Bizə yazın

Baku

-°C

USD

-

DİN insan alveri ilə bağlı müraciət edib 

Cəmiyyət 09 Fevral 2026, 11:12

210

DİN-in Mətbuat Xidmətindən Citypost.az-aa verilən məlumata görə, müraciətdə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:

"Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;

2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;

3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;

4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.

Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.

İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

45 yaşı var, əvvəllər bu vəzifələrdə işləyib - Cabbar Musayev kimdir? 

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin edilib. Muxtar respublika Ali Məclisinin qəraraı ilə bu vəzifəyə Cabbar Musayev gətirilib.CityPost.az  yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.Prezident İlham Əliyevin...

09 Fevral 2026, 12:09

DTX bu 9 nəfəri AXTARIR 

Dövlət Təhlükəsizlik Xidməti (DTX) müxtəlif ağır cinayətlərdə şübhəli bilinən 9 nəfəri axtarışa verib.Citypost.az xəbər verir ki, bu barədə məlumat DTX-nin rəsmi saytında yerləşdirilib.Məlumata görə, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarışda axtarılan şəxslər aşağıdakılardır:Ukrayna əsilli Andrey Zaborski oğurluq etməkdə şübhəli bilinir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) və 273.4-cü maddələri üzrə axtarışa verilib.Xətai Əliyev də eyni cinayət əməllərinə görə - Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə axtarışdadır.Moldova vətəndaşları Oleq Kazanqiu və İqor Velikoqlo da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə təqsirli bilinirlər.Elçin Camalov Zakir oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4,...

09 Fevral 2026, 11:52

Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmənin növbəti iclasının vaxtı məlum olub.Citypost.az xəbər verir ki, cinayət işi üzrə proses fevralın 10-da davam etdiriləcək.Qeyd edək ki, məhkəmə prosesi dekabrın 30-da qeyri-müəyyən müddətədək təxirə salınıb. Buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsi göstərilib.Beləliklə, Ruben Vardanyanın barəsində...

09 Fevral 2026, 11:51

Naxçıvana yeni Baş nazir TƏYİN OLUNDU 

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.Citypost.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi bununla bağlı qərar qəbul edib.Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.

09 Fevral 2026, 11:36

Azər Həsrəti HƏDƏLƏDİLƏR

Azər Həsrəti rus sektoru və İranla bağlı çıxışlarına görə təhdid edildiyini açıqlayıbCitypost.az xəbər verir ki, əməkdar jurnalist Azər Həsrəti rus sektoru və İranla bağlı səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə təhdid və tənqidlərlə üzləşdiyini bildirib.Jurnalist şəxsi sosial şəbəkə hesabında ona ünvanlanan mesajların skrinşotlarını paylaşaraq, qarşılaşdığı təzyiqləri ictimailəşdirib.Əli

09 Fevral 2026, 11:13

Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə tətbiq edilib 

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib.Citypost.az xəbər verir ki, bu barədə APA-nın soğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.Məlumata görə, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabrdan 8 fevraladək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15.119 şəxs barəsində tətbiq olunub.Amnistiya tətbiq olunan şəxslərin 5.148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8.914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1.045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət...

09 Fevral 2026, 10:42