Bizə yazın

Baku

-°C

USD

-

Süleyman Mikayılov vəzifədən azad olunmasından DANIŞDI 

Cəmiyyət 31 Yanvar 2026, 22:15

212

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.

İcra başçısının işdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar dolaşır. Bura rüşvət, rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisinə gözyummaq, rayonda abadlıq quruculuq işlərinin aparılmaması kimi məsələlər daxildir.

CityPost.az  xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı işdən çıxarılmasının əsl səbəbini öyrənmək üçün S.Mikayılovla əlaqə saxlayıb.

O, “Vəzifədən azad olunacağınızı gözləyirdinizmi? Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:

“Bir az başım qarışıqdır. Xahiş edirəm, sonra danışarıq. Bilirəm ki, nə ilə bağlı suallar verəcəksiniz. Amma danışmaq istəmirəm”.

Keçmiş başçı söhbəti bununla yekunlaşdırıb.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alqış Musayev:“Rəsulzadə mövzusu bu gün alətə çevrilib”

Əməkdar jurnalist, Yeni Azərbaycan qəzetinin baş redaktoru, sabiq deputat Alqış Musayev Məhəmmədəmin Rəsulzadə ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev sosial şəbəkədə paylaşdığı statusunda qeyd edib ki, Məhəmmədəmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və görkəmli ictimai-siyasi xadimdir və bu faktın inkar edilməsi mümkün deyil. Onun sözlərinə görə, bu reallıqla bağlı cəmiyyətdə heç bir mübahisə mövcud deyil.Baş redaktorun diqqət çəkdiyi əsas məqam isə Rəsulzadə haqqında səsləndirilən fikirlərin və aparılan müzakirələrin mahiyyəti ilə bağlıdır. Alqış Musayev bildirib ki, hazırda bu mövzuda açılan müzakirələrin böyük əksəriyyəti ideoloji və siyasi dəyər daşımır, daha çox mənfəətçi yanaşma üzərində qurulub.O, statusunda...

31 Yanvar 2026, 22:43

Azad Qaradərili Mirələmova SƏRT EYHAM

Yazıçı Azad Qaradərili Hüseynbala Mirələmovun yaradıcılığı ilə bağlı sosial şəbəkədə ironik məzmunlu status paylaşıb.Citypost.az xəbər verir ki, Azad Qaradərili bildirib ki, qarşısına Mirələmovun bir hekayəsi çıxıb və maraqla oxumağa başlayıb. Hekayəni bitirdikdən sonra isə müzakirə hissəsinə nəzər saldığını qeyd edən yazıçı, müzakirəçilərin kimliyi ilə bağlı təəccübünü gizlətməyib. O, statusunda bu prosesi sual və kinayə ilə şərh edərək, oxuduqlarının real ədəbi müzakirə, yoxsa süni intellekt tərəfindən yaradılmış mətn və rəylər olduğunu ayırd etməkdə çətinlik çəkdiyini vurğulayıb.Azad Qaradərili paylaşı­mında ehtimal da irəli sürərək, hekayənin belə süni intellekt vasitəsilə yazdırılmış ola biləcəyini istehzalı şəkildə dilə gətirib və Mirələmovun texnologiyadan istifadə edə biləcəyinə eyham...

31 Yanvar 2026, 22:19

Qadınlar zəhərləndilər

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.Hadisə axşam saatlarında baş verib.Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

31 Yanvar 2026, 22:09

Zakir Fərəcov gənc jurnalisti TƏLTİF etdi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc jurnalist, mədəniyyət eksperti Turan Etibaroğlunu Fəxri Fərmanla təltif edib.Citypost.az saytının verdiyi məlumata görə, Turan Etibaroğlu şəhərin ictimai həyatında fəal iştirakına görə mükafata layiq görülüb.Qeyd edək ki, Turan Etibaroğlu hazırda jurnalistika fəaliyyəti ilə yanaşı, Sumqayıt Dövlət Dram Teatrında mətbuat katibi vəzifəsində çalışır.Yeganə

31 Yanvar 2026, 21:56

İlham Əliyev Pezeşkiana zəng etdi 

Yanvarın 31-də Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.CityPost.az  xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu...

31 Yanvar 2026, 21:14

Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər... 

Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir.CityPost.az   bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır.Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr kimi tanınır.El arasında belə bir deyim də var: “Böyük çillə dondurar, Kiçik çillə yandırar”.Yəni Böyük çillə daha çox şaxtası ilə, Kiçik çillə isə sərt küləyi,...

31 Yanvar 2026, 20:42