Bakıda biznesmenlə bir qrup şəxs arasında insident - Video
Hadisə 09 Fevral 2026, 10:38
284
Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.
Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb
Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.APA-nın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, fevral ayının 4-ü Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin meyiti kənd ərazisində tapılıb....
08 Fevral 2026, 23:04
Axtarışda olan 111 nəfər saxlanılıb - DİN
Fevralın 6-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Belə ki, axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb....
07 Fevral 2026, 20:17
Türkiyədə avtobus aşıb, 16 nəfər xəsarət alıb
Türkiyənin Ağrı vilayətinin Pantos rayonununda sərnişin avtobusu aşıb."Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər xəsarət alıb.Əraziyə yanğınsöndürən və polis əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
07 Fevral 2026, 13:42
Prokurorun sürücü barədə təqdimatı rədd edildi
Aynur Rzayevanın ölümünə səbəb olan sürücü ev dustaqlığında qaldı. CityPost.az xəbər verir ki,Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən qəzanı törətməkdə suçlu bilinə Nuran Abdurrahmanovun haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata dair keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən təqdimat təmin edilməyib. Məhkəmə təqsirləndirilən N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, onun haqqında olan ev dustaqlığı barədə qərarı qüvvədə saxlayıb. Xatırladaq ki, avtoqəza hadisəsi 22 dekabr 2025-ci il tarixdə Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən...
06 Fevral 2026, 16:04
“Göyərti” yükündə gizlədilən 52 kiloqram marixuana TAPILDI
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib....
06 Fevral 2026, 11:52
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi güllələyib.CityPost.az "Unikal"-a istinadla xəbər verir ki müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.Hazırda isə işsiz olduğu bildirilir.
06 Fevral 2026, 11:30