İşçiləri uzun saatlar işlədən market rəhbərlərini hansı cəza gözləyir?
Hüquq 22 Oktyabr 2026, 10:40
664
Son illər xidmət və ticarət sahəsində çalışan işçilərin uzun iş saatları ilə bağlı şikayətləri artmaqdadır. Xüsusilə market və mağaza kimi sahələrdə işçilərin gündə 10-13 saat işləməyə məcbur edilməsi, istirahət və dincəlmə hüququnun pozulması hallarına rast gəlinir. Çox vaxt işçilər işini itirmək qorxusundan susur, hüquqlarını bilmədikləri üçün isə bu vəziyyətə dözməyə məcbur qalırlar. Halbuki qanunvericilikdə iş vaxtının müddəti aydın şəkildə müəyyən olunub və bu qaydaların pozulması işəgötürən üçün məsuliyyət yaradır.
Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. Müraciət edən vətəndaşlardan birinin markette hər gün 10-13 saat işlədildiyini və müdirin onu buna məcbur etdiyini bildirdiyi hal barədə danışan vəkil işçilərin hansı addımları ata biləcəyini izah edib.
R.Süleymanov bildirib ki, ilk addım olaraq birbaşa müdiriyyətə müraciət edilməlidir. Onun sözlərinə görə, işçi müdirə bildirməlidir ki, belə bir vəziyyət qanunvericiliyə uyğun deyil və mümkün olmamalıdır. Vəkil vurğulayıb ki, Azərbaycan qanunvericiliyində həftəlik iş saatı normaları müəyyən edilib. Eyni zamanda, Nazirlər Kabineti tərəfindən illik iş saatlarının norması da təsbit olunub. Bu normalar işçinin həm sağlamlığının qorunması, həm də istirahət hüququnun təmin edilməsi məqsədi daşıyır.
Vəkilin sözlərinə görə, bir çox hallarda işəgötürən və ya müdir işçilərin hüquqi məlumatsızlığından istifadə edir. Buna görə də işçi öz hüquqlarını bildiyini nümayiş etdirdikdə, problemin danışıqlar yolu ilə həll olunması ehtimalı artır. İşçi qanunvericiliyin tələblərini xatırlatmaqla müdiri iş rejimini qanuni çərçivəyə salmağa yönləndirə bilər.
R.Süleymanov əlavə edib ki, əgər müdirə müraciətdən sonra vəziyyət düzəlmirsə, işçi Dövlət Əmək Müfəttişliyinə şikayətlə müraciət edə bilər. Dövlət Əmək Müfəttişliyi əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edən orqandır və işçilərin hüquqlarının pozulması ilə bağlı şikayətləri araşdırmaq səlahiyyətinə malikdir. Müraciət nəticəsində pozuntu təsdiqlənərsə, müvafiq tədbirlər görülür.
Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə işəgötürən barəsində inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilər. Onun sözlərinə görə, bu, işəgötürənlər üçün ciddi xəbərdarlıqdır və iş vaxtı normalarına riayət etməyin vacibliyini göstərir.
R.Süleymanov işçilərə tövsiyə edib ki, iş vaxtının uzadılması hallarını sənədləşdirsinlər. Onun fikrincə, faktiki işlənmiş saatların qeydə alınması, işə gəliş-gediş vaxtlarının qeyd olunması və mümkün olduqda yazılı müraciətin edilməsi sonradan hüquqların müdafiəsi zamanı mühüm sübut rolunu oynaya bilər.
Vəkil vurğulayıb ki, hər bir işçi qanunla müəyyən olunmuş iş vaxtı, istirahət günləri və əlavə iş saatlarına görə əlavə ödəniş hüququna malikdir. O, vətəndaşları hüquqlarını öyrənməyə və pozuntu hallarında qorxmadan səlahiyyətli orqanlara müraciət etməyə çağırıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40
Ata vəfat etdikdən sonra evdə yaşayan vərəsəni çıxarmaq mümkündürmü? Vəkil AÇIQLADI
Vərəsəlik hüququ ilə bağlı mübahisələr ailə üzvləri arasında tez-tez qarşıdurmalara səbəb olur. Xüsusilə ata vəfat etdikdən sonra onun yaşadığı evin kimə qalması, həmin evdə yaşayan övladın orada qalmaq hüququnun olub-olmaması və digər vərəsələrin onu evdən çıxara bilib-bilməməsi ilə bağlı suallar yaranır. Bəzi hallarda ailə üzvləri uzun illər həmin evdə yaşamağı və ya evin ailənin müəyyən bir üzvünə aid olduğunu əsas gətirərək mübahisə edirlər. Lakin bu məsələlər yalnız ailədaxili razılaşmalar və adət-ənənələr əsasında deyil, qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməlidir.Vəkil Vamiq Şükürov Citypost.az saytına açıqlamasında ata vəfat etdikdən sonra onun evində yaşayan şəxsin digər vərəsələr tərəfindən evdən çıxarılması məsələsinə aydınlıq gətirib....
