Nəriman ABŞ-da 90 nömrəli forma ilə oyuna çıxacaq
İdman 23 Fevral 2026, 11:26
205
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubunda forma nömrəsi bəlli olub.
Citypost.az xəbər verir ki, hücumçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.
Həmçinin oxuyun
Qeyd edək ki, Nəriman Axundzadə bu yaxınlarda “Qarabağ”dan MLS təmsilçisinə transfer olunub. O, ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. Futbolçu “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb. (Modern.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İdmanda sistem problemi varmı?
“İdmanda sistem problemi varmı?” sualı hər böyük turnirdən sonra yenidən gündəmə gəlir. Qələbə olanda hamı fərdi istedaddan danışır, məğlubiyyət olanda isə birdən-birə “sistem yoxdur” arqumenti ortaya çıxır. Amma məsələ emosional reaksiya yox, struktur məsələsidir.Citypost.az-ın məlumatına görə, Azərbaycan idmanı uzun illərdir fərdi nailiyyətlər üzərində qurulub. Xüsusilə güləş, cüdo, boks kimi növlərdə olimpiya və dünya uğurları əldə olunub. Bu nəticələrdə həm istedad, həm də dövlət dəstəyi mühüm rol oynayıb. Lakin sual budur: bu uğurlar davamlı modelə söykənir, yoxsa konkret nəsil və konkret məşqçi məktəbinin nəticəsidir?Məsələn, Olimpiya zamanı qazandığımız medallar cəmiyyətə böyük motivasiya verir. Ancaq həmin medalların arxasında uşaq idman məktəblərinin vəziyyəti, regionlarda...
23 Fevral 2026, 11:29
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.CityPost.az-ın məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq....
18 Fevral 2026, 23:49
"Qarabağ" 6 min manat cərimələndi
"Qarabağ"ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusuna yol verən oyunçuya görə 1 000 manat ödəməli olacaq."İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matç cəza ilə üzləşib. Bölgə təmsilçisi 2 500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından 2 500 manat ziyana düşüb.Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə...
18 Fevral 2026, 14:37
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik edib
ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.APA xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.“Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, - səfirliyin mesajında qeyd olunub....
18 Fevral 2026, 13:31
“Zirə”nin futbolçusu Rusiya klubuna keçib
“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.Klubdan Citypost.az-a verilən məlumata görə, 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.Qeyd edək ki, Yeqor Boqomolski “Zirə”yə ötən ilin yayında keçib.
17 Fevral 2026, 17:26
UEFA qarşılaşması: “Qarabağ” – “Nyukasl” və beynəlxalq transfer imkanları
Sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması UEFA Çempionlar Liqasının pley-off görüşü çərçivəsində təkcə azarkeşlərin deyil, Avropanın bir sıra klublarının nümayəndələrinin də diqqət mərkəzində olacaq.Qarabağ FK UEFA yarışlarında ölkəmizi uğurla təmsil edən komandalarından biri kimi növbəti mühüm sınağına çıxacaq. Rəqib isə İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan Newcastle United klubudur. Qarşılaşma həm turnir baxımından əhəmiyyətli nəticə vəd edir, həm də futbolçular üçün beynəlxalq vitrində özlərini göstərmək imkanı yaradır.Matçı stadiondan İtaliya A Seriyası təmsilçisi Torino FC, Rumıniyanın aparıcı klublarından CFR Cluj, eləcə də Türkiyənin bir neçə klubunun skaut və nümayəndələri canlı izləyəcək. Onların əsas məqsədi qarşılaşmada iştirak edəcək futbolçuların performansını yerində qiymətləndirmək...
17 Fevral 2026, 13:15