Vətəni kimlər qoruya bilər? DEPUTATDAN Qaragüruhçuluğa qarşı açıq xəbərdarlıq
Cəmiyyət 02 Fevral 2026, 10:05
353
Əli Xamneyi törtöküntülərin illərdir şəxsimizə yönəlik həm mənəvi, həm də fiziki hücumlarını adiləşdirmişik. Əli Kərimli törtöküntülərinin də illərdir şər, böhtan, qaralama kampaniyasına alışmışıq. Necə olsa Azərbaycan dövlətinin varlığının qorunması üçün hansı fədakarlıqlar etdiyimizi anlayan bu düşmən ünsürlərin niyə bizləri hədəf seçdiklərini də dəqiq bilirik və yazılarımızla, mövqeyimizlə qarşılarında dik duruşumuzu həmişəkindən də üstün qətiyyətlə davam etdiririk. Elə bunlar qədər də cəmiyyətimiz üçün təhlükəli olan başqa bir təbəqə də var. Sayları elə də az deyil. Cəmiyyət içində türkçü, milliyətçi, vətənpərvər ünvanlarını inhisara götürərək cahil insanların kumirinə çevrilmiş elmi təfəkkürdən uzaq saxta elm adamlarıdır bunlar. Onların elm adına oxuculara sırınmış əsərlərini incələdikcə, sağlam bir mətn tapmaq, iddialarını doğru mənbələrlə izah etdikləri fikirlərə rast gəlmək mümkün deyil, oradan-buradan köçürmə tezislərlə sanki Azərbaycana öz yalanları ilə xidmət etmənin xoşbəxtliyini yaşayırlar. “Erməni tarixçiliyi xəstəliyinin” başqa formada təzahürü kimi də onları görə bilərsiniz. Bu diletantlar üçün Adəm də türkdü, yerdəki daş da, göydəki bulud da. Oğuz xan da guya torpaq daşıtdırıb təpə düzəldib, adını qoyub Azərbaycan. Dünyanın yaradıldığı zaman guya burada doğulmuşuq, sonra gedib Orta Asiyanı dolaşıb yenidən Atayurduna qayıtmışıq. Azərbaycan dövlətini də guya Bəzz qalasında Babək qurub. Bunların yanlış mülahizələrini və iddialarını təftiş edən kimi ən layaqətsiz formada sosial şəbəkə azadlığına və özləri kimi ideoloji axmaqlıqları davam etdirməkdən həzz alanlara güvənərək cəmiyyəti çaşdıran düşüncələri paylaşmağa başlayırlar. Əlbəttə ki, Azərbaycanda çoxluğu təşkil edən xalqın adı türkdür. Mahiyyətcə Azərbaycan dili də özbəöz türk dilidir. Bu gün siyasi şərtlər elə gətirib ki, milli dövlətimizin bütövlüyü üçün hamımızın uzlaşdığı “azərbaycanlı” adlı bir tanıtım var və bu ölkənin türk əsilli hər bir vətəndaşı həm də bu dövlətə canı və qanı ilə bağlı olan, birliyimiz üçün hər cür fədakarlığa hazır olan talışdır, ləzgidir, kürddür, avardır, tatdır, yəhudidir və s. Mən türkçülüyün saxta tarix qurğuları üzərindən bayağı təbliğinə qarşı mövqeyimi də bildirməkdən çəkinmirəm və bunun biz türklərə faydası olmadığını düşünürəm. İddia olunan hansı tezislər varsa elmi mənbələrə əsaslanmaqla təqdim olunmalıdır, dini rəvayətlə, mifoloji mətnlərlə bunu edərsəniz, ciddi elm çevrələrində bu ədəbiyyatlara kimsə baş vurmaz.
