Su təchizatı sahəsində yeni təyinat olub
Cəmiyyət 22 Oktyabr 2026, 15:20
607
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
İri Şəhərlərin Su Təchizatı QSC-nin Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.
İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.
Həmçinin oxuyun
Mərdanov Arif Fərman oğlu 24.04.1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. "SOCAR"-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Hindistan Respublikasının xarici işlər naziri Subramanyam Caişankar sabah Azərbaycana səfər edəcək.Citypost.az xəbər verir ki, səfər çərçivəsində Hindistan xarici işlər nazirinin bir sıra dövlət rəsmiləri ilə görüşləri gözlənilir.
22 Oktyabr 2026, 15:14
Fəhləni öldürüblər? -Qardaşından ŞOK İDDİA +VİDEO
"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov 2024-cü ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir.O, bu barədə CityPost.az -a şikayətində bildirib.Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri...
22 Oktyabr 2026, 15:03
“Bakı Metropoliteni”nə yeni müavin təyin edilib
“Bakı Metropoliteni” QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident Sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. Bu təyinata qədər Z. Nağıyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyəti sədrinin müavini olub.
22 Oktyabr 2026, 14:14
Paşinyan Ermənistana keçmiş çobanı Azərbaycana qaytaracaqlarını deyib
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib.“Armenpress” xəbər verir ki, Baş nazirin sözlərinə görə, İrəvan Ermənistana keçmiş çobanı Azərbaycana qaytaracaq.Paşinyan hadisə ilə bağlı açıqlamasında hərbçilərin həmin şəxsi aşkar etdikdən sonra müvafiq quruma təhvil verdiklərini deyib.“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki...” - Paşinyan bildirib.Ermənistanın Baş naziri əlavə edib ki, dünyada keçilməsi mümkün olmayan sərhəd yoxdur.“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud...
22 Oktyabr 2026, 14:08
Sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək
Sovet dövründən qalma tikinti materialları dekarbonizasiya üçün yüksək enerji səmərəli izolyasiya ilə əvəzlənəcək.Citypost.az xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.Qeyd edilib ki, izolyasiya istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksək performanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksək performanslı izolyasiya materiallarının quraşdırılması ilə nail...
22 Oktyabr 2026, 13:33
Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı gənc futbolçulara uğurlar arzulayıb
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.Citypost.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edib.O, Azərbaycanın Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalına hazır olduğunu bildirib:"Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın. Bəlkə də gələcəyin futbol ulduzları...
22 Oktyabr 2026, 13:22