Paşinyan Ermənistana keçmiş çobanı Azərbaycana qaytaracaqlarını deyib
Cəmiyyət 22 Oktyabr 2026, 14:08
547
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib.
“Armenpress” xəbər verir ki, Baş nazirin sözlərinə görə, İrəvan Ermənistana keçmiş çobanı Azərbaycana qaytaracaq.
Paşinyan hadisə ilə bağlı açıqlamasında hərbçilərin həmin şəxsi aşkar etdikdən sonra müvafiq quruma təhvil verdiklərini deyib.
“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki...” - Paşinyan bildirib.
Həmçinin oxuyun
Ermənistanın Baş naziri əlavə edib ki, dünyada keçilməsi mümkün olmayan sərhəd yoxdur.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud olmayıb”, – o qeyd edib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı məlumata görə, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı aşkarlanıb. Qurumun məlumatında bildirilib ki, 1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlama tədbirləri nəticəsində onun yolu azdığı üçün Ermənistan ərazisinə düşdüyü müəyyən edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fəhləni öldürüblər? -Qardaşından ŞOK İDDİA +VİDEO
"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov 2024-cü ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir.O, bu barədə CityPost.az -a şikayətində bildirib.Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri...
22 Oktyabr 2026, 15:03
“Bakı Metropoliteni”nə yeni müavin təyin edilib
“Bakı Metropoliteni” QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident Sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. Bu təyinata qədər Z. Nağıyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyəti sədrinin müavini olub.
22 Oktyabr 2026, 14:14
Sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək
Sovet dövründən qalma tikinti materialları dekarbonizasiya üçün yüksək enerji səmərəli izolyasiya ilə əvəzlənəcək.Citypost.az xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.Qeyd edilib ki, izolyasiya istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksək performanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksək performanslı izolyasiya materiallarının quraşdırılması ilə nail...
22 Oktyabr 2026, 13:33
Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı gənc futbolçulara uğurlar arzulayıb
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.Citypost.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edib.O, Azərbaycanın Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalına hazır olduğunu bildirib:"Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın. Bəlkə də gələcəyin futbol ulduzları...
22 Oktyabr 2026, 13:22
Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək
Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Baş Prokurorluğun Almaniyanın Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.Həmin şəxs barəsində cinayət təqibinin həyata...
22 Oktyabr 2026, 12:57
Sabah rayonlarda güclü yağış, dolu və dağlarda qar ehtimalı var
Oktyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman...
22 Oktyabr 2026, 12:35