Maraqlıdır ki, bizim mövqeyimizə qarşı bütün hücumları, qarayaxmaları öz gopla dolu əsərləri üzərindən deyil, özləri kimi saxta elm adamlarının müdafiəsi kontekstindən təqdim edirlər. İndi baxıram, Ceyhun Bayramlı adlı bir şəxs guya mənim Firudin Cəlilovun Azər dili və Azər xalqı ilə bağlı ciddi mənbələrə dayanmayan cəfəngiyyatını tənqid etməyimdən narazı qalaraq mənim şəklimi bir xanım müğənni ilə yanaşı yerləşdirərək, hər ikimizə qarşı təhqir yönəltməyə çağırış etmiş. Dərhal xatırladım ki, vaxtilə bu şəxs "Babək Xürrəmidin" adlı bir əsər yazmış və Firudin Cəlilov kimi psevdo-milliyətçi duyğuları istismar edərək qeyri-elmi mülahizələr irəli sürmüş və tərəfimdən bu nağıllarla dolu mətn də tənqid olunmuşdu. Təəssüf ki, bu cür ərdəmsiz insanlar bir-birlərinin müdafiəsinə də dərhal qalxmağı bacarırlar. Ərdəmli insanlar isə qorxa-qorxa kənardan əsasən belə bir ismarış göndərirlər: biz bu cəfəngiyyatla dolu mülahizələrin düşüncə həyatımıza nə qədər zərər yetirdiyini bilsək də, üzərimizə hücumların qələcəyindən çəkinirik. Olsun. Mən onsuz da istər siyasi mühitdə, istərsə də elm-sənət arealında qaragüruhçuluğun qarşısında öz sözümü deməkdən çəkinməmişəm və təbii ki, Azərbaycanda doğru mühakimənin yayğınlaşması üçün bundan sonra da imkanım yetən qədər çalışacağam. Ancaq məni maraqlandıran yalnız şəxsimlə bağlı məsələ deyil. Özümə qarşı, başqa bir irad tapa bilməyəndə uzun illər öncə dünyasını dəyişmiş əzizlərimə qarşı bu namussuzların atdığı böhtan və iftiraları onsuz da zaman öz dəyirmanında üyüdərək gerçəkləri ortaya çıxaracaqdır. Ancaq məni düşündürən başqa vahiməli bir durumdur. Bu Ceyhun Bayramlı adlı savadsız tarixçi şəxsimi təhqir edən bir status paylaşır və özünə oxumuş deyən, yaxud küncdə-bayırda özünü ziyalı adı ilə təqdim edən nadanlar bu yalançı alimlərin konkret əsərində yer alan yanlış mülahizələrdə bağlı yazdığım fikirlərlə tanış olmadan təhqiramiz sözlər yazırlar. Təbii ki,”bütün yazdıqlarınız əzizləriniz üçün ərməğan olsun!” deyib məsələnin üzərindən sakitcə keçmək də olardı. Ancaq bu kimi məxluqlara qoşulan nadanlara qarşı söylədiyim sərt ittihamlar cəmiyyətimizdə mütləq eşidilməlidir. İstər siyasətdə olan, istər elm mühitində veyillənən bu məxluqların hamısının bizə qarşı apardığı kampaniyaların ciddi bir altyapısı olduğunu bilməniz lazım. Məsələn, Ceyhun Bayramlı səfəviçi-xomeyniçi tezislərlə Azərbaycanda irançı ideoloji düşüncənin ən aktiv təbliğatçılarından biridir və onunla bir cinahda yer alanların böyük əksəryyəti üçün təsadüfən əsas hədəf olaraq bizim yazılarımız, şəxsiyyətimiz durmur. Bu şəxs dəfələrlə social şəbəkədəki açıqlamalarında Məhəmməd Əmin Rəsulzadəyə böhtan atıb, onunla Fətəli xan Xoyskinin 31 mart soyqırımında ittiham etmişdir. Vətənimizin xilaskarı Nuri Paşaya qarşı yaramaz ifadələr işlətmişdir. Məhəmməd Əmin bəydən bəhs edərkən: “Hər halda, mən sizin büt saydığınız adam kimi vətənimi və ailəmi atıb qaçmamışam və bir polyak qızı ilə evlənib xaricdə yerləşməmişəm.” yazırdı. Sonra Azərbaycan mili dövlətinin qurucusunu ruslarla işbirliyində olmağından real tarixi şərtləri təhrif edərək yazırdı: “Bilirəm, ancaq sizcə bu ona əsas verirmi ki, vətənini işğal edən dövlətin rəsmisi ilə bir qatarda işğalçı ölkənin paytaxtına gedib orada öldürülən silahdaşlarını düşünmədən, rusla işcirliyində olaraq şərqşünaslıq institutunda heç nə olmamış kimi dərs desin 1926-cı ilə kimi?” (Burada tarixi də istədiyi kimi təhrif edir. Rəsulzadə Moskvadan Finlandiyaya 1922-ci ildə gizli yolla gedə bilmişdi.)
