Bizə yazın

Baku

-°C

USD

-

Tamam Cəfərova:“Azərbaycan gəncliyi dövlətin güc mənbəyidir”

Cəmiyyət 02 Fevral 2026, 14:50

378

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Azərbaycan gəncliyi və gənclər siyasəti xüsusi yer tutur.  Ulu Öndərin bu sahələrin inkişafında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daima gənclərin qüdrətli hamisi kimi çıxış etmişdir.  Bu baxımdan da Azərbaycanda Gənclər Gününün təsis edilməsi, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi ölkəmizdə gənclər siyasətinin sistemli şəkildə formalaşmasının mühüm mərhələsi olmuşdur. Məhz bu qərardan sonra Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü rəsmi və təntənəli şəkildə qeyd edən ilk dövlət kimi tarixə düşmüşdür.

Bu fikirləri Citypost.az saytına  açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib. 

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini ölkənin gələcəyi adlandıraraq, gənc nəslin intellektual, mənəvi və vətənpərvərlik ruhunda yetişməsini daim dövlət siyasətinin mərkəzində saxlamışdır. 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı qəbul edilən çoxsaylı fərman və sərəncamlar gənclərin ictimai-siyasi həyatda fəal iştirakına, onların təşəbbüskarlığının və potensialının reallaşdırılmasına geniş imkanlar açmışdır. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclər siyasəti yeni, müasir və sistemli mərhələyə qədəm qoymuşdur. 

Bu ardıcıl dövlət siyasəti gənclərin yalnız sosial müdafiəsini deyil, eyni zamanda onların dövlət idarəçiliyində və ictimai həyatda fəal rol almasını da təmin etmişdir. Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı və milli təhlükəsizliyinin qorunması gənclərin bilik, bacarıq və vətənpərvərlik potensialı ilə birbaşa bağlıdır. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasəti dəstəkləyərək ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edir. Bu dəstək təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, 2007-ci ilin “Gənclər ili” elan olunması, ölkənin müxtəlif bölgələrində Gənclər evlərinin inşa edilməsi, 2011-ci ildə Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, eləcə də gənc kadrların irəli çəkilməsinə xidmət edən “Yüksəliş” müsabiqəsi gənclərin dövlət idarəçiliyində və ictimai həyatda rolunun gücləndirilməsinə xidmət edən mühüm təşəbbüslərdir.

Azərbaycan gəncliyi  dövlət Başçısının həyata keçirdiyi siyasi kursa olan  inam və etimadı ən parlaq şəkildə  44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya nümayiş etdirdi. Gənclər həm döyüş meydanında, həm də arxa cəbhədə yüksək vətənpərvərlik nümunəsi göstərərək Ali Baş Komandanın çağırışlarını böyük ruh yüksəkliyi ilə yerinə yetirdilər. Qələbədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakı isə milli birlik və həmrəyliyin möhkəmləndiyini bir daha təsdiqləmişdir.

Əldə olunan bu təcrübə göstərir ki, gənclərin inkişafı yalnız hərbi və siyasi sahələrlə məhdudlaşmır. Prezident İlham Əliyevin siyasətində təhsil, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişafı xüsusi yer tutur. Yeni təhsil müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi, xaricdə təhsil proqramları, startap və innovasiya ekosisteminin formalaşdırılması gənclərin bilik və bacarıqlarının artırılmasına, onların qlobal rəqabət mühitinə hazırlanmasına xidmət edir.

Bununla yanaşı, dövlət başçısının gənclərlə bağlı siyasətində milli-mənəvi dəyərlərin qorunması və təbliği də mühüm istiqamət kimi önə çıxır.Gənclərimizin tariximizi, mədəniyyətimizi, dilimizi və dövlətçilik ənənələrimizi dərindən mənimsəməsinin vacibliyi daim vurğulanır və bu çağırışlar onların milli kimliyinin möhkəmlənməsinə, vətəndaşlıq məsuliyyətinin artmasına səbəb olur. Məhz bu kompleks və balanslaşdırılmış yanaşmanın nəticəsidir ki, bu gün Azərbaycan gənci özünü dövlətin etibarlı tərəfdaşı və aparıcı qüvvəsi kimi hiss edir. Onların inkişafı, sosiallaşması və cəmiyyətə inteqrasiyası üçün yaradılan imkanlar gənclərə xoşbəxt və məzmunlu gənclik yaşamaq imkanı verir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət gənclərin dövlətə və liderə olan inamını daha da gücləndirmişdir.

Beləliklə, Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, müstəqil, güclü və suveren dövlətimizin inkişafına öz töhfəsini vermək əzmindədir. Bu həmrəylik və qarşılıqlı etimad ölkənin sabitliyinin, davamlı inkişafının və parlaq gələcəyinin əsas təminatlarından biri kimi çıxış edir. Bir daha Gənclər günü münasibətilə gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıram.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kukla Teatrının binası nə zaman inşa edilib?  

