Bizə yazın

Baku

-°C

USD

-

Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ 

Cəmiyyət 31 Yanvar 2026, 12:23

210

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsinin səbəb və təfərrüatları məlum olub.

“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır.

Bunlardan ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. S.Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub.

Ötən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, S.Mikayoluvun ən yaxın adamları sayılan icra başçısının müavini Nadir Muradov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

N.Muradov uzun illər S.Mikaylovla bir yerdə işləyib. O, Qaradağdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra sabiq icra başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini olub. 

Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra N.Muradovu da Bakıya gətirib. Onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə icra başçısının müavini təyin edib. Nadir Muradov 10 ildən çox S.Mikayılovun müavini vəzifəsini tutub.

İcra başçısı bütün tapşırıqlarını ən etibarlı adamı olan N.Muradova verib. Rayonda rüşvətin yığılmasına o, rəhbərlik edib.

Qaradağın həbs olunan vəzifəli şəxsləri istintaqa ilkin ifadələri zamanı bütün addımları S.Mikaylovun tapşırığı ilə atdıqlarını bildiriblər.

Amma bu heç də hakimiyyət dairələrində təəccüblə qarşılanmayıb. Çünki hamı bilir ki, rayonun idarə edilməsinə birbaşa icra başçısı cavabdehdir. S.Mikayılov kimi əzazil, özündən razı, təkəbürlü bir icra başçısının aparatında isə onun razılığı olmadan hər hansı addım atmaq praktik olaraq mümkün deyilmiş.

Qaradağın icra başçısının vəzifəsini itirməsinə səbəb olan ikinci fakt rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisidir. Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin bir müddət əvvəl adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub. Faktın üstü isə ibadət ocağı faktiki olaraq tam hazır olandan sonra açılıb.  

Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Məscidin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb.

Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.

Bu hadisənin üstü açılandan sonra Süleyman Mikayılovun fəaliyyəti, Qaradağdakı vəziyyət, xüsusi ilə də qeyri-ənənəvi dini cərəyanlarla bağlı geniş araşdırmalar aparılıb.

Məlum olub ki, icra başçısı rayon ərazisində ağına-bozuna baxmadan bütün tikintilərə icazə verib. Bunun nəticəsində Lökbatan, Ələt qəsəbələrində, o cümlədən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ətrafında saysız-hesabsız evlər tikilib.

Araşdırmaları dərinləşdirən müvafiq qurumlar onu da aydınlaşdırıblar ki, həmin evlərin əksəriyyəti sələfi dini təriqətinin nümayəndələrinə məxsusdur. Başqa sözlə, həmin ərazilərdə sələfilərin kompakt məskunlaşması baş verib. Bunun da iki səbəbi olub: Süleyman Mikayılov rüşvət müqabilində həmin ərazilərdə tikintiyə icazə verib və torpağın ucuz olması.

Üçüncüsü, Bakının ərazisinə görə ən böyük rayonu olan Qaradağda son illərdə abadlıq-quruculuq işləri aparılmayıb, sosial obyektlər tikilməyib, subasma halları geniş yayılıb, antisanitar vəziyyət yaranıb.  

Bütün bunlarla bağlı M.Süleymanovdan izahat tələb olunub. O, Ələtdə qanunsuz məscid tikilməsindən, evlərin tikintisinə icazə verilməsindən xəbərsiz olduğunu iddia edib. Amma onun arqumentləri inandırıcı olmayıb və qəbul edilməyib. Elə məscidi tikənlər də S.Mikayılovun dediklərini təkzib ediblər və məsələni onunla razılaşdırdıqlarını söyləyiblər.

Yuxarıda sadaladığımız faktlar ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub və S.Mikayılovun cəzalandırılmasına qərar verilib.

Qaradağın keçmiş başçısının istintaqa cəlb olunacağı gözlənilir.

Bir məsələni qeyd edək ki, S.Mikayılovun səhhətində ciddi problemlər var. O, uzun illərdir ağır şəkər xəstəliyindən əziyyət çəkir. S.Mikayılovun ayaqları tez-tez şişir. Hətta buna görə kabinetində başmaqla otururmuş.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aqşin Yenisey: “Öyrəndim ki, Yazıçılar Birliyi dəllal və şər yuvasıdır”  

Azərbaycan Yazıçılar Birliyi bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyi barədə sosial şəbəkələrdə xəbərlər yayıb. AYB ədəbi proseslərə müdaxilə etməyi bacaran, istedadlı şair Aqşin Yenisey başda olmaqla bir çox şair və yazıçını təşkilatı tənqid etmələrini əsas gətirərək hüquq-mühafizə orqanları ilə hədələyib. Aqşin Yenisey barəsində yayılan həmin xəbərlə bağlı Citypost.az-ın müxbirinə açıqlama verib.“Düzü, AYB-nin yaydığı bu xəbər məni əslində təəccübləndirdi. Mənim üçün ya Yazıçılar Birliyi, ya da Yaşıllaşdırma İdarəsi, vallah eyni şeydir. Bu mənasız qurum haqqında heç vaxt yazmamışam, danışmamışam. Nə orada ev davalarına qoşulmuşam, nə də kimlərləsə alacağım təqaüdü dədə malı kimi böləcəyimə dair sövdələşməm baş tutmadığı...

31 Yanvar 2026, 13:48

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 

Bakıda 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.CityPost.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, AYNA sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib....

31 Yanvar 2026, 13:44

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın...

31 Yanvar 2026, 13:12

Azərbaycan Yazıçılar Birliyinin sədri Anara açıq MƏKTUB  

Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibələriniz AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...40 ilə yaxın sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…Siz Azərbaycan Yazıçılar Birliyinin həyatındakı 40 illik “əsarətnamə”nin müəllifisiniz...Mənsub olduğunuz qurumu diktator prinsiplərinizlə necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!..BU QƏDƏR illər bəs etmədimi?Vəzifə hərisliyi, kürsü...

31 Yanvar 2026, 11:35

Gənclərə veriləcək Prezident Mükafatının MƏBLƏĞİ 

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. CityPost.az  bildirir ki, Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir? Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı...

31 Yanvar 2026, 11:11

DYP həftəsonu yollarda vəziyyətlə bağlı müraciət edib 

"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur".Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.Məlumata görə, BDYPİ tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır."Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan...

31 Yanvar 2026, 11:09