Naxçıvana yeni Baş nazir TƏYİN OLUNDU
Cəmiyyət 09 Fevral 2026, 11:36
143
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
Citypost.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi bununla bağlı qərar qəbul edib.
Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.
Həmçinin oxuyun
Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Axirətin sonuna 34 il qaldı
Nyutonun hesablamalarına görə axirət 2060-cı ilə düşür. CityPost.az xəbər verir ki, onun fərziyyələri dini kitablarda yazılanlara əsaslanır. Nyuton 1704-cü ildə yazdığı bir məktubda deyirdi ki, O, Bibliyada yer alan Daniyelin kitabına əsasən dünyanın axırının nə vaxta düşdüyünü hesablaya bilib. Bu məktub hazırda Yerusəlim Universitetində qorunub saxlanılır. Müasir fizikanın və ali riyaziyyatın əsasını qoyan, tarix boyu dünyanın ən böyük alimlərindən hesab olunan, öz kəskin professionallığı ilə seçilən Nyutonun dini mövzuda belə bir işi böyük maraq doğurmaya bilməzdi. Məktubda Nyuton əminliklə yazırdı ki, Bibliya axirətin 2060-cı ildə olacağınə göstərir. Lakin, xüsusilə qeyd olunmalıdır ki, Nyuton dünyanın sonunun məhz 2060-cı ildə olacağını israrla...
09 Fevral 2026, 13:03
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Vətən müharibəsi iştirakçısı Əli Məmmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, 24 yaşlı qazi səhhətindəki problemlər səbəbindən dünyasını dəyişib.Əslən Lənkərandan olan Ə.Məmmədzadə paytaxtın Suraxanı rayonunda yaşayıb.Yaxınları bildiriblər ki, o, Kəlbəcər istiqamətində xidmət keçib və müharibə dövründən sonra səhhətində ciddi problemlər yaranıb.(Modern.az)
09 Fevral 2026, 12:46
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir....
09 Fevral 2026, 12:42
Azərbaycanın hərbi məhsulları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və Azərbaycandan olan digər özəl şirkətlərin məhsulları təqdim olunub.Nazirliyin rəhbər heyəti stendlərdə nümayiş olunan müasir silah, texnika, aviasiya və uçuş vasitələrinin nümunələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində ən son yeniliklər ilə tanış olub.Səfər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra...
09 Fevral 2026, 12:40
45 yaşı var, əvvəllər bu vəzifələrdə işləyib - Cabbar Musayev kimdir?
Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin edilib. Muxtar respublika Ali Məclisinin qəraraı ilə bu vəzifəyə Cabbar Musayev gətirilib.CityPost.az yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.Prezident İlham Əliyevin...
09 Fevral 2026, 12:09
DTX bu 9 nəfəri AXTARIR
Dövlət Təhlükəsizlik Xidməti (DTX) müxtəlif ağır cinayətlərdə şübhəli bilinən 9 nəfəri axtarışa verib.Citypost.az xəbər verir ki, bu barədə məlumat DTX-nin rəsmi saytında yerləşdirilib.Məlumata görə, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarışda axtarılan şəxslər aşağıdakılardır:Ukrayna əsilli Andrey Zaborski oğurluq etməkdə şübhəli bilinir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) və 273.4-cü maddələri üzrə axtarışa verilib.Xətai Əliyev də eyni cinayət əməllərinə görə - Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə axtarışdadır.Moldova vətəndaşları Oleq Kazanqiu və İqor Velikoqlo da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə təqsirli bilinirlər.Elçin Camalov Zakir oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4,...
09 Fevral 2026, 11:52