Yaponiya XİN: Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşıdır
Siyasət 22 Oktyabr 2026, 10:35
630
Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.
"Report" Yaponiyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yasutaka Nakasone Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbovla görüşündə bildirib.
Nazir müavini bu ilin iyun ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfərini xatırladaraq, həmin səfər zamanı razılaşdırılmış Yaponiya ilə Azərbaycan arasında investisiya sazişinin ən qısa zamanda imzalanması üçün əməkdaşlıq etmək istəyini ifadə edib.
Həmçinin oxuyun
Azərbaycanlı diplomat öz növbəsində Y.Nakasoneni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə tərəflər həmçinin regional vəziyyət və beynəlxalq arenada əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəzər İbrahim ABŞ-də enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə çıxış edib
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən bildirilib.Məlumata görə, Oyl Siti şəhərində tarixi "Milli Tranzit Binası"nda ("National Transit Building") Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın "Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi" kitabının təqdimatı və bu mövzuda şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüşü baş tutub.Sonra "Milli Tranzit Binası"nın yanında yerləşən "Boru Kəməri Keçidi"ndə ("Pipeline Alley") Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə qəbul təşkil olunub.Qəbul çərçivəsində Azərbaycan şərabları və şirniyyatları qonaqlara təqdim edilib.Qəbulun ardınca "Milli Tranzit Binası"nın sərgi zalında Azərbaycanın əməkdar rəssamı İrina Eldarovanın 2024-cü...
22 Oktyabr 2026, 09:35
Tural İrfan: “Türkiyə ilə münasibətlərin nizamını qorumaq vacibdir”
Pakistan və İraqın İranla sərhədlərini bağlaması barədə yayılan məlumatlar regionda gərginliyin artdığını göstərir.Citypost.az Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı-politoloq Tural İrfan sosial şəbəkə hesabında bu proseslərin mümkün nəticələrinə toxunub.T.İrfan yazıb ki, sərhədlərin bağlanması ilə bağlı məlumatlar ABŞ və İsrailin konkret addımlara qərar verdiyini göstərə bilər: "Pakistan və İraqın İranla sərhədlərini bağlaması haqda məlumatlar var. Bu və digər proseslər ABŞ və İsrailin konkret addımlara qərar verdiyi anlamına gəlir. İran ətrafında çəmbər daralır".Politoloq bu şəraitdə Türkiyə ilə münasibətlərin qorunmasının önəmini vurğulayıb: "Mümkün olduğu qədər Türkiyə ilə münasibətlərin nizamının qorunması vacibdir"....
22 Oktyabr 2026, 08:43
Elxan Şükürlü: "Qardaş ölkələr arasında nifaq salmaq istəyənlərə fürsət vermək olmaz"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq onu Ankaraya dəvət etməsi ictimai-siyasi dairələrdə geniş əks-səda doğurub.Citypost.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şükürlü sosial şəbəkə hesabında bu addımı gərginliyin qarşısını almaq baxımından əhəmiyyətli sayıb.E.Şükürlü yazıb ki, atılan addım fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq: "Fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq ilk böyük addım atıldı: Türkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng vurdu, onu Ankaraya dəvət etdi!"Politoloq qardaş ölkələr arasında nifaq salınmasına ümid bəsləyənlərə fürsət verilməməsinin vacibliyini vurğulayıb: "Ümmətin parçalanacağına, qardaş ölkələr arasında nifaq salınacağına ümid bəsləyənlərə və bunun üçün son günlər...
22 Oktyabr 2026, 08:40
Aygün Muradxanlı: "31 nəfərin Azərbaycana girişinə qadağanı Türkiyədəki dostlarım dəstəklədi"
Azərbaycana 31 Türkiyə vətəndaşının girişinə qadağa qoyulması mövzusu ictimai müzakirələrdə diqqət mərkəzindədir.Citypost.az xəbər verir ki, məsələyə münasibət bildirən jurnalist Aygün Muradxanlı sosial şəbəkə hesabında bu barədə Türkiyədəki tanışlarının fikirlərini bölüşüb.A.Muradxanlı yazıb ki, qadağa ilə bağlı Türkiyədəki dostlarından bəziləri ilə danışıb və onlar qərarı müsbət qarşılayıblar: "31 Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı Türkiyədəki dostlardan kiminlə danışdım, dedilər, İlham Əliyevin əllərinə sağlıq, 31-i də türk, Türkiyə düşmənləridir. Onları elə Türkiyədən də çıxarmaq lazımdır"....
22 Oktyabr 2026, 08:34
İlqar Muxtarov Portuqaliyanın iqtisadiyyat üzrə dövlət katibi ilə görüşüb
Azərbaycanla Portuqaliya arasında investisiya imkanları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov "X" sosial şəbəkə hesabında yazıb.Müzakirələr İ. Muxtarovla Portuqaliyanın iqtisadiyyat üzrə dövlət katibi Rui Ferreyra arasında aparılıb:"Portuqaliya Respublikasının İqtisadiyyat üzrə Dövlət Katibinə səmimi qəbula görə təşəkkür edirəm. Biz ticarət missiyalarının qarşıdan gələn səfərlərini və ikitərəfli investisiya imkanlarını müzakirə etdik. Həmçinin ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi zərurətini bir daha təsdiqlədik"....
22 Oktyabr 2026, 08:24
Politoloq Əliyev-Ərdoğan danışığına münasibət bildirdi: "Süni böhran geridə qaldı"
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, Politoloq Oqtay Qasımov ötən gün baş tutan danışıqla bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb. O yazıb ki, Azərbaycan və Türkiyə münasibətlərini pozmaq istəyənlərin arzuları gözündə qalıb: "İki ölkə prezidentlərinin telefon danışığı gerçəkləşdi və süni böhran geridə qaldı".Turan
22 Oktyabr 2026, 08:16