Elçin Quliyev Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verdi
Cəmiyyət 02 Fevral 2026, 21:44
183
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.
O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.
O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
Həmçinin oxuyun
Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.
İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bundan başqa, müxtəlif vaxtlarda “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin 2022-ci il avqustun 17-də imnzaladığı sərəncamla V.Sultanova general-mayor ali hərbi rütbəsi verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralı 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək...
02 Fevral 2026, 21:16
Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri seçilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib.Əliyev Əjdər Zahid oğlu Hüquq siyasəti komitəsinin, Bayramov Mübariz Rəcəb oğlu İqtisadi siyasət komitəsinin, Canməmmədov Canməmməd Ramiz oğlu Humanitar siyasət komitəsinin, Quliyeva Zeynəb Kərim qızı isə Sosial siyasət komitəsinin sədri seçiliblər.Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin...
02 Fevral 2026, 20:54
“Diri Baba” türbəsində kim dəfn olunub?
XV əsrin memarlıq nümunəsi olan “Diri Baba” türbəsi Qobustan rayonunun Mərəzə kəndində yerləşir. Türbə haqqında yerli camaat arasında müxtəlif rəvayətlər gəzir. Rəvayətlərdən birinə görə türbədə sufi şeyxi Baba dəfn olunub. Son günlərini hücrəyə çəkilib ibadətlə keçirən Şeyx müqəddəs kitabdan ilahi kəlamlar oxuyarkən vəfat edib. Müridləri bir neçə gün sonra Şeyx Babanın dünyasını dəyişdiyini biliblər. Onu həmin günlərdə diri zənd etdiklərindən qəbri üzərində tikilən türbəyə “Diri Baba”türbəsi deyiblər. Digər mülahizəyə görə türbədə Şeyx İbrahim Xəlilullahın dövründə yaşamış birinin dəfn olunduğu ehtimal edilir. Rəvayətə görə şahın dövründə yaşamış Şeyx Məhəmməd adlı şəxs burada ibadət edirmiş. O, ibadət zamanı səcdədə olarkən dünyasını dəyişib. Meyiti...
02 Fevral 2026, 18:45
Kukla Teatrının binası nə zaman inşa edilib?
Abdulla Şaid adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi bina 1909-1910-cu illərdə yeni bulvarda memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. İstismara verildiyi illərdə “Fenomen” adı altında burada kinoteatr fəaliyyət göstərib. CityPost.az xəbər verir ki,sonralar bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib. 1921-ci ildə binada memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda “Satiragid” teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq Artisti Rəşid Behbudovun Mahnı Teatrı fəaliyyət göstərib. Binanın tikintisində xüsusi diqqət çəkən məqam havalandırma sistemi idi. Bu o zaman Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu üfiqi, iki maili karnizdən yaranan...
02 Fevral 2026, 16:03
Milli Hərəkatın ilk öncülləri
İkinci Dünya Müharibəsindən sonra Bakıda ziyalılardan ibarət gizli bir cəmiyyət yaradılmışdır. Həmin gizli cəmiyyətin üzvləri arasında Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cahid Hilaloğlu, Çingiz Abdullayev, İlyas Əfəndiyev, Sabir Yanardağ, Qara Qarayev, İsa Hüseynov, Mikayıl Azaflı, Nadir Ağayev və sairləri var idi. Bu təşkilatın üzvləri açıqcasına olmasa da, sətiraltı olaraq Azərbaycan Xalq Cumhuriyyətini (AXC) təbliğ edir və Sovet rejiminin xalqımızın başına gətirdiyi müsibətlərdən yazır, insanları intibaha səsləyirdilər. Təşkilatın keçirdiyi gizli toplantılardan birində qərar verilir ki, Azərbaycanın üç rəngli milli bayrağını Bakının ən uca nöqtələrindən birinə sancsınlar. Bayrağı şəhərin ən yüksək zirvəsində dalğalandırmaq işini Cahid Hilaloğlu və Çingiz Abdullayevə tapşırırlar. 1957-ci...
02 Fevral 2026, 15:54
Kamran Əliyev yeni təyinatlar İMZALADI
Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan Citypost.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.Baş Prokurorun digər əmrilə Hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub....
02 Fevral 2026, 15:34