Bizə yazın

Baku

-°C

USD

-

VÖEN olmadan obyekt işlətməyin cəzası nədir?

Hüquq 02 Fevral 2026, 15:48

2439

Son illər qeyri-rəsmi sahibkarlıq fəaliyyəti və qanunvericiliyin tələblərinə əməl olunmadan həyata keçirilən biznes əməliyyatları ciddi hüquqi risklər yaradır. Xüsusilə vergi uçotuna durmadan və müvafiq lisenziya almadan fəaliyyət göstərən şəxslər üçün məsuliyyət məsələsi ictimai müzakirələrin əsas mövzularından biridir. Qanunvericilik bu cür hallara qarşı sərt sanksiyalar nəzərdə tutur.

Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunan hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq inzibati xəta hesab olunur. Bu zaman vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq edilir.

Qeyd olunur ki, həmin əməllər xeyli məbləğdə — yəni 50 min manatdan artıq ziyan vurduqda və ya bu həcmdə gəlir əldə etməklə törədildikdə artıq cinayət məsuliyyəti yaranır. Belə hallarda Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə, 2 ilədək islah işləri, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya etməməklə, həmçinin 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşanma zamanı bağışlanmış evin bölgüsü necə həyata keçirilir?

Ailə hüququ üzrə mütəxəssislərin bildirdiyinə görə, boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü yalnız nikah dövründə birgə əldə edilən mülkiyyətə şamil olunur.Citypost.az-n məlumatıan görə,  əgər ev nikahdan əvvəl mövcud olubsa və ya nikah dövründə bağışlama (hədiyyə) müqaviləsi əsasında tərəflərdən birinin adına rəsmiləşdirilibsə, həmin əmlak şəxsi mülkiyyət hesab olunur və birgə əmlak bölgüsünə daxil edilmir.Belə olan halda boşanma zamanı digər tərəfin həmin ev üzərində pay hüququ yaranmır.Lakin hüquqşünaslar vurğulayırlar ki, əmlakın əldə olunması və ya rəsmiləşdirilməsi ilə bağlı xüsusi şərtlər və ya tərəflər arasında əlavə razılaşmalar mövcud olarsa, bu halda məsələ məhkəmə qaydasında fərdi şəkildə araşdırıla bilər.Əli...

14 Aprel 2026, 12:21

Qanunsuz tikililərə çıxarış almaq mümkündürmü? – Hüquqi vəziyyət izah olunur  

Qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi son illərdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Citypost.az-ın məlumatına görə,mütəxəssislərin izahına görə, bu tip tikililərə çıxarış verilib-verilməməsi birbaşa onların yerləşdiyi torpaq sahəsinin hüquqi statusundan asılıdır.Qeyd olunur ki, ilk mərhələdə əsas məsələ torpaq sahəsinin sənədləşdirilməsidir. Yəni əvvəlcə həmin torpaq üçün rəsmi çıxarış əldə olunmalıdır. Daha sonra həmin sahədə inşa edilmiş fərdi yaşayış evi və ya digər tikililər üçün ayrıca qeydiyyat proseduru həyata keçirilə bilər.Rəsmi məlumatlara görə, Bakı şəhərində böyük sayda – yüz minlərlə qeyri-qanuni fərdi yaşayış evi mövcuddur və bu tikililərin bir hissəsinin torpaq sənədləri tam qaydasında deyil.Əgər torpaq sahəsi vaxtilə bələdiyyə, icra orqanı və...

10 Aprel 2026, 11:43

Valideyn tərəfindən bağışlanan ev boşanma zamanı bölünürmü?  

