Əlilliyi olan 1300-dən çox şəxs hippoterapiya xidmətlərinə cəlb olunub
Cəmiyyət 03 Fevral 2026, 13:35
247
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.
Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya 3 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.
Həmçinin oxuyun
Həftədə iki dəfə keçirilən hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, eyni zamanda, əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polkovnik idarə rəisi təyin olundu
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.CityPost.az bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər...
03 Fevral 2026, 14:16
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:49
Sabah hava yağıntılı olacaq
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz...
03 Fevral 2026, 13:31
Bu yazıçılar AYB-dən ÇIXARILDI
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Citypost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:29
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 17 nəfər saxlanılıb.
2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.Məlumata görə, onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşı оlub.Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 3 nəfər saxlanılıb, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 117 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Ccinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 302 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin...
03 Fevral 2026, 13:18
Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı
Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.Bu barədə jurnalist Elçin Alıoğlu qeyd edib."29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib (Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi).Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu İoan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən...
03 Fevral 2026, 12:28