Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Cəmiyyət 31 Yanvar 2026, 20:42
248
Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir.
CityPost.az bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır.
Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır.
El arasında belə bir deyim də var: “Böyük çillə dondurar, Kiçik çillə yandırar”.
Yəni Böyük çillə daha çox şaxtası ilə, Kiçik çillə isə sərt küləyi, çovğunu, kəskin temperatur dəyişmələriylə insanı sınağa çəkir. Həm hava şəraitinin ağırlaşması, həm yolların buz bağlaması, həm də insanların gündəlik həyatında yaratdığı çətinliklər Kiçik çilləni qışın ən ağır mərhələsinə çevirir.
Folklorşünasların qeyd etdiyi kimi, çillə anlayışı sırf meteoroloji dövr deyil, həm də qədim təqvim düşüncəsinin, zaman bölgüsünün, xalqın təbiətlə harmoniyada yaşamaq təcrübəsinin məhsuludur. Əcdadlarımız qışı sadəcə soyuq mövsüm kimi yox, mərhələlərə bölünmüş canlı bir zaman parçası kimi dərk ediblər. Hər mərhələnin öz xarakteri, öz davranışı, öz “əhvalı” olub.
Kiçik çillənin daxilində qeyd olunan Xıdır İlyas bayramı isə xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır. Bəzi yerlərdə ona “Xıdır Nəbi” də deyilir.
Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə, böyük coşğu ilə qeyd olunur və fevralın 10-na qədər davam edir. Kəndlərdə insanlar bir-birinə qonaq gedir, evlərdə süfrələr açılır, qədim mərasimlər icra olunur. Bəzi bölgələrdə isə bayramın cümə axşamlarına təsadüf etməsi İslam dininin qəbulundan sonra formalaşmış inanclarla əlaqələndirilir.
Həmçinin oxuyun
Xıdır İlyas bayramı həm Novruz ənənələri, həm də çox qədim inanclarla sıx bağlıdır. Bu bayramın köklərində Şumer inancları, Zərdüştlük, xristianlıq və İslamın izləri aydın şəkildə görünür. Tədqiqatçılar Xıdır obrazını su, həyat, dirilik və yenilənmə ilə əlaqələndirirlər. Zərdüştlükdə od və suyun müqəddəsliyi, Şumer mifologiyasında xilaskar motivi, xristianlıqda müqəddəs fiqurların himayədarlıq anlayışı və İslamda Xıdır peyğəmbər haqqında rəvayətlər zamanla xalq təfəkküründə birləşərək vahid mədəni obraz yaradıb. Bu səbəbdən Xıdır İlyas həm dini, həm mifoloji, həm də folklor xarakteri daşıyır.
Xıdır İlyas xalq yaddaşında xilaskarlıq, ümid, nicat və bolluq rəmzi kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişi ilə əlaqələndirir və böyük səbrsizliklə gözləyirdilər. Çünki Kiçik çillənin ən sərt günlərində belə bu bayram insanlara ümid verirdi: “Qışın beli qırılır, yaz yaxınlaşır”.
Bayram süfrəsində buğdadan hazırlanan qovğa və qovud xüsusi yer tutur. İnanca görə, bayram gecəsi qovud qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib həmin izləri yoxlayacağına inanılırdı. Səhər oyananda qovudun üzərində at nalına bənzər izlərin görünməsi Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bəzi bölgələrdə uşaqlar səhər tezdən oyanıb ilk olaraq həmin izləri axtarardılar. Bu cür inanclar qışın sərt günlərində insanların yazın gəlişinə olan ümidlərini daha da gücləndirirdi.
Bundan başqa, gənc qızların niyyət tutaraq su qabının içinə üzük, daraq, sancaq kimi əşyalar atması, səhər onların taleyini yozması kimi mərasimlər də Xıdır gecəsinə aid edilən qədim inanclardandır. Bu mərasimlər sonradan Novruz adətləri ilə də qaynayıb-qarışıb.
Kiçik çillənin başa çatması ilə Boz ay başlayır. Boz ay Novruzun yaxınlaşmasını və təbiətin oyanışını simvolizə edən mühüm dövr hesab edilir. Bu ayda xalq arasında geniş şəkildə qeyd olunan çərşənbələr keçirilir. Su, od, yel və torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Su çərşənbəsi ilə başlanan bu mərasimlər torpaq çərşənbəsiylə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.
Əslində, Kiçik çillə ilə Boz ay arasında görünməz bir körpü var. Birində qışın sərt nəfəsi, digərində isə yazın ilıq nəfəsi hiss olunur. Xalq təqvimi bu keçidi sadəcə tarixlə yox, mərasimlərlə, inanclarla, ümidlərlə müşayiət edib. Qışın ən çətin günlərində belə insanlar bayramlar, inanclar və mərasimlər vasitəsilə öz ruhlarını isidə biliblər. /musavat.com
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Süleyman Mikayılov vəzifədən azad olunmasından DANIŞDI
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.İcra başçısının işdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bura rüşvət, rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisinə gözyummaq, rayonda abadlıq quruculuq işlərinin aparılmaması kimi məsələlər daxildir.CityPost.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.O, “Vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:“Bir az başım qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm ki, nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.Keçmiş başçı söhbəti bununla yekunlaşdırıb.Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə...
31 Yanvar 2026, 22:15
Qadınlar zəhərləndilər
Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.Hadisə axşam saatlarında baş verib.Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
31 Yanvar 2026, 22:09
Zakir Fərəcov gənc jurnalisti TƏLTİF etdi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc jurnalist, mədəniyyət eksperti Turan Etibaroğlunu Fəxri Fərmanla təltif edib.Citypost.az saytının verdiyi məlumata görə, Turan Etibaroğlu şəhərin ictimai həyatında fəal iştirakına görə mükafata layiq görülüb.Qeyd edək ki, Turan Etibaroğlu hazırda jurnalistika fəaliyyəti ilə yanaşı, Sumqayıt Dövlət Dram Teatrında mətbuat katibi vəzifəsində çalışır.Yeganə
31 Yanvar 2026, 21:56
İlham Əliyev Pezeşkiana zəng etdi
Yanvarın 31-də Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.CityPost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu...
31 Yanvar 2026, 21:14
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıqFevralın 1-2-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
31 Yanvar 2026, 18:55
Anar AYB-nin sədrliyindən gedir – Tarixi açıqladı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı ödəməyənlərə verilən vaxt başa çatır. Elan olunub ki, nizamnaməyə əməl etməyən yazarlar qurumdan xaric olunacaq. Xalq yazıçısı, AYB sədri Anar Musavat.com-un suallarını cavablandırarkən əvvəlcə bu barədə danışıb. - Anar müəllim, üzvlükhaqqı ödəməyənlərin AYB-dən xaric edilməsi ilə bağlı qoyulan vaxt başa çatır. Birliyin neçə üzvünün xaric edilməsi gözlənilir? - Bilmirəm. Adları A hərfi ilə başlayanlara baxdıq və onları ictimailəşdirdik ki, o birilərə də xəbərdarlıq olsun və üzvlük haqqını versinlər. Bundan sonra siyahını verməyəcəyik. Amma deyəcəyik ki, bu qədər adam çıxardılıb. Çünki bəziləri deyib ki, “mən vermirəm, çıxarırsınız, çıxarın”. Bəzisi deyib ki, “nə vermisiz mənə?” Ayda 15 manat...
31 Yanvar 2026, 17:34