Milli Hərəkatın ilk öncülləri
Cəmiyyət 02 Fevral 2026, 15:54
247
İkinci Dünya Müharibəsindən sonra Bakıda ziyalılardan ibarət gizli bir cəmiyyət yaradılmışdır. Həmin gizli cəmiyyətin üzvləri arasında Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cahid Hilaloğlu, Çingiz Abdullayev, İlyas Əfəndiyev, Sabir Yanardağ, Qara Qarayev, İsa Hüseynov, Mikayıl Azaflı, Nadir Ağayev və sairləri var idi. Bu təşkilatın üzvləri açıqcasına olmasa da, sətiraltı olaraq Azərbaycan Xalq Cumhuriyyətini (AXC) təbliğ edir və Sovet rejiminin xalqımızın başına gətirdiyi müsibətlərdən yazır, insanları intibaha səsləyirdilər. Təşkilatın keçirdiyi gizli toplantılardan birində qərar verilir ki, Azərbaycanın üç rəngli milli bayrağını Bakının ən uca nöqtələrindən birinə sancsınlar. Bayrağı şəhərin ən yüksək zirvəsində dalğalandırmaq işini Cahid Hilaloğlu və Çingiz Abdullayevə tapşırırlar. 1957-ci ilin mayın 28-də AXC-nin yaranmasının 39-cu il dönümü ərəfəsində Azərbaycan Milli üç rəngli möhtəşəm bayrağını Qız Qalasının dam hissəsinə taxırlar.
Əvvəlcə Cahid və Çingiz aldıqları tapşırığı yerinə yetirmək üçün kəşfiyyat məqsədilə Qız Qalasının yerləşdiyi əraziyə gəlirlər. Təxminən saat 12.00 radələrində Cahid yuxarı qalxmaq üçün qalanın içinə daxil olur. Belinə bağladığı bayrağı qalanın başında gizlicə belindən açır. Çingiz tapşırıldığı kimi orada olan digər insanların fikirlərini yad istiqamətə yönəldən zaman, O, üzərində ay və səkkiz guşəli ulduz bərq vuran şanlı bayrağımızı qalanın dənizə baxan tərəfinə asır. Onlar qürur və əzəmətlə “Bir kərə yüksələn bayraq bir daha enməz” deyə hayqırırlar.
Gözlənildiyi kimi də olur. Az keçmiş milislər onları həbs edirlər və dərhal bayrağı yerindən qoparırlar. Milis idarəsində müstəntiqin suallarına Cahid və Çingiz sualla cavab verirlər: “Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı olur, Azərbaycanda baş verənlər üsyan adlanır?”. Moskvadan belə tapşırıq gəlir. “Onların etdikləri ilə bağlı əldə edilmiş bütün sənədlər və qeydlər məhv edilsin, bayraq isə Moskvaya göndərilsin. İş üzrə çəkilmiş foto şəkillər silinsin, suçlananlar hər ikisi digər cinayətlərdə ittiham edilərək həbsdə saxlanılsınlar”.
1971-ci ildə Cahid həbsdən azad edilir, Bakıya dönür. Bir müddət Bakıda işləyir və sonra ərizə yazaraq işdən çıxır. Anadan olduğu Ağdama qayıdır. Şahidlərin dediyinə görə 1991-ci il may ayının 30-da üzərində heç bir dövlət nömrə nişanı olmayan qara rəngli “Volqa” markalı avtomobillə küçəni keçərkən onu ağır formada vurub öldürürlər. Cahid Ağdamda dəfn edilir. Eyni ağrılı aqibətlə qarşılacağı qaçılmaz olan Çingiz Abdullayev isə İsveçrəyə köçür və son məlumatlara görə hazırda Bern şəhərində yaşayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kukla Teatrının binası nə zaman inşa edilib?
Abdulla Şaid adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi bina 1909-1910-cu illərdə yeni bulvarda memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. İstismara verildiyi illərdə “Fenomen” adı altında burada kinoteatr fəaliyyət göstərib. CityPost.az xəbər verir ki,sonralar bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib. 1921-ci ildə binada memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda “Satiragid” teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq Artisti Rəşid Behbudovun Mahnı Teatrı fəaliyyət göstərib. Binanın tikintisində xüsusi diqqət çəkən məqam havalandırma sistemi idi. Bu o zaman Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu üfiqi, iki maili karnizdən yaranan...
