Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 23 Fevral 2026, 12:37
258
Fevralın 24-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DSX bu işlərə 1 milyon ayırdı
Dövlət Sərhəd Xidməti dərman preparatları və camaşırxana avadanlıqlarının satınalınması üzrə tender elan edib.Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti təsərrüfat və tibbi təchizatın yenilənməsi məqsədilə tender müsabiqələrinə start verdiyini elan edir.Müsabiqə üzrə nəzərdə tutulan ehtimal olunan ümumi məbləğ 1.058.463,96 (bir milyon əlli səkkiz min dörd yüz altmış üç manat doxsan altı qəpik) azn təşkil edir.Satınalmada camaşırxana və məişət avadanlıqlarının, habelə müxtəlif növ dərman preparatları və sarğı materiallarının tədarükünü nəzərdə tutur....
23 Fevral 2026, 13:38
Havada maqnit qasırğası var
16-17 və 21-22 fevral tarixlərində zəif-orta geomaqnit qasırğası qeydə alınıb. Hazırda da G1 səviyyəli geomaqnit qasırğası var.Citypost.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.Bildirilir ki, 23-28 fevral tarixlərində enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 23-24 fevralda ilə yenə də normadan yüksək olacaq. G1 səviyyəli geomaqnit qasırğasının bu gün və sabah davam edəcəyi gözlənilir....
23 Fevral 2026, 13:32
Ötən həftə 1616 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə fevralın 16-dan 22-dək 28 tank əleyhinə mina, 175 piyada əleyhinə mina, 796 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib."Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 616.5 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata...
23 Fevral 2026, 13:26
23 fevral “Azərbaycan kişisinin bayramı” deyil – Ədəbiyyatşünasdan açıqlama
Citypost.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Mətanət Vahid öz Facebook səhifəsində 23 fevralın Azərbaycan kişilərinin bayramı kimi qeyd edilə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu gün tarixin tozlu səhifələrinə gömülmüş bir imperiyanın hərbi təqvimi əsasında yaranıb və sovet ideoloji sisteminin yaratdığı sosial ənənənin məhsuludur.Mətanət Vahid qeyd edib ki, bəzi vətəndaşlar hələ də bu günü “kişilər bayramı” kimi qeyd edir. “Bayram əhvali-ruhiyyəsi gözəldir, bayramlar üçün səbəb tapmaq da həmçinin. Amma nə beynəlxalq, nə də milli olan bir bayramı özümüzdə əlamətdar gün kimi niyə qeyd edirik, niyə təbrikləşirik?” – deyə ədəbiyyatşünas sual edib. O əlavə edib ki, 23 fevral...
23 Fevral 2026, 12:04
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə...
23 Fevral 2026, 11:40
Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az məlumatına görə, sənəddə deyilir:"2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin...
23 Fevral 2026, 11:28