Bizə yazın

Baku

-°C

USD

-

Eyruz Məmmədov vəfat etdi

Cəmiyyət 24 Fevral 2026, 09:35

286

Əməkdar jurnalist, yazıçı, publisist, ssenarist, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Citypost.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Eyruz Məmmədov həm də ziyalılardan ibarət olan Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvü idi.

Eyruz Məmmədov 13 yanvar 1953-cü ildə Sumqayıtda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

İlk hekayəsi 1971-ci ildə - 19 yaşlı tələbə ikən çap edilib.

O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?" və s. bədii və tarixi kitabların müəllifidir.

E.Məmmədov rejissor Davud İmanovla birgə "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") filmini ərsəyə gətirmiş,  "Sumqayıtım mənim" kitabını yazmışdı. O, 1100 səhifəlik "Bir kəndin camaatı" tarixi-etnoqrafik romanın da müəllifi idi. Mərhum ssenarist "Sumqayıt: Azadlığın əks-sədası", "Cəbhə bölgəsində", "Sumqayıtın bir axşamı” və digər filmlərin kinossenarilərini yazmışdı.

"Qızıl qələm", Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı idi.

 

Allah rəhmət eləsin. (Modern.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Metroda qatarların hərəkət intervalı bərpa olunub 

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.Bu barədə Citypost.az-a Metropolitendən bildirilib.Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Məlumata görə, az öncə Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olurdu

24 Fevral 2026, 12:34

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir 

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib....

24 Fevral 2026, 12:30

Sabahın hava proqnozu açıqlanıb 

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10°...

24 Fevral 2026, 12:27

Qışdan yaza keçid: Orqanizmdə hansı dəyişikliklər baş verir?  

Qış mövsümünün başa çatması və yazın gəlişi təkcə təbiətdə deyil, insan orqanizmində də ciddi dəyişikliklərlə müşayiət olunur. Həkimlərin sözlərinə görə, temperaturun artması, gün işığının çoxalması və atmosfer təzyiqindəki dəyişikliklər insan sağlamlığına birbaşa təsir edir.Mütəxəssislər bildirirlər ki, yaz aylarında ən çox rast gəlinən hallar halsızlıq, yuxululuq, diqqət dağınıqlığı və arterial təzyiqin dəyişməsidir. Bunun əsas səbəbi orqanizmin mövsümi adaptasiya mərhələsinə daxil olmasıdır. Qış boyu günəş şüalarının azalması nəticəsində D vitamini səviyyəsi aşağı düşür, yazda isə bədən yenidən hormonal balansı tənzimləməyə çalışır.Həkimlərin sözlərinə görə, yaz aylarında allergik reaksiyalar da artır. Bitkilərin çiçəklənməsi ilə əlaqədar havada polen miqdarı yüksəlir ki, bu da xüsusilə allergiyaya...

24 Fevral 2026, 12:26

4 deputatın yeni vəzifəsi təsdiqləndi 

Milli Məclisdə daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan müvafiq dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda isə sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.Məsələ səsə qoyularaq yekdilliklə qəbul edilib. (Modern.az)...

24 Fevral 2026, 12:23

Ermənistan-İran hərbi əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirilib

Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirlər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.Papikyan və Nəsirzadə qarşılıqlı fəaliyyətlərlə bağlı bəzi məsələləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

24 Fevral 2026, 12:03