Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmə Kamran Əsədova xəbərdarlıq edib 

Cəmiyyət 22 Oktyabr 2026, 16:21

708

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Citypost.az-a bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxsin vəkili iştirak etməyib.

Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, müdafiəçiləri növbəti prosesdə iştirak etməyəcəyi təqdirdə onlar dövlət hesabına vəkillə təmin ediləcəklər.

Məhkəmənin növbəti iclası 30 oktyabra təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TƏBİB: Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənmə başlayıb

"Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir".Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.Bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara – 6 aydan yuxarı uşaqlara,...

22 Oktyabr 2026, 17:08

Taleh Qaraşov Boladı kəndində sakinləri qəbul edib

Lənkəran ŞİH başçısı Boladı kəndində sakinlərlə səyyar qəbul keçiribCitypost.az xəbər verir ki, Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Boladı kəndində keçirib. Tədbirdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.Görüşdə çıxış edən Taleh Qaraşov səyyar qəbulların vətəndaş məmnunluğuna xidmət etdiyini vurğulayıb,regionların sosial-iqtisadi inkişafı çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq kənddə aqrar sahənin inkişafı,suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib.İcra başçısı "Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma  üzrə Yol Xəritəsi"nə uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində xidmətlərin  elektronlaşdırıldığını qeyd edib. Onun sözləribə görə, sakinlərin dövlət xidmətlərinə...

22 Oktyabr 2026, 17:00

DİM sədri: Gənclərin yalnız 3,2%-i ixtisası şəxsi maraqlarına görə seçib

"Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil".Citypost.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.O bildirib ki, Dövlət İmtahan Mərkəzinin psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlıdır:"Sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb.41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4...

22 Oktyabr 2026, 16:57

Su təchizatı sahəsində yeni təyinat olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.İri Şəhərlərin Su Təchizatı QSC-nin Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.Mərdanov Arif Fərman oğlu 24.04.1970-ci ildə...

22 Oktyabr 2026, 15:20

Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək 

Hindistan Respublikasının xarici işlər naziri Subramanyam Caişankar sabah Azərbaycana səfər edəcək.Citypost.az xəbər verir ki, səfər çərçivəsində Hindistan xarici işlər nazirinin bir sıra dövlət rəsmiləri ilə görüşləri gözlənilir.

22 Oktyabr 2026, 15:14

Fəhləni öldürüblər? -Qardaşından ŞOK İDDİA +VİDEO

"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov 2024-cü ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir.O, bu barədə CityPost.az -a şikayətində bildirib.Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri...

22 Oktyabr 2026, 15:03