Bizə yazın

Baku

-°C

USD

-

Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub 

Hadisə 23 Aprel 2026, 09:15

243

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağstafada məktəbli bıçaqlanıb 

Ağstafada bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

23 Aprel 2026, 10:07

Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürüb 

Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb."Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

22 Aprel 2026, 14:05

Zərdabda bəzi yerləri su basıb 

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində artım müşahidə olunur. Hazırda yaşayış məntəqələri üçün ciddi təhlükə yoxdur.Bu barədə APA-nın yerli bürosuna rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev məlumat verib. Komisiya sədri bildirib ki, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hədd hesab edilmir: "Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırkı səviyyədən təxminən 1–1,5 metr yüksəlməsi lazımdır".Qeyd edilib ki, subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960–1970-ci illərdə tikilmiş 2 fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub. Həmin evlərdə anoloji vəziyyət hər il suyun səviyyəsinin...

22 Aprel 2026, 13:30

Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb

Xəzər rayonu Binə qəsəbəsində narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.Həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir....

22 Aprel 2026, 13:15

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlanıb 

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.Araşdırmalar davam etdirilir....

22 Aprel 2026, 13:05

Şəkidə "KamAz" yaşlı qadını vuraraq öldürüb 

Şəki rayonunda "KamAz" yaşlı qadını vuraraq öldürüb."Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Zəyzid kəndində baş verib.Sürücü Tərlan Siracəddinov idarə etdiyi "KamAz" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

22 Aprel 2026, 11:04