Nikahda əmlak bölgüsü ilə bağlı əsas prinsip ondan ibarətdir ki, ər-arvadın birgə mülkiyyəti yalnız nikah dövründə onların birgə gəliri və əməyi hesabına əldə olunan əmlaka şamil edilir.Citypost.az-ın məlumatına görə, valideyn tərəfindən bağışlanmış əmlak isə bu kateqoriyaya daxil edilmir. Yəni ev istər nikahdan əvvəl, istərsə də nikah dövründə ata və ya ana tərəfindən hədiyyə kimi verilib bir tərəfin adına rəsmiləşdirilibsə, həmin əmlak şəxsi mülkiyyət sayılır.Bu halda boşanma zamanı belə əmlak bölünmür və yalnız bağışlanan şəxsin mülkiyyəti olaraq qalır.Əsas şərt odur ki, bağışlama müqaviləsi notarial qaydada rəsmiləşdirilməli və əmlak konkret olaraq kimə verilibsə, həmin şəxsin adı sənəddə göstərilməlidir. Bu da sonradan hüquqi...

08 Aprel 2026, 11:36

Bacının ata evindən pay hüququ var? – Vərəsəliklə bağlı mühüm məqam  

Ata adına olan evin satışı və vərəsələr arasında bölgü məsələsi hüquqi müstəvidə müzakirə mövzusu olaraq qalır.Citypost.az xəbər verir ki, məlumata görə, əgər vəfat etmiş şəxsin əmlakı hələ də onun adına rəsmiləşdirilibsə və vərəsəlik prosesi yekunlaşmayıbsa, bu halda həmin əmlak vərəsəlik kütləsi hesab olunur. Belə olan halda bütün vərəsələrin hüquqları eyni səviyyədə qorunur.Qanunvericiliyə əsasən, övladlar – istər qız, istər oğul – vərəsəlikdə bərabər hüquqlara malikdir. Bu səbəbdən bacı da qardaş kimi vərəsə sayılır və əmlakdan ona düşən payı tələb etmək hüququna malikdir.Əgər vərəsəlik prosesi tamamlanmadan əmlakın satışı həyata keçirilərsə və bütün vərəsələrin razılığı alınmazsa, bu satış hüquqi mübahisələrə səbəb ola bilər.Mütəxəssislər...

06 Aprel 2026, 12:18

Dost adına alınan evin sonradan rəsmiləşdirilməsi necə həll olunur?

Son illərdə ən çox rast gəlinən mülkiyyət mübahisələrindən biri də əmlakın bir şəxsin adına alınması, lakin faktiki olaraq başqa şəxs tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Bu cür hallarda hüquqi prosedur düzgün aparılmadıqda həm vergi, həm də mülkiyyət riskləri yarana bilər.Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, daşınmaz əmlakın rəsmi keçidi yalnız alqı-satqı müqaviləsi və dövlət qeydiyyatı əsasında həyata keçirilir. Bu zaman müqavilədə real bazar dəyərinin göstərilməsi tələb olunur və sənədlərdə aşağı məbləğ göstərilməsi sonradan vergi orqanları tərəfindən vergidən yayınma kimi qiymətləndirilə bilər.Əgər tərəflər arasında pul ödənişi faktiki olaraq baş veribsə, qanuni yol həmin əməliyyatın rəsmi şəkildə müqavilə ilə rəsmiləşdirilməsidir. Bu halda...

03 Aprel 2026, 15:00

Dövlət qulluğu stajı və pensiya hüququ: qaydalar necə tətbiq olunur?  

Şəxsin 7 il dövlət qulluğu stajının pensiyaya əlavə olunub-olunmaması məsələsi mövcud qanunvericiliyin tətbiqindən asılıdır.Citypost.az xəbər verir ki, qeyd olunur ki, 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan qaydalara əsasən dövlət qulluqçusu kimi pensiya hüququ üçün minimum 5 il staj tələb edilirdi. Lakin həmin tarixdən sonra dəyişiklik edilərək bu müddət 15 ilə qaldırılıb.Bununla yanaşı, dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün əsas şərtlərdən biri də şəxsin 65 yaş həddinə çatmasıdır, çünki dövlət qulluğunda son yaş həddi 65 yaş müəyyən edilib.Beləliklə, 7 illik stajın pensiyaya əlavə olunub-olunmaması şəxsin hansı dövrdə dövlət qulluğunda işləməsindən və ümumi pensiya hüququ şərtlərini tam ödəyib-ödəməməsindən asılı olaraq...

03 Aprel 2026, 12:06