DİM sədri: Gənclərin yalnız 3,2%-i ixtisası şəxsi maraqlarına görə seçib
Cəmiyyət 22 Oktyabr 2026, 16:57
646
"Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil".
Citypost.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzinin psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlıdır:
"Sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb.
41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub. Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır. Amma araşdırmada daha bir maraqlı məqam var.
İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər. Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?"
Həmçinin oxuyun
Məleykə Abbaszadə qeyd edib ki, valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir:
"Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir. Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir. Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir. Məncə, biz gənclərdən “Neçə bal toplamısan?” və “Hansı ixtisasa qəbul olacaqsan?” suallarını soruşduğumuz qədər, “Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?” sualını da soruşmalıyıq. Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş Prokurorluq və DİN-dən 25 il əvvəlki qətllə bağlı birgə məlumat
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.Həyat keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində...
22 Oktyabr 2026, 17:32
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti çərçivəsində “Uşağın gözü ilə dünya” sərgisi təşkil edilib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.Qeyd edək ki, sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr olunub.Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin olunması istiqamətində görülən...
22 Oktyabr 2026, 17:31
TƏBİB: Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənmə başlayıb
"Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir".Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.Bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara – 6 aydan yuxarı uşaqlara,...
22 Oktyabr 2026, 17:08
Taleh Qaraşov Boladı kəndində sakinləri qəbul edib
Lənkəran ŞİH başçısı Boladı kəndində sakinlərlə səyyar qəbul keçiribCitypost.az xəbər verir ki, Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Boladı kəndində keçirib. Tədbirdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.Görüşdə çıxış edən Taleh Qaraşov səyyar qəbulların vətəndaş məmnunluğuna xidmət etdiyini vurğulayıb,regionların sosial-iqtisadi inkişafı çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq kənddə aqrar sahənin inkişafı,suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib.İcra başçısı "Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi"nə uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində xidmətlərin elektronlaşdırıldığını qeyd edib. Onun sözləribə görə, sakinlərin dövlət xidmətlərinə...
22 Oktyabr 2026, 17:00
Məhkəmə Kamran Əsədova xəbərdarlıq edib
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Citypost.az-a bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxsin vəkili iştirak etməyib.Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, müdafiəçiləri növbəti prosesdə iştirak etməyəcəyi təqdirdə onlar dövlət hesabına vəkillə təmin ediləcəklər.Məhkəmənin növbəti iclası 30 oktyabra təyin edilib.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında...
22 Oktyabr 2026, 16:21
Su təchizatı sahəsində yeni təyinat olub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.İri Şəhərlərin Su Təchizatı QSC-nin Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.Mərdanov Arif Fərman oğlu 24.04.1970-ci ildə...
22 Oktyabr 2026, 15:20