FHN “Naxçıvan Palace” hotelində təlim keçirib
Cəmiyyət 13 Aprel 2026, 15:40
473
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palace” hotelində “Kütləvi insan cəmləşən mehmanxana və hotellərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar o cümlədən yanğın hadisəsi zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.
Citypost.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti idarələrinin müvafiq canlı qüvvə və texnikalarının, “Naxçıvan Palace” hotelinin işçi heyəti, Naxçıvan şəhərində fəaliyyət göstərən hotel və mehmanxanaların nümayəndələrinin cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, hotel personalı ilə birgə “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət alan şəxslərə “ilkin yardım göstərilib”.
Həmçinin oxuyun
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Xidmətin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Rayonlarda isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək....
13 Aprel 2026, 16:58
Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.Analizlərin nəticələrinə və təhlillərə...
13 Aprel 2026, 16:38
Baş prokuror Kamran Əliyev Çinə səfər edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin...
13 Aprel 2026, 16:15
Ülvi Mehdiyev vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.
13 Aprel 2026, 16:09
Həbsdə olan kosmetoloqa amnistiya aktı şamil edilib
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb."Report"un məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, ona 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ülviyyə İlyasova cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.Yasamal rayon prokurorluğunun yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila...
13 Aprel 2026, 16:02
Rezidenturaya ərizə qəbulu elan olunub
Bu barədə Citypost.az DİM-dən məlumat verilib.Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).Baza fənləri...
13 Aprel 2026, 15:36