Sədərəkdə İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik aşkar edilib
Hadisə 23 Fevral 2026, 10:20
208
Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
İdarədən APA-nın yerli bürosuna verilən məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub.
"X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Həmçinin oxuyun
Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı aradırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəmkirdə qadını maşın vurdu
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
23 Fevral 2026, 10:17
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Azərbaycanda fevralın 20-də cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
21 Fevral 2026, 14:45
18 yaşlı sürücü ölüb
Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.Paytaxtın Suraxanı rayonunda baş verib.Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.M.Ovçuyev hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
21 Fevral 2026, 14:10
İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı
Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalında həbsdən azad edilib.Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki,...
21 Fevral 2026, 10:50
Rusiyada PUA-ların hücumu zamanı 11 nəfər yaralanıb
Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) Udmurtiyaya endirdiyi zərbələr nəticəsində 11 nəfər xəsarət alıb.CityPost.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu regionun səhiyyə naziri Sergey Baqin telegram kanalında yazıb.O qeyd edib ki, 3 nəfər xəstəxanaya yerləşdirilib: "İki xəstənin vəziyyəti orta ağırdır, birinin isə ağırdır. Daha 8 zərərçəkən ambulator müşahidəyə buraxılıb", - Baqin bildirib.Daha əvvəl Udmurtiya başçısı Aleksandr Breçalov respublikanın obyektlərindən birinin PUA-ların hücumuna məruz qaldığını, yaralıların olduğunu bildirib....
21 Fevral 2026, 09:31
Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar. Onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
20 Fevral 2026, 14:53