Müəllim nazirlə görüşmək istədi: Başına bu işlər gəldi
Cəmiyyət 03 Fevral 2026, 14:36
168
Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Vasifqızı, Elm və Təhsil naziri Emin Əmrullayevin Kürdəmir rayonunda 5 nömrəli məktəbdə keçirdiyi vətəndaş qəbulu ilə bağlı yaşadığı xoşagəlməz hallarla bağlı narazılığını bildirib.
CityPost.az xəbər verir ki, bu barədə müəllim özü Oxu24.com saytına müraciətində bildirib.
Müəllimin sözlərinə görə, nazirlə görüşmək üçün rəsmi qeydiyyatdan keçsə də, görüş günü o və bir çox müəllim süni maneələrlə üzləşib.
Əsmər müəllimin bildirdiyinə görə, nazirlə görüş günü proses heç də elan olunduğu kimi şəffaf keçməyib. Nazir vətəndaşları birinci mərtəbədə qəbul etsə də, vətəndaşlar 2-ci mərtəbədəki akt zalında gözlədilib. Vətəndaşların səsləri eşidilməsin deyə, hətta, dəhlizə çıxmağa icazə verilməyib.
"Saat 15:26-da nazir artıq yola düşmüşdü. Qalan vətəndaşları hələ 2 saat akt zalında saxladıqdan sonra bildirdilər ki, sizi Nazirliyin əməkdaşları qəbul edəcək.",-deyə şikayətçi bildirib.
Müəllim bildirir ki, əməkdaşların qəbulunda dəfələrlə olub, portal.edu.az vasitəsilə də dəfələrlə müraciət edib. Hər dəfə şablon sözlərlə yola salınıb. Nazirin qəbulu üçün Bakıdan Kürdəmirə gedən müəllim kor-peşman geri qayıtmalı olub. Müəllim bu görüş üçün dekabr ayında qeydiyyatdan keçib. Onun sözlərinə görə, daha sonra ona müxtəlif zənglər də gəlib ki, nazirin qəbuluna getməsin.
Müəllimin əsas problemi nədir?
Əsmər Vasifqızının illərdir həll olunmayan problemi həm ailə vəziyyəti, həm də təhsil sistemində tez-tez qəbul edilən qərarlardır. 2017-ci ildə MİQ imtahanından keçərək işə qəbul olunan müəllim iki il ucqar kənddə kirayə ev tutaraq qalıb işləyib.
Müəllim bildirir ki, o zamanlar müəllim üç il həvəsləndirmə tədbirləri tətbiq olunan məktəbdə işləyibsə, üç il tamam olduqda öz yaşayış yerinə uyğun olaraq yerdəyişmə edə bilirdi. Lakin, sonralar bu qayda ləğv edildi.
Müəllim 2019-cu ildə ailə qurub Bakıya köçsə də, Bakıdan-Kürdəmirə gedərək işləməyə davam edib ki, yerdəyişmə imtahanında balını yüksəldərək Bakıya yerini dəyişə bilsin. 2020-ci ildə böyük səylə aylarla imtahana hazırlaşsa da, vaxta 3 həftə qalmış pandemiyaya görə imtahana buraxılmayıb.
“Müəllimlərin iş yerdəyişməsi tədricən çətinləşdirildi. Müəllim üç il ucqarda işləyib yerdəyişmə edə bilirdi, bu da bir stimul idi ki, müəllimlər ucqar kəndləri seçsin. Bunu ləğv etdilər. İmtahana 3 həftə qalmış elan etdilər ki, daimi müqaviləsi olan müəllimlər imtahana buraxılmayacaq. Aylarla çəkilən əziyyət bir qərarla məhv oldu. Daha sonra hətta, Bakıya yerdəyişmə də tamamilə ləğv olundu. Bakıda işləyə bilmək üçün yeganə vasitə MİQ imtahanlarıdır. Bu imtahanlar da hər il süni şəkildə çətinləşdirilir. Hər il imtahanlarda problemli suallar olur, mətbuatda da işıqlandırılır, amma faydası olmur. Bakı şəhəri üçün vakansiya çox az verilir, yüksək bal toplayan kifayət qədər işsiz müəllimlər var. Mənim kimi bir çox müəllim bu səbəblərdən ailəsindən, evindən ayrı düşmək məcburiyyətində qalır”,-Əsmər müəllim deyir.