02 Fevral 2026, 16:03
Kamran Əliyev yeni təyinatlar İMZALADI
Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan Citypost.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.Baş Prokurorun digər əmrilə Hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub....
02 Fevral 2026, 15:34
Vasif Ayan: "Cəmiyyətdəki alçaqlıq və deqradasiya həddini aşır "
Prodüser Vasif Ayan sosial şəbəkədə bölgələrdən birində baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib. Məlumata görə, kişi bacanağını və arvadını bıçaqlayıb. Hadisənin səbəbi kimi göstərilir ki, bacanaq onun arvadı ilə mesajlaşırmış.Citypost.az xəbər veriri ki Vasif Ayan yazır qeyd edib ki, həmin gün bacanaq həyətdə gizlənərək arvadına mesaj göndərib. Kişi arvadının telefonunda bu mesajı görərək əvvəl bacanağını, sonra isə öz arvadını bıçaqlayıb. Hadisə nəticəsində hər iki şəxs xəstəxanaya yerləşdirilib, ölən yoxdur.Prodüser paylaşımında həmçinin cəmiyyətdə bu tip deqradasiya hallarının çoxalmasından narahatlığını ifadə edib və insanların münasibətlərindəki məsuliyyəti xatırladıb.Əli...
02 Fevral 2026, 15:21
Əməkdar artist: "Sənət bazara çevrilib"
Əməkdar artist Elmira Kərimova sosial şəbəkədə paylaşdığı statusunda müasir cəmiyyətin və mədəniyyətin vəziyyətindən narahatlığını ifadə edib.Citypost.az xəbər verir ki, əməkdar artist qeyd edib ki, hər yerdə yorucu xəbərlər, didişmələr, təhqir və mənasız paylaşımlar hökm sürür, sənət bazara çevrilib. Elmira Kərimova böyük sənətkarlarımızın Mehdi Məmmədov, Hökümə Qurbanova, Adil İsgəndərov, Üzeyir bəy, Bülbül, Mayestro Niyazi və Fikrət Əmirov – yaradıcılıq dəyərlərinin unudulmasına təəssüfünü bildirib.“İnsan kimi yaşamaq, sənəti və özümüzü yaşatmaq, sevmək, paylaşmaq nə qədər çətindir… Güvənin, inan, birlikdə yaradın” – deyə aktrisa statusunda vurğulayıb və cəmiyyətin, televiziya və sosial medianın halını “dəhşət” kimi qiymətləndirib.Yeganə...
02 Fevral 2026, 15:07
Aygün Muradxanlı: İnsanların şəxsi həyatına qarışmaq düzgün deyil
Ötən gün ehtiyyatda olan general-mayor Nazim Əliyev toy edib. General özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub , bəziləri cütlüyə xoşbəxtlik arzulayıb, bəziləri isə tənqid edib.Prime TV-nin rəhbəri, tanınmış jurnalist Aygün Muradxanlı sosial şəbəkədə yazıb ki, insanların şəxsi qərarlarına qarışmaq düzgün deyil:"Hər gün kimsə evlənir, kimsə boşanır. İki insan bir yerdə yaşamağa qərar verib, siz niyə dəymisiz bir-birinizə? Ehtiyatlı olun, belə davam eləsəz, onlar da yeni mutluluq formulu taparlar."Aygün Muradxanlı həmçinin vurğulayıb ki, başqalarının şəxsi həyatına qarışmaq əks təsir göstərə bilər və hər kəs öz həyatına diqqət yetirməlidir.Əli...
02 Fevral 2026, 15:05
Tamam Cəfərova:“Azərbaycan gəncliyi dövlətin güc mənbəyidir”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Azərbaycan gəncliyi və gənclər siyasəti xüsusi yer tutur. Ulu Öndərin bu sahələrin inkişafında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daima gənclərin qüdrətli hamisi kimi çıxış etmişdir. Bu baxımdan da Azərbaycanda Gənclər Gününün təsis edilməsi, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi ölkəmizdə gənclər siyasətinin sistemli şəkildə formalaşmasının mühüm mərhələsi olmuşdur. Məhz bu...
02 Fevral 2026, 14:50