Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 13 Aprel 2026, 12:52
381
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.
Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.
Həmçinin oxuyun
İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
13 Aprel 2026, 14:11
Cəlilabadın Alar kəndində su qıtlığı yaranıb
Cəlilabad rayonunun Alar kənd sakinləri son vaxtlar ciddi su problemi ilə üzləşiblər.Onların "Report"un Muğan bürosuna verdikləri məlumata görə, kənd ərazisindən keçən İncəçaya suyun müntəzəm buraxılmaması əhalinin həm əkinçilik, həm də maldarlıq fəaliyyətinə mənfi təsir göstərir.Sakinlər qeyd ediblər ki, çaya gələn suyun qarşısı tez-tez kəsilir və kanal vasitəsilə başqa istiqamətlərə yönləndirilir. Nəticədə kənd ərazisində su qıtlığı yaranır. Halbuki İncəçay kənd ətrafındakı əkin sahələrinin suvarılmasında, eləcə də mal-qaranın su ilə təmin olunmasında mühüm rol oynayır.Onlar problemin hər il məhz bu ərəfədə yaşandığını da vurğulayıblar.Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Dilqəm Şərifov bildirib ki, qeyd olunan əraziyə suyun verilişi növbə...
13 Aprel 2026, 13:22
Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi sahibkar İsmayılzadə Elçin Cümşüd oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı müəyyən edilib.Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.Bununla yanaşı, texniki təhlükəsizliklə...
13 Aprel 2026, 13:12
Sabah bu yerlərdə yağış yağacaq
Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir...
13 Aprel 2026, 13:00
DİM: 9 illik buraxılış imtahanlarının nəticələri 6 həftə sonra elan olunacaq
2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.
13 Aprel 2026, 12:35
Pensiyalar sabah ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
13 Aprel 2026, 12:05