21 Oktyabr 2026, 10:30
Babanın nəvəsinə bağışladığı evi geri almaq mümkündürmü? – Vəkildən açıqlama
Daşınmaz əmlakın bağışlanması ilə bağlı məsələlər, xüsusilə ailə üzvləri arasında bağlanan müqavilələr sonradan müəyyən mübahisələrə səbəb ola bilir. Bəzən baba öz evini nəvəsinə bağışlayır, müqavilə notarial qaydada təsdiqlənir və müvafiq prosedurlar həyata keçirilir. Lakin müəyyən müddət keçdikdən sonra baba qərarını dəyişə, evini geri qaytarmaq istəyə və ya müqavilənin bağlanması zamanı aldadıldığını iddia edə bilər. Belə vəziyyətdə bağışlama müqaviləsinin ləğv edilməsinin mümkün olub-olmaması, notariusun bu prosesdə hansı səlahiyyətlərə malik olması və məhkəməyə hansı hallarda müraciət edilə biləcəyi sualları yaranır.Vəkil Aytən Abbasova Citypost.az-a açıqlamasında babanın öz evini nəvəsinə bağışlaması və sonradan həmin əmlakı geri qaytarmaq istəməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Onun...
21 Oktyabr 2026, 09:30
Boşanma zamanı kredit borcu necə bölünür? – Vəkildən açıqlama
Nikah dövründə götürülən kreditlərin boşanma zamanı kim tərəfindən ödənilməsi məsələsi ailələr arasında tez-tez mübahisələrə səbəb olur. Bəzi hallarda həyat yoldaşlarından biri kreditin ailənin ümumi ehtiyacları üçün götürüldüyünü əsas gətirərək borcun digər tərəflə birlikdə ödənilməsini tələb edir. Digər hallarda isə kredit ailənin deyil, yalnız tərəflərdən birinin şəxsi ehtiyaclarının qarşılanmasına sərf olunur. Belə vəziyyətlərdə borcun kimin üzərinə düşməsi kreditin hansı məqsədlə götürülməsindən və vəsaitin faktiki olaraq nəyə xərclənməsindən asılıdır.Vəkil Esmira Rzayeva Citypost.az-a açıqlamasında nikah dövründə götürülən kreditlərin ödənilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, kreditin nikah müddətində rəsmiləşdirilməsi özlüyündə həmin borcun avtomatik olaraq ər-arvadın ümumi öhdəliyi hesab edilməsi demək deyil....
21 Oktyabr 2026, 08:30
Ev almaq üçün maklerə verilən pulu geri qaytarmaq mümkündürmü? – Vəkildən açıqlama
Ev almaq istəyən vətəndaşların qarşılaşdıqları problemlərdən biri də mənzil üçün əvvəlcədən ödənilən pulun geri qaytarılması ilə bağlıdır. Bəzən alıcı mənzili almaq niyyəti ilə maklerə müəyyən məbləğdə pul verir, lakin sonradan alqı-satqı baş tutmur. Belə vəziyyətdə vasitəçi pulu qaytarmaqdan imtina etdikdə vətəndaşın hansı hüquqlara malik olduğu, ödənilən məbləği hansı qaydada geri ala biləcəyi və məsələnin məhkəmə yolu ilə həllinin mümkünlüyü sual doğurur.Xüsusilə pulun birbaşa mənzilin sahibinə deyil, vasitəçiyə verilməsi hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki bu zaman ödənişin hansı məqsədlə edildiyi, maklerin həmin pulu qəbul etmək səlahiyyətinin olub-olmadığı, tərəflər arasında hansı razılaşmanın mövcudluğu və ödənişin sənədlərlə təsdiqlənib-təsdiqlənməməsi araşdırılmalıdır.Mövzu ilə bağlı vəkil...
20 Oktyabr 2026, 11:00
Qayınananın adına olan ev boşanma zamanı bölünə bilərmi? – Vəkildən açıqlama
Ailə münasibətlərində əmlak bölgüsü ilə bağlı mübahisələr boşanma prosesində ən çox qarşılaşılan məsələlərdən biridir. Xüsusilə evin ər-arvaddan birinin deyil, valideynlərindən birinin adına rəsmiləşdirildiyi hallarda əmlakın kimə məxsus olması və boşanma zamanı digər tərəfin həmin mənzildən pay tələb edib-etməyəcəyi sual doğurur. Bəzən ailə üzvləri arasında evin istifadəsi, orada yaşamaq və ya mənzilin əldə olunmasında iştirakla bağlı fərqli fikirlər yaranır. Lakin belə hallarda əsas meyar əmlakın kimə məxsus olması, hansı əsasla əldə edilməsi və mülkiyyət hüququnun hansı qaydada rəsmiləşdirilməsidir.Mövzu ilə bağlı vəkil Rəşad Əliyev Citypost.az saytına açıqlamasında bildirib ki, əgər mənzil qayınananın adına rəsmiləşdirilibsə və əmlak ona bağışlama yolu ilə keçibsə, kürəkənin...
20 Oktyabr 2026, 10:00