Həmçinin oxuyun
Müəllim bildirir ki, həmin tədris ilində 5 gün Kürdəmirin ucqarında işləyib, həftə sonu Bakıya gələrək kursa gedirmiş, eyni zamanda ana olmağa hazırlaşırmış. Anidən imtahana buraxılmadığını eşidəndə vəziyyəti pisləşib, övladının səhhətində də problemlər yaranıb. Dəfələrlə nazirliyə zəng edib, ona daha sonra tədris ili ərzində daimi müqaviləsi olan müəlllimlər üçün yenidən imtahan təşkil olunacağı barədə vəd verilsə də, bu baş tutmayıb. Müəllim bildirir ki, anidən verilmiş bir qərar onun taleyini həll edib, bütün maddi, zehni, fiziki əməyi puç olub. Daha sonra Sertifikasiya imtahanlarında iştirakı da ikinci dəfə ana olmağa hazırlaşdığı üçün baş tutmayıb. Müəllim çıxılmaz vəziyyətdə qalaraq iki körpə uşaqla hər həftə Bakıdan Kürdəmirin ucqarına gedərək bir müddət işləyib. Övladlarının hər ikisinin sağlamlığında baş verən problemlərə görə 2025-ci tədris ilində uşağa qulluğa görə məzuniyyət götürməli olub. Körpələr hər həftə uzaq yollara tab gətirməyib.
Əsmər xanım, bəs rayon şəraitində çalışmaq barədə nə deyə bilərsiniz? Şərait necədir?
"Rayon şəraitində işləmək mənim həyatıma yaxşı təsir edib, gözəl xatirələrim var. Əgər bu gün mən burada yaşamasaydım, yerdəyişmə etmək istəməzdim. Kürdəmirin mərkəzində böyüyüb-yaşamışam, oxumuşam.
Mən kəndə gedəndə orda nə normal işıq, nə internet, nə də qaz-su var idi. Heç yol da yox idi. Mən hər həftə gedirdim 5 gün işləyirdim, 6-bazar isə rayonun mərkəzinə evimə gəlirdim. Kənddəki məktəbdə nə müəllim kollektivindən, nə də valideynlərdən heç bir şikayətim yoxdur. Əksinə mənim haqqımda kimi danışdırsalar, çox gözəl məlumat verərlər. Amma orada çalışmağımın maddi cəhətdən heç bir faydası yox idi. Çünki, bütün gəlirimi yola sərf etmişəm. Bunlara baxmayaraq, həvəslə işləmişəm”.
Kürdəmirin ucqar kəndindən gələn bu etiraz əslində buz dağının görünən tərəfidir. Bu gün Azərbaycanın minlərlə gənc müəllimi eyni aqibəti yaşayır: Universiteti bitirib böyük həvəslə bölgələrə yollanan, orada qazsız, işıqsız, yolsuz kəndlərdə fədakarlıqla çalışan müəllimlər, şəxsi həyatlarında baş verən dəyişikliklərdən sonra (ailə qurmaq, övlad sahibi olmaq və s.) sanki bir "tələyə" düşürlər.
Mövcud mənzərə göstərir ki, təhsil sistemində yerdəyişmə (perevod) mexanizmi müəllimə kömək etmək üçün deyil, onu çıxılmaz vəziyyətə salmaq üçün qurulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” ilə bağlı yaydığı yeni sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən məqamlardan biri ABŞ Konqres üzvlərinin Bakıya səfəri ilə əlaqədardır. İddialara əsasən, həmin səfər çərçivəsində amerikalı nümayəndələr sabiq xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüblər.Məsələyə münasibət bildirən Elmar Məmmədyarov News24.az-a açıqlamasında Epşteynlə heç vaxt görüşmədiyini deyib:“Epşteynlə nə vaxtsa görüşməyim və ya onunla əlaqə qurmağa cəhd etməyim barədə iddialar həqiqətə uyğun deyil. Mən heç vaxt Epşteyn adlı bir şəxslə görüşməmişəm və onunla əlaqə saxlamağa çalışmamışam. Belə bir hal olsaydı, mütləq yadımda qalardı”.E. Məmmədyarov əlavə edib ki, vəzifədə olduğu dövrdə Konqres üzvləri və digər yüksək...
03 Fevral 2026, 15:05
Polkovnik idarə rəisi təyin olundu
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.CityPost.az bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər...
03 Fevral 2026, 14:16
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:49
Əlilliyi olan 1300-dən çox şəxs hippoterapiya xidmətlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya 3 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.Həftədə iki dəfə keçirilən hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, eyni zamanda, əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr...
03 Fevral 2026, 13:35
Sabah hava yağıntılı olacaq
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz...
03 Fevral 2026, 13:31
Bu yazıçılar AYB-dən ÇIXARILDI
“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.Citypost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb....
03 Fevral 2026, 13:29