Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə tətbiq edilib
Cəmiyyət 09 Fevral 2026, 10:42
200
Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib.
Citypost.az xəbər verir ki, bu barədə APA-nın soğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Məlumata görə, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabrdan 8 fevraladək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15.119 şəxs barəsində tətbiq olunub.
Amnistiya tətbiq olunan şəxslərin 5.148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8.914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1.045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1.216-sı böyük ictimai təhlükə törətməyən, 13.054-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14.345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.
Amnistiya aktının icrası davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DTX bu 9 nəfəri AXTARIR
Dövlət Təhlükəsizlik Xidməti (DTX) müxtəlif ağır cinayətlərdə şübhəli bilinən 9 nəfəri axtarışa verib.Citypost.az xəbər verir ki, bu barədə məlumat DTX-nin rəsmi saytında yerləşdirilib.Məlumata görə, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarışda axtarılan şəxslər aşağıdakılardır:Ukrayna əsilli Andrey Zaborski oğurluq etməkdə şübhəli bilinir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) və 273.4-cü maddələri üzrə axtarışa verilib.Xətai Əliyev də eyni cinayət əməllərinə görə - Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə axtarışdadır.Moldova vətəndaşları Oleq Kazanqiu və İqor Velikoqlo da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə təqsirli bilinirlər.Elçin Camalov Zakir oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4,...
09 Fevral 2026, 11:52
Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmənin növbəti iclasının vaxtı məlum olub.Citypost.az xəbər verir ki, cinayət işi üzrə proses fevralın 10-da davam etdiriləcək.Qeyd edək ki, məhkəmə prosesi dekabrın 30-da qeyri-müəyyən müddətədək təxirə salınıb. Buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsi göstərilib.Beləliklə, Ruben Vardanyanın barəsində...
09 Fevral 2026, 11:51
Naxçıvana yeni Baş nazir TƏYİN OLUNDU
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.Citypost.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi bununla bağlı qərar qəbul edib.Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.
09 Fevral 2026, 11:36
Azər Həsrəti HƏDƏLƏDİLƏR
Azər Həsrəti rus sektoru və İranla bağlı çıxışlarına görə təhdid edildiyini açıqlayıbCitypost.az xəbər verir ki, əməkdar jurnalist Azər Həsrəti rus sektoru və İranla bağlı səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə təhdid və tənqidlərlə üzləşdiyini bildirib.Jurnalist şəxsi sosial şəbəkə hesabında ona ünvanlanan mesajların skrinşotlarını paylaşaraq, qarşılaşdığı təzyiqləri ictimailəşdirib.Əli
09 Fevral 2026, 11:13
DİN insan alveri ilə bağlı müraciət edib
DİN-in Mətbuat Xidmətindən Citypost.az-aa verilən məlumata görə, müraciətdə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:"Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini,...
09 Fevral 2026, 11:12
Həcc üçün qeydiyyat başa çatır
Həcc ziyarəti üçün kvotanın 70 faizi tamamlanıb.Citypost.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.Əlavə olaraq qeyd edilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində bitəcək.Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.Ziyarət vahid formada təşkil olunacaq...
09 Fevral 2026, 10:40