Bizə yazın

Baku

-°C

USD

-

“Heydər Əliyev irsinin tarixi və gələcək izləri” mövzusunda layihə keçirildi

Cəmiyyət 10 Fevral 2026, 13:49

348

5 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Türk Ağsaqqalları İctimai Birliyinin tərəfdaşlığı ilə TAİB-in mərkəzi ofisində, TAİB GT-ın sədr müavini Müşfiq Nəsirli Mikayıl oğlunun “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” adlı tədbiri keçirilmişdir.

Citypost.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun  əməkdaşı Bənövşə Qasımova, Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyinin sədr müavini Eyvaz Hümbətov, TAİB-in Qadınlar şurasının sədri Güllü Yoloğlu və təşkilatın idarə heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Şöhrət ordenli, Əmək ordenli – Niyaməddin Musayev, Əməkdar Jurnalist,Pedaqoq, “Azad Azərbaycan” teleradio şirkətinin bədii şura sədri, Professor – Etibar Babayev, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı – Rafiq Bağırov, Tanınmış yazıçı, Koreya Şərq Təbabati Klinikasının baş həkimi, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai birliyinin sədri – Zərifə Quliyeva, Biologiya Elmləri üzrə fəlsəfə doktoru, rəssam – Nigar Bağırova, AYNA –nin əməkdaşı, AZTU-nun müəllimi – Xəqani Tağıyev, TAİB-in üzvü, Elmlər doktoru – Dilqəm Quliyev və Professor – İbadulla Ağayev çıxış etdi.

Tədbirdə Azərbaycan Xalqının Xilaskarı Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Video-çarx nümayiş olunub. Gənc ifaçı İsmayıl Məmmədovun ifasında “Heydər xalqım deyəcək” və “Küçələrə su səpmişəm” mahnısını ifa etdi. Sənətkar Xəyyam Səmədovun əl işi olan, sapla toxuduğu Heydər Əliyevin portreti nümayiş olundu. Bununla yanaşı rəssam Səadət Abdullayevanın rəsm təqdimatı və Gənc rəssam İsmayıl Hacıyevin rəsm sərgisi keçirildi. Daha sonra çıxış edən rəsmi nümayəndələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı danışıb öz xatirələrini bölüşdülər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE  

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.Citypost.az yeni sədrin dosyesini təqdim edir:Azər İsmayıl oğlu Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının...

10 Fevral 2026, 14:39

İlham Əliyev Statistika Komitəsinə yeni sədr təyin etdi 

Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

10 Fevral 2026, 14:06

Prokurorlara yeni səlahiyyət verilir 

Prokurorlara yeni səlahiyyət verilir.Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (APA)

10 Fevral 2026, 13:42

Leyla Əliyeva “Yüksələn işıq” sərgisini ziyarət edib 

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb.APA xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib.Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib.Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları...

10 Fevral 2026, 12:47

Qar yağacaq, yollar buz bağlayacaq 

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə...

10 Fevral 2026, 12:34

Ruben Vardanyanın məhkəməsi davam etdirilir 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilir.Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, dövlət ittihamı tərəfindən təqdim edilmiş, ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri - Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya...

10 Fevral 2026, 12:00