Bizə yazın

Baku

-°C

USD

-

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Cəmiyyət 22 Oktyabr 2026, 21:38

476

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.

Citypost.az  Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib.

O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub.

“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.

Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.

Qeyd edək ki, sürücülərin əsas xidməti vəzifəsi sərnişinlərin müəyyən edilmiş marşrut üzrə başlanğıc məntəqədən təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etməkdir. Yalnız sürücünün səhhətində yaranan və nəqliyyat vasitəsini idarə etməsinə mane olan hallar, eləcə də avtobusda hərəkətin davam etdirilməsinə imkan verməyən texniki nasazlıqlar istisna olmaqla, digər səbəblərlə sərnişindaşıma fəaliyyətinin dayandırılması və sürücünün xidməti vəzifələrinin icrasından imtina etməsi yolverilməzdir. Qeyd olunan hallar baş verdikdə isə sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verməli və müvafiq təlimatlara uyğun hərəkət etməlidir.

“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”, - açıqlamada bildirilib.

Məlumata görə, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.

22 Oktyabr 2026, 22:15

"Naxçıvan Aqroservis"in sədri həbs edilib 

"Naxçıvan Aqroservis"in sədri həbs edilib.Citypost.az  xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb....

22 Oktyabr 2026, 21:07

Autizmli uşağı vuran müəllim üzr istədi 

“Brain Academy”nin Bakıxanov filialında ikiyaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq edən müəllim üzr istəyib.Citypost.az xəbər verir ki, bu barədə “Brain Academy”nin səhifəsində paylaşım edilib.“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə o qeyd edib....

22 Oktyabr 2026, 19:56

Eskalatorda yıxılanların sayı açıqlandı

"Cari ilin yanvar-sentyabr ayları üzrə metroda eskalator və travolatorların dayanmaları ilə bağlı ümumilikdə 2 101 hal qeydə alınıb".Citypost.az  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib."Bu hallardan 101-i sərnişinlərin birbaşa səbəbsiz müdaxiləsi, 57-si sərnişinlərin xəsarətli, 629-u isə xəsarətsiz yıxılması ilə əlaqədar baş verib".Açıqlamada qeyd olunub ki, "stop" açarının mühafizə örtüyü ilə təmin edilməsi eskalatorların sərnişinlər tərəfindən dayandırılması hallarının 7 dəfə azalmasına səbəb olub."Belə ki, eskalatorun zərurət olmadan dayandırılması 2025-ci ilin 9 ayı ərzində 726 hadisə baş veribsə, 2026-cı ilin eyni dövründə 101 hal qeydə alınıb. Ümumən 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi dayanmaların...

22 Oktyabr 2026, 19:28

Ayxan Hacızadə Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb

Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Milli Müdafiə Universitetinin "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Bildirilib ki, görüşdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.Daha sonra kurs iştirakçılarına XİN-in iş prosesi barədə məlumat verilib.Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir....

22 Oktyabr 2026, 19:20

Sahil qəsəbəsində 149, 149E və 164 nömrəli avtobusların marşrutu dəyişəcək

Oktyabrın 23-dən Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Məlumata görə, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

22 Oktyabr 2026, 18:08