Abdulla Şaid adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi bina 1909-1910-cu illərdə yeni bulvarda memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. İstismara verildiyi illərdə “Fenomen” adı altında burada kinoteatr fəaliyyət göstərib. CityPost.az  xəbər verir ki,sonralar bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib. 1921-ci ildə binada memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda “Satiragid” teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq Artisti Rəşid Behbudovun Mahnı Teatrı fəaliyyət göstərib. Binanın tikintisində xüsusi diqqət çəkən məqam havalandırma  sistemi idi. Bu o zaman Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu üfiqi, iki maili karnizdən yaranan...

02 Fevral 2026, 16:03

Milli Hərəkatın ilk öncülləri  

İkinci Dünya Müharibəsindən sonra Bakıda ziyalılardan ibarət gizli bir cəmiyyət yaradılmışdır. Həmin gizli cəmiyyətin üzvləri arasında Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cahid Hilaloğlu, Çingiz Abdullayev, İlyas Əfəndiyev, Sabir Yanardağ, Qara Qarayev, İsa Hüseynov, Mikayıl Azaflı, Nadir Ağayev və sairləri var idi. Bu təşkilatın üzvləri açıqcasına olmasa da, sətiraltı olaraq Azərbaycan Xalq Cumhuriyyətini (AXC) təbliğ edir və Sovet rejiminin xalqımızın başına gətirdiyi müsibətlərdən yazır, insanları intibaha səsləyirdilər. Təşkilatın keçirdiyi gizli toplantılardan birində qərar verilir ki, Azərbaycanın üç rəngli milli bayrağını Bakının ən uca nöqtələrindən birinə sancsınlar. Bayrağı şəhərin ən yüksək zirvəsində dalğalandırmaq işini Cahid Hilaloğlu və Çingiz Abdullayevə tapşırırlar. 1957-ci...

02 Fevral 2026, 15:54

Kamran Əliyev yeni təyinatlar İMZALADI

Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan Citypost.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.Baş Prokurorun digər əmrilə Hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub....

02 Fevral 2026, 15:34

Vasif Ayan: "Cəmiyyətdəki alçaqlıq və deqradasiya həddini aşır "

Prodüser Vasif Ayan sosial şəbəkədə bölgələrdən birində baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib. Məlumata görə, kişi bacanağını və arvadını bıçaqlayıb. Hadisənin səbəbi kimi göstərilir ki, bacanaq onun arvadı ilə mesajlaşırmış.Citypost.az xəbər veriri ki Vasif Ayan yazır qeyd edib ki, həmin gün bacanaq həyətdə gizlənərək arvadına mesaj göndərib. Kişi arvadının telefonunda bu mesajı görərək əvvəl bacanağını, sonra isə öz arvadını bıçaqlayıb. Hadisə nəticəsində hər iki şəxs xəstəxanaya yerləşdirilib, ölən yoxdur.Prodüser paylaşımında həmçinin cəmiyyətdə bu tip deqradasiya hallarının çoxalmasından narahatlığını ifadə edib və insanların münasibətlərindəki məsuliyyəti xatırladıb.Əli...

02 Fevral 2026, 15:21

Əməkdar artist: "Sənət bazara çevrilib"

 Əməkdar artist Elmira Kərimova sosial şəbəkədə paylaşdığı statusunda müasir cəmiyyətin və mədəniyyətin vəziyyətindən narahatlığını ifadə edib.Citypost.az xəbər verir ki, əməkdar artist qeyd edib ki,  hər yerdə yorucu xəbərlər, didişmələr, təhqir və mənasız paylaşımlar hökm sürür, sənət bazara çevrilib. Elmira Kərimova böyük sənətkarlarımızın Mehdi Məmmədov, Hökümə Qurbanova, Adil İsgəndərov, Üzeyir bəy, Bülbül, Mayestro Niyazi və Fikrət Əmirov – yaradıcılıq dəyərlərinin unudulmasına təəssüfünü bildirib.“İnsan kimi yaşamaq, sənəti və özümüzü yaşatmaq, sevmək, paylaşmaq nə qədər çətindir… Güvənin, inan, birlikdə yaradın” – deyə aktrisa statusunda vurğulayıb və cəmiyyətin, televiziya və sosial medianın halını “dəhşət” kimi qiymətləndirib.Yeganə...

02 Fevral 2026, 15:07

Aygün Muradxanlı: İnsanların şəxsi həyatına qarışmaq düzgün deyil

Ötən gün ehtiyyatda olan general-mayor Nazim Əliyev toy edib. General özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub , bəziləri cütlüyə xoşbəxtlik arzulayıb, bəziləri isə tənqid edib.Prime TV-nin rəhbəri, tanınmış jurnalist Aygün Muradxanlı sosial şəbəkədə yazıb ki, insanların şəxsi qərarlarına qarışmaq düzgün deyil:"Hər gün kimsə evlənir, kimsə boşanır. İki insan bir yerdə yaşamağa qərar verib, siz niyə dəymisiz bir-birinizə? Ehtiyatlı olun, belə davam eləsəz, onlar da yeni mutluluq formulu taparlar."Aygün Muradxanlı həmçinin vurğulayıb ki, başqalarının şəxsi həyatına qarışmaq əks təsir göstərə bilər və hər kəs öz həyatına diqqət yetirməlidir.Əli...

02 Fevral 2026, 15:05