt tərəfindən yaradılmış mətn və rəylər olduğunu ayırd etməkdə çətinlik çəkdiyini vurğulayıb.Azad Qaradərili paylaşımında ehtimal da irəli sürərək, hekayənin belə süni intellekt vasitəsilə yazdırılmış ola biləcəyini istehzalı şəkildə dilə gətirib və Mirələmovun texnologiyadan istifadə edə biləcəyinə eyham...
31 Yanvar 2026, 22:19
Süleyman Mikayılov vəzifədən azad olunmasından DANIŞDI
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.İcra başçısının işdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bura rüşvət, rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisinə gözyummaq, rayonda abadlıq quruculuq işlərinin aparılmaması kimi məsələlər daxildir.CityPost.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.O, “Vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:“Bir az başım qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm ki, nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.Keçmiş başçı söhbəti bununla yekunlaşdırıb.Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə...
31 Yanvar 2026, 22:15