Sağlam, Bütöv Azərbaycan cəmiyyətinin arzusu ilə - Sayman Aruz yazır
Cəmiyyət 13 Fevral 2026, 14:44
7247
Sayman Aruz
Cəmiyyətin sağlamlığı yalnız iqtisadi-sosial göstəricilərlə ölçülmür. Güclü iqtisadiyyat zəif düşüncəli, kimliyini itirmiş, ideoloji boşluqda yaşayan cəmiyyəti xilas edə bilməz. Tarix göstərir ki, süqut edən dövlətlərin əksəriyyəti əvvəlcə ideoloji və mədəni baxımdan zəifləyib. Bu baxımdan bu gün müstəqil Azərbaycanın qarşısında duran əsas məsələ təkcə iqtisadi-siyasi zəmində inkişaf etmək deyil eyni zamanda necə və hansı düşüncə üzərində inkişaf etməkdir.
Müasir dünyada azadlıq anlayışı tez-tez dövlətə qarşı qoyulur. Halbuki sağlam cəmiyyətdə azadlıq dövlətə qarşı yox, dövlətin içində və onunla birlikdə mövcud olur. Azad fərd-məsuliyyətli fərddir. Dövlət isə yalnız qanunlar sistemi deyil, millətin özünü qoruma mexanizmidir. Bəzi cəmiyyətlərin əsas problemi azadlığı bəzən nizamsızlıqla, dövlətə bağlılığı isə itaətkarlıqla qarışdırmasıdır.
Halbuki milli dövlətçilik ənənəsi olan xalqlarda, o cümlədən Azərbaycanda fərd dövlətini öz iradəsinin davamı kimi görür. Bu baxımdan təhsil sistemi həlledici rol oynayır. Məktəb və universitetlər yalnız diplom verən müəssisələr yox, milli düşüncə laboratoriyaları olmalıdır. Tarixi bilən, siyasi prosesləri anlayan, dövlət marağını qlobal proseslər içində oxuya bilən gənclik olmadan nə azad cəmiyyət, nə də güclü dövlət mümkündür.
Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan cəmiyyətində əsas təhlükələrdən biri ideoloji boşluqdur. Bu boşluq bəzən müəyyən məhdud kəsimdə dini radikalizm, bəzən yad ideologiyalara kor-koranə heyranlıq, bəzən də laqeydlik şəklində özünü göstərir. Təhsilin funksiyası yalnız bilik ötürmək deyil, şəxsiyyət və mövqe formalaşdırmaqdır. Gənc bilməlidir ki, o kimdir, hansı tarixdən gəlir və hansı məsuliyyəti daşıyır.
Burada ədəbiyyatın və humanitar elmlərin rolu xüsusi qeyd olunmalıdır. Texniki inkişaf vacibdir, amma ruhu olmayan texnologiya milləti yox, bazarı böyüdür. Azərbaycan ədəbiyyatı, fəlsəfəsi, tarixşünaslığı yeni dövrün çağırışlarına cavab verən dildə yenidən oxunmalı və cəmiyyətə təqdim olunmalıdır.
Həmçinin oxuyun
Ədəbiyyat isə cəmiyyətin daxili səsidir. Yazıçı, şair, sənət adamı cəmiyyətin önündə gedən təbliğatçı yox, arxasında duran vicdan olmalıdır. Mədəniyyət dövlətlə müxalifət arasında sıxışıb qalmamalı, milli marağın intellektual ifadəsinə çevrilməlidir. Dövlət mədəniyyəti idarə etməməli, onu qorumalı və inkişaf üçün şərait yaratmalıdır.Bu gün Azərbaycan ədəbiyyatında əsas problemlərdən biri ideyanın parçalanmasıdır: bir tərəfdə kökünü inkar edən kosmopolit yanaşma, digər tərəfdə isə yalnız keçmişə qapanan romantik millətçilik. Sağlam ədəbiyyat isə bu iki ifrat arasında tarazlıq yaradan ədəbiyyatdır..
Kök yalnız tarix dərsliyində müzakirə edəcəyimiz mövzu deyil. Kök-dil, mədəniyyət, coğrafiya və ortaq taledir. Hamımızın inandığımız Azərbaycançılıq ideyası bu baxımdan parçalanmış şüurlar əhatəsində istədiyimiz formada yaşaya və inkişaf edə bilməz. Dünya azərbaycanlılarının həmrəyliyi və Cənubi Azərbaycan məsələsi emosional şüar yox, strateji düşüncə mövzusudur.
Cənubi Azərbaycan problemi yalnız siyasi yox, mədəni, ədəbi və ideoloji problemdir. Dilin qorunması, ədəbiyyatın yaşadılması, tarixi yaddaşın ötürülməsi bütöv Azərbaycan düşüncəsinin əsas sütunlarıdır. Ona görə də Azərbaycan Respublikası bu məsələdə passiv müşahidəçi yox, ideoloji mərkəz rolunu oynamalıdır...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir nəğmə oxuyum, sən də qulaq as
Bir nəğmə oxuyum, sən də qulaq as. Ötən günlərimdən xatirə olsun. Sənə də tanışdı, sənə də doğma,O ürkək baxışlar, o titrək səslər. O qədər yaxınkən uzaqda qaldı,Nə qədər arzular, necə xəyallar. Bu qədər doğmaykən, yad kimi qaldı,Ülvi məhəbbətdə pünhan sevgilər. Nə sən xoşbəxt oldun, nədəki mən,Qovuşa bilmədik, hansı səbəbdən?Azıb eşqin yolun divanə qaldıq.Axtara-axtara bir-birimizi. Ramidə Yaqubqızı.
23 Oktyabr 2026, 00:02
Şura: Hicabla bağlı saxta məlumatlarla ictimai rəy manipulyasiya edilir
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür."Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media...
22 Oktyabr 2026, 22:58
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.
22 Oktyabr 2026, 22:15
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu
Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib.O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub.“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında...
22 Oktyabr 2026, 21:38
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
"Naxçıvan Aqroservis"in sədri həbs edilib.Citypost.az xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb....
22 Oktyabr 2026, 21:07
Autizmli uşağı vuran müəllim üzr istədi
“Brain Academy”nin Bakıxanov filialında ikiyaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq edən müəllim üzr istəyib.Citypost.az xəbər verir ki, bu barədə “Brain Academy”nin səhifəsində paylaşım edilib.“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə o qeyd edib....
22 Oktyabr 2026, 19:56