Bizə yazın

Baku

-°C

USD

-

Tatarıstanda sənaye zonasındakı obyektlərə PUA hücumu olub

Cəmiyyət 23 Fevral 2026, 09:49

186

Gecə saatlarında naməlum dronlar Rusiyanın Tatarıstan Respublikasına hücum edib.

CityPost.az-ın  Rusiya "Telegram" kanallarına istinadən məlumatına görə, əsas neftötürücü stansiyalarından biri olan "Kaleykino" zərbəyə məruz qalıb və onun ərazisində yanğın başlayıb.

Magistral boru kəmərləri sisteminə daxil olan "Kaleykino" neftötürücü stansiyası Tatarıstanın neft hasilatı mərkəzi olan Əlmət şəhərində yerləşir.

Əlmət şəhərinin yaxınlığında "Tatneft"in iri istehsal müəssisələri mövcuddur. Məlumata görə, dron zərbəsindən sonra "Kaleykino" stansiyasında güclü yanğın qeydə alınıb. Əlmət rayonu "Dostluq" kəmərinin əsas başlanğıc qovşaqlarından biri hesab olunur.

Əlmət şəhər administrasiyası hadisəni təsdiqləyərək bildirib ki, yanğın sənaye zonası ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində baş verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tağıbəyovların mirası göz qabağında dağılır

Bərdə şəhərinə yaxın Həsənqaya kəndində yerləşən Bala bəy Tağıbəyovun tarixi mülkü həm diqqət çəkir, həm də təəssüf doğurur.Citypost.az xəbər verir ki, 1893-cü ildə inşa edilən ev XIX əsrin sonu — XX əsrin əvvəllərinin malikanə memarlığının parlaq nümunəsi hesab olunur. Yerli tikinti ənənələri eklektik elementlər və dövrün zərif dekorativ üsulları ilə birləşdirilmişdir.İki mərtəbəli kərpic bina təxminən iki hektar sahədə yerləşir. Taxta və dəmir balkonlar, eləcə də hər otaqda quraşdırılmış unikal kaminlər evə xüsusi cazibə verir və tarix-memarlıq həvəskarları üçün əsl xəzinə sayılır.Təəssüf ki, mülk baxımsız qalıb və bərbap gündədir. Tarixi və memarlıq dəyəri yüksək olan bu nadir nümunənin qorunmasına ciddi ehtiyac...

23 Fevral 2026, 10:53

İslam Rzayevin həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.Citypost.az-ın məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur....

23 Fevral 2026, 10:28

Gəncədə qanunsuz tikili sökülüb 

Gəncədə qanunsuz tikili sökülüb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....

23 Fevral 2026, 10:28

FHN: Ötən həftə yanğından 37 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 11...

23 Fevral 2026, 10:10

Hərbi prokuror Hərbi Dəniz Qüvvələrində  görüş keçirib.  

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.Bu barədə Modern.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib.Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və...

23 Fevral 2026, 10:06

Mingəçevirdə işıq olmayacaq 

Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

23 Fevral 2026, 09:58