Rezidenturaya ərizə qəbulu elan olunub
Cəmiyyət 13 Aprel 2026, 15:36
399
Bu barədə Citypost.az DİM-dən məlumat verilib.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsi planlaşdırılır.
Həmçinin oxuyun
Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Xidmətin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Rayonlarda isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək....
13 Aprel 2026, 16:58
Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.Analizlərin nəticələrinə və təhlillərə...
13 Aprel 2026, 16:38
Baş prokuror Kamran Əliyev Çinə səfər edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin...
13 Aprel 2026, 16:15
Ülvi Mehdiyev vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.
13 Aprel 2026, 16:09
Həbsdə olan kosmetoloqa amnistiya aktı şamil edilib
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb."Report"un məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, ona 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ülviyyə İlyasova cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.Yasamal rayon prokurorluğunun yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila...
13 Aprel 2026, 16:02
FHN “Naxçıvan Palace” hotelində təlim keçirib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palace” hotelində “Kütləvi insan cəmləşən mehmanxana və hotellərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar o cümlədən yanğın hadisəsi zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.Citypost.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti idarələrinin müvafiq canlı qüvvə və texnikalarının, “Naxçıvan Palace” hotelinin işçi heyəti, Naxçıvan şəhərində fəaliyyət göstərən hotel və mehmanxanaların nümayəndələrinin cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin...
13 Aprel 2026, 15:40