Əlbəttə, kimsə Məhəmməd Əmin Rəsulzadənin hansısa əsərini, mətnini tənqid edə bilər, onu fərqli şərh edə bilər, onun ideyalarına fərqli baxış ortaya qoya bilərlər, ancaq onun şərəfli ömür yoluna, istiqlal savaşımızdakı fədakarlığına bu cür düşməncəsinə və tərbiyəsizcəsinə münasibət bəsləyə bilməz!!! Məgər anlamamışlar ki, Lahıcdan tutulub gətirilən Rəsulzadə Sovet rejiminin əlində bir əsir olub? Məgər anlamamışlar ki, Stalin onu qəssab Pankratovun əlindən qoparıb bir əsir kimi Moskvaya aparıb? Böüyk milli liderimiz ilk fürsətdə də Finlandiyaya qaçmağı bacarıb. Bu gerçəyi Azərbaycanda bilməyən kimsə varmı? Başqırd türklərinin bolşeviklərin iqtidara gəldiyi zamankı lideri, sonralar Türkiyənin ən nüfuzlu tarixçisi olmuş Zəki Vəlidi Toğan da eyni taleni yaşamışdı. Sovet hökumətinə qarşı vuruşmaq üçün Türküstanda basmaçı hərəkatına qoşulmuş, oradan Əfqanıstana, sonra da Türkiyəyə mühacirət etmişdi. Hamilə xanımını at belində özü ilə mühacirətə aparməsı mümkün olmamışdı. Sonradan doğulmuş övladı ilə xanımından uzun illər xəbər ala bilməmişdi. Uzun illərdən sonra Türkiyədə yeni ailə qurmuşdu. İndi Zəki Vəlidi Toğanı Vətənini və ailəsini qoyub qaçmağa görə ittiham edən hansısa bir namussuz başqırda rast gələ bilərsinizmi? Azərbaycan milli dövlətinin qurucusu və ölüm gününədək Azərbaycan istiqlaliyyət davasının lideri, 17 yaşlı oğlu güllələnən, xanımı və qızları, qohumları Qazaxıstan çöllərinə sürgün olunan və orada məhv edilən Məhəmməd Əmin Rəsulzadəyə “ailəsini atıb qaçan”, “ruslarla işbirliyi içində olan” kəlimələrini işlədən həpəndə və onun çağırışı ilə bizi söyən törtöküntülərə bəs sizlər nə ad verərdiniz?
Həmin həpəndlərin sadəcə birinin obrazıdır bu…Ancaq unutmayın ki, yüz də olsanız, min də olsanız Azərbaycanın məsuliyyətsiz şəkildə qaranlığa, anlamsız məcaralara yönəltməyə sizlərə imkan verməyəcəyik! Əlbəttə, qaragüruhun da Vətənə sevgisi, Vətənə bağlılığı ola bilər, ancaq Vətəni qorumaq məsuliyyəti ola bilməz. Fərqi yoxdur, iqtidarda ol, yaxud müxalifətdə ol, iqtidara yaxın, ya müxalifətə yaxın ol, əminliklə söyləyirəm: Bu gözəlim Vətənin varlığını, onun millətini və dövlətini ancaq məsuliyyətli insanlar qoruya biləcəklər…Bu milləti və dövləti dış düşməndən öncə milli qaragüruhdan qorumamız qaçılmaz bir vəzifə olduğunu məsuliyyətli soydaşlarımız anlayanda artıq gec olacaq. Çox gec!
Həmçinin oxuyun
Fazil Mustafa
Milli Məclisin deputatı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elnarə Akimova:Azərbaycan gəncliyi dövlətin gələcəyidir
Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir.Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyildi – onlar Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları, sabahın qurucuları idi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadə bir çağırış yox, bütöv bir siyasi...
02 Fevral 2026, 10:33
Şeyx Əbu-Dabiyə səfərə getdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərinə səfərə yola düşür.Bu barədə Citypost.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, QMİ sədri A. Paşazadə Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcəkdir.Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Abu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantısında iştirak edəcəkdir. Məlumat üçün qeyd edək ki, Şeyxülislam A.Paşazadə Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvüdür.Fevralın 5-dək...
02 Fevral 2026, 10:27
Mehriban Əliyeva:"Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək "
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı paylaşım edib."Report"un xəbərinə görə, paylaşımda deyilir:"Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər".pic.twitter.com/dcYL6YxBRT— Mehriban Aliyeva (@1VicePresident) February 2, 2026
02 Fevral 2026, 10:19
Azərbaycan lideri: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!
Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda deyilir:"Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"2 Fevral – Azərbaycan Gəncləri Günü pic.twitter.com/wiJiZd80NN— İlham Əliyev (@azpresident) February 2, 2026
02 Fevral 2026, 10:10
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
eşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb.CityPost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.
02 Fevral 2026, 09:10
Tıxac ollar yollar açıqlandı
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;10. Yusif Səfərov küçəsi, mərkəz...
02 Fevral 2026, 08:27