Dünyada aclıq çəkən insanların sayı 673 milyona çatacaq
Dünya 13 Aprel 2026, 15:52
463
Dünyada ac insanları sayı 45 milyon artaraq 673 milyona çata bilər.
Citypost.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Maslennikov bildirib.
Həmçinin oxuyun
“Yaxın Şərqdə münaqişə inkişaf etdikcə, xarici qüvvələrin Rusiyanın ərzaq təhlükəsizliyini süni şəkildə pozmaq cəhdləri istisna deyil. Hörmüz boğazının üç aylıq blokadası, ilk növbədə, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin ərzaq təhlükəsizliyini təhdid edir. İranla bağlı münaqişə Rusiyanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır, eyni zamanda kənd təsərrüfatı istehsalçıları üçün imkanlar açır. Yaxın Şərqdəki hadisələr səbəbindən Avropa fermerləri Şimali Afrika, Şimali Amerika və Rusiyadan gübrələrə keçmək məcburiyyətində qalırlar. Yaxın Şərqdəki münaqişə yaya qədər davam edərsə, son illərdə qlobal ərzaq inflyasiyasının ən böyük artımı mümkündür. Yaxın Şərqdəki böhranın davam etməsi dünyada ac insanların sayının 45 milyon artaraq rekord həddə - 673 milyona çatmasına səbəb ola bilər. Yaxın Şərqdə davam edən böhran qarğıdalı istehsalçılarını və Avropa istixana fermerlərini kənd təsərrüfatı sektorunda ən həssas vəziyyətə salır”, - deyə o bildirib. (Modern.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatlar üçün müraciətlərin qəbuluna başlayıb
"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatların axtarışı üçün müraciətlərin qəbuluna başlandığını elan edib.Bu barədə "Report" mükafatın rəsmi saytına istinadən xəbər verir."Bu müstəqil beynəlxalq mükafatın səkkizinci təqdimetmə mərasimi üçün müraciətlərin qəbuluna başlanılması onun bəşəriyyətə xidmət edən və dünyada insan qardaşlığı dəyərlərini təşviq edən mühüm humanitar təşəbbüslərin aşkarlanması və tanınması missiyasının davamını əks etdirir", - "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsalam bildirib.O əlavə edib ki, bu mükafat tarixi İnsan Qardaşlığı Sənədinin prinsiplərini dünya üzrə cəmiyyətlərdə davamlı effekt yaradan praktik proqramlara çevirən və əhəmiyyətli təsirə malik olan təşəbbüsləri dəstəkləməyə davam edir:"Biz bu il bütün dünyada insan qardaşlığı dəyərlərinin təşviqinə əhəmiyyətli töhfə...
13 Aprel 2026, 17:17
Sibiqa: Zelenski ilə Madyarın mümkün görüşü barədə Macarıstana müraciət edilib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Prezident Volodimir Zelenski və Macarıstanın yeni Baş naziri Peter Madyarın mümkün görüşü barədə Macarıstana siqnallar göndərilib."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o, bu barədə Ukraynanın Müdafiə Sənayesi Kompleksi İşçiləri Günü münasibətilə müdafiə həllərinin yenilənmiş ekspozisiyasının açılışı zamanı jurnalistlərə bildirib.Sibiqa bildirib ki, Ukrayna bu ölkədən yeni imkanlar açan və qarşılıqlı tarixin yeni mehriban qonşuluq səhifəsini başlamağa şans verən düzgün Avropa xəbərləri alıb."Biz istəyirik və artıq Ukrayna Prezidenti və müvafiq olaraq cənab Madyar səviyyəsində müvafiq təmaslarla bağlı siqnalları vermişik. Biz bu təması gözləyirik və əlbəttə ki, maraq göstəririk. Cavab gözləyirik", – nazir deyib.Onun sözlərinə...
13 Aprel 2026, 17:03
Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir
İran və ABŞ arasında atəşkəs rejimi "istənilən anda pozula bilər"."Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bəyan edib.Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın İran limanlarına dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir."İran Pakistandakı sülh danışıqlarının şərtlərini pozdu, Prezident Tramp hərbi-dəniz blokadası tətbiq etmək qərarına gəldi", - Netanyahu bildirib.O, həmçinin iki ölkənin "daimi koordinasiya"da olduğunu söyləyib. Netanyahu ABŞ ilə İsrail arasında siyasi fikir ayrılıqlarının yarandığına dair şayiələri də təkzib edib."Aramızda fikir ayrılıqları olduğuna dair iddialar tamamilə həqiqətə uyğun gəlmir. Əksinə, ABŞ Prezidenti və onun komandası ilə gündəlik əlaqələrimizdə iştirak...
13 Aprel 2026, 16:50
Peskov Trampın qərarını tənqid etdi
Kreml Prezident Donald Trampın İran limanlarını blokadaya almaq qərarını tənqid edib.Citypost.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, belə hərəkətlər beynəlxalq bazarlara mənfi təsir göstərməyə davam edəcək."Lakin bir çox detal hələ də aydın deyil, ona görə də hazırda əsaslı şərhlər verməkdən çəkinərdim", - deyə Peskov əlavə edib.Peskov ölkəsinin İranın nüvə proqramının gələcəyi ilə bağlı daha geniş bir razılaşmanın tərkib hissəsi olaraq İran uranını qəbul etmək təklifi barədə suala da cavab verib."Təklif səsləndirilib, lakin qəbul edilməyib. Rusiya öz köməyini təklif etməyə açıqdır", - deyə o bildirib....
13 Aprel 2026, 16:22
İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub."Report"un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib."Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyadan qeyd ediblər.İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi....
13 Aprel 2026, 14:52
Pakistan İrana qarşı 13 min hərbçi göndərdi
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə 13 min əsgər və 10 hərbi təyyarə göndərib.Hərbi kontingentin müdafiə paktının bir hissəsi olaraq Səudiyyə Ərəbistanına göndərildiyi qeyd olunur. Bu addımın İranın Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almaq üçün göndərildiyi iddia olunur.
13 Aprel 2026, 14:38