Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb
Hadisə 31 Yanvar 2026, 12:47
176
Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.
Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.
Həmçinin oxuyun
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xaçmazda yük avtomobili piyadanı vuraraq öldürüb
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
31 Yanvar 2026, 11:46
Tanınmış iş adamı həbs edildi
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.Citypost.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperrasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.Həmin şəxslər narkotik vasitəni Şəki...
30 Yanvar 2026, 11:27
Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşərək boğulub
Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşüb.Citypost.az xəbər verir ki, Məmmədov Habil Qabil oğlu Mayak kəndi ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən suya düşüb və boğularaq ölüb.Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır. (Report)
30 Yanvar 2026, 10:40
Gənc oğlan dəm qazından boğulub
Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.Citypost.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır. (APA)
30 Yanvar 2026, 10:16
Lənkəranda geri çəkilən Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb
Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.Citypost.az APA-ya istinadən xəbərə görə, çay daşlarından istifadə olunaraq qurulan bu tikililərin bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir. 2000-ci illərə kimi dəniz suyunun artması nəticəsində beton divarlar suyun altında qalıb.Qeyd edək ki, son illərdə Xəzər dənizinin geri çəkilməsi sahilboyu ərazilərdə, tikililər, bünövrələr, eləcə də irigövdəli ağacların köklərinin yenidən görünməsinə səbəb olub....
29 Yanvar 2026, 18:00
Şahbuzda avtomobili qəzasına görə 160 abonent qazsız qalıb
Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Sələsuz kəndində qeydə alınıb.Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. (Report)
29 Yanvar 2